AXCP
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Elxan Əliyev 30 sutka inzibati həbs müddəti bitdikdən sonra yenidən saxlanılıb.
"Turan” yazır ki, AXCP fəalı martın 19-da polisə tabe olmama və xırda xuliqanlıq ittihamı ilə inzibati qaydada həbs edilmişdi.
AXCP sədrinin müşaviri Məmməd İbrahim "Turan" bildirib ki, aprelin 18-də həbs müddəti başa çatıb. Lakin E.Əliyev Bakıda təcridxanadan çıxan kimi iki mülki şəxs ona yaxınlaşıb və deyib ki, o axtarışdadır: "Həmin şəxslər özlərini Tovuz rayon polis əməkdaşları kimi təqdim ediblər. Onlar bildiriblər ki, Elxan Əliyev hansısa iş üzrə axtarışdadır və onlarla birlikdə Tovuz rayonuna getməlidir. Ancaq məsələnin nə olduğunu izah etməyiblər".
Partiyada Elxan Əliyevin həbsini siyasi fəaliyyəti ilə əlaqələndirir.
"Daxili İşlər Nazirliyinin mətbuat xidmətində Əliyevin saxlandığını təsdiqləsələr də, məsələnin nə yerdə olduğunu açıqlamayıblar", - “Turan”ın məlumatında deyilir.
Razi Hümbətov - sosial media
açıq mənbədən götürülüb
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
“Bu, onun sonuncu etirazı idi”
Bələdiyyə torpaqları 50, 100 illik icarəyə verir, kəndli isə torpaqsız qalır