Sosial Media
Mayın 28-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Razi Alışov Gəncə şəhərində saxlanılıb.
Partiyadan verilən məlumata görə, onu Nizami rayonu polis şöbəsinin əməkdaşları saxlayıblar.
"Ailəsinə bildiriblər ki, narkotik maddələrlə bağlı araşdırma aparılır. Mayın 20-da Alışovun evində videoçəkilişlə axtarış aparılıb. Anasına hansısa kağıza qol çəkdiriblər. Gözlüyünü götürməyə imkan verməyiblər ki, yazılanları oxusun”, - partiyadan verilən məlumatda deyilir.
Həmçinin qeyd olunub ki, Alışov 48 saatlığa saxlanılıb, bu müddət bazar ertəsi saat 21.00-da bitir.
Alışova qarşı ittiham irəli sürülərsə, o, barəsində qətimkan tədbirinin seçilməsi üçün məhkəmə qarşısına çıxacaq.
Partiyada hesab edirlər ki, fəal siyasi fəaliyyətinə görə təqib olunur.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Açıq mənbələrdən götürülüb
Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb
Neft gəlirləri ədalətli bölünürmü? - SORĞU
İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq
"Arxa cəbhədə olmuşuq deyə veteranlıq vermirlər"
Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər