Açıq mənbələrdən götürülüb
AXCP
Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Rövşən Məmmədov noyabrın 11-də etiraz aksiyasında saxlanıldıqdan sonra polis bölməsində işgəncəyə məruz qalıb.
Bu barədə o, Binəqədidə İnzibati Həbs olunanların Saxlanma Məntəqəsində vəkili Nemət Kərimliyə danışıb.
Kərimlinin "Turan" Agentliyinə verdiyi məlumata görə, görüş vəkilin müvəkkili ilə ünsiyyətinin məxfiliyi pozulmaqla baş tutub. Əvvəlcə ona şüşə arakəsmə vasitəsilə əlaqə saxlamaq təklif olunub. "Mən etirazımı bildirdikdən sonra üz-üzə görüşməyimizə icazə verdilər. Amma yanımızda polis əməkdaşı var idi və bu, qanun pozuntusudur", - deyə Kərimli bildirib.
https://toplum.tv/multimedia/axcp-nin-aksiyasi-zorakiliqla-dagidildi
Məmmədov saxlanıldıqdan sonra Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsində işgəncələrə məruz qaldığını bildirib. Bununla əlaqədar vəkil bu gün prokurorluğa şikayət verib.
Vəkilin sözlərinə görə, Məmmədova İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisə tabe olmama) maddələri ilə ittiham irəli sürülüb və 30 günlük həbs cəzası verilib.
Vəkil Məmmədovun polis maşınının şüşələrini sındırması ilə bağlı ittihamın əsassız olduğunu qeyd edib.
Onun sözlərinə görə, jurnalistlərin çəkdiyi videogörüntülərdən də Məmmədovun polis maşınının şüşəsini sındırmadığı görünür.
DİN-in mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev polis bölməsində Məmmədova işgəncə verildiyi haqqında iddiaları təkzib edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Ermənistan KİV: Vardanyan və Arutunyan arasındakı ixtilaf dərinləşir
Açıq mənbələrdən götürülüb