FOTO: Anadolu Agentliyi
"Birgə bəyanat Minsk Qrupu çərçivəsində illər ərzində hazırlanan baza prinsiplərini böyük miqyasda əks etdirir. Əgər lazım olsa, ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ prosesində yenə iştirak edə bilər”.
"Anadolu” agentliyinin yanvarın 14-də verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Dağlıq Qarabağ məsələsi ilə əlaqədar yerli mediaya açıqlamasında deyib.
O qeyd edib ki, həmsədrlər konstruktiv olmalı və keçmişdə baş verənlərdən dərs çıxarmalıdırlar.
Çavuşoğlu bölgədəki sabitliyin erməni xalqı və Ermənistan üçün də faydalı olacağını vurğulayıb: "Ona görə də Azərbaycanın 6 ölkənin iştirakı ilə regional format təşəbbüsünü dəstəkləyirik. Bu, sülh və rifah üçün regional təhlükəsizliyə töhfə verəcək”.