Siyasət

AXCP fəalına qarşı narkotik ittihamı irəli sürülüb

31 May, 2022
421

Razi Alışov - sosial media

Gəncədə saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Razi Alışova qarşı narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb.

Bu barədə “Turan” AXCP-ə istinadən məlumat yayıb.

Məlumata görə, mayın 30-da məhkəmə onu iki ay müddətinə həbs edib.

Partiya hesab edir ki, fəal siyasi fəaliyyəti ilə əlaqədar uydurma ittihamla təqib edilir.

AXCP-dən həmçinin Alışovun hakimiyyətin AXCP və "Müsəlman Birliyi" Hərəkatının fəallarının əməkdaşlığına mane olmaq məqsədilə sosial şəbəkələrdə saxta profillər yaratmaqla və müxalifətçilərin hesablarını oğurlamaqla törətdiyi təxribatı ifşa etdiyinə diqqət çəkiblər.

AXCP Alışovun müdafiəsinə müstəqil vəkil cəlb etməyi planlaşdırır. Vəkil ilk iş olaraq apellyasiya şikayəti verəcək.

Daxili İşlər Nazirliyi cəbhəçiyə qarçı CM-in 234.2-ci (narkotik vasitələrin qanunsuz yolla əldə edilməsi və ya satış məqsədilə saxlanması) maddəsi ilə ittiham irəli sürüldüyünü və onun həbs edildiyini təsdiq edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Əliyev və Paşinyan Kişinyovda nələri müzakirə edəcək? - Şarl Mişeldən açıqlama

Toplum TV
30 May 2023

Açıq mənbələrdən götürülüb

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında münasibətlərin normallaşdırılması ilə bağlı müzakirələrin davamını səbirsizliklə gözləyirik. Toplum TV xəbər verir ki, bu barədə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel "Tvitter" hesabında yazıb. "Bu, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörməti yenidən təsdiqləmək və sərhədlərin delimitasiyası üzrə irəliləmək, həmçinin sərhəd bölgələrində riskləri azaltmaq üçün vacibdir", - deyə o qeyd edib.  https://toplum.tv/siyaset/ppasinyan-eliyevin-accediliqlamasindan-ve-moskvadaki-goumlruumlsden-narazi-qalibp Şarl Mişel həmçinin bildirib ki, Bakı ilə Qarabağda yaşayan ermənilər arasında onların hüquqları və təhlükəsizliyi ilə bağlı dialoq indi mühüm əhəmiyyət kəsb edir. "Maksimalist mövqelərdən çəkinmək və dialoqu hədəfləmək vacibdir. 30 ildən çox davam edən münaqişədən sonra...
Siyasət

Naxçıvana ayrılan dotasiya azaldılır

30 May 2023

Açıq mənbələrdən götürülüb

Naxçıvan MR-nın büdcəsinin öz gəlirlərinin 19,9 milyon manat artırılması və bəzi dövlət orqanlarının maliyyələşdirilməsinin (9,9 milyon manat) yerli büdcədən çıxarılaraq dövlət büdcəsinin mərkəzləşdirilmiş xərcləri hesabına təmin edilməsi nəzərdə tutulur. Toplum TV xəbər verir ki, bu barədə mayın 30-da Maliyyə Nazirliyi məlumat yayıb.  Bildirilir ki, bu səbəblərə görə muxtar respublikanın büdcəsinə dövlət büdcəsindən ayrılan dotasiya 29,8 milyon manat və yaxud 6,2 % azaldılır. Beləliklə, Naxçıvanın büdcəsinin gəlirləri və xərcləri təsdiq olunmuş göstəriciyə nisbətən 9,8 milyon və yaxud 1,6 % manat azaldılmaqla 604,8 milyon manat təşkil edəcək. https://toplum.tv/siyaset/pmuumldafie-ve-azad-edilmis-erazilerin-berpasi-xercleri-artirilirp Bu gün həmçinin məlum olub ki, Naxçıvan Muxtar Respublikasında Prezidentinin səlahiyyətli nümayəndəsinin vəzifəsi inzibati...

Seçilmiş Videolar

Toplum TV loqo