Siyasət

AXCP üzvünün həbs olunduğu deyilir

30 Sentyabr, 2021
1180

Açıq mənbələrdən götürülüb

AXCP-nin Saatlı rayon təşkilatının üzvü Asim Ağayev 10 sutka həbs cəzası alıb. 

"Turan"ın məlumatına görə, bu barədə sentyabrın 28-də Saatlı rayon məhkəməsi qərar çıxarıb.

AXCP rayon təşkilatının fəalı Şamil Hacıbəyli bildirib ki, Ağayev dünən gündüz Saatlı rayonun 3 kəndinin sakinlərinin Orta Muğan kəndi yaxınlığından keçən Bakı-İmişli avtomobil yolunu kəsmək cəhdində iştirak edib və polis tərəfindən saxlanılıb.

Sentyabrın 28-də Saatlı rayonu Nabatkənd, Orta Muğan və Colpu kəndlərinin sakinləri suvarma suyunun onların sahələrinə deyil, bakılı oliqarxların əkin sahələrinə verilməsinə etiraz edərək magistral yolu baglamaq istəyiblər.

“Sadə kəndlilərin əkdiyi bitkilərə su çatmır. Arazın suyundan minlərcə hektar torpağa sahib olan məmurlar xeyir görürlər, amma bir-necə hektar torpağı arendaya götürən kəndlilər susuz qalır”, - bu sözləri də Hacıbəyli deyib.

Saatlı İcra Hakimiyyəti aparatının qəbul şöbəsindən isə bu xəbəri təkzib ediblər. Deyilənə görə, dünən Saatlıda yalnız şəhidin anılma mərasimi keçirilib və heç kim saxlanılmayıb. 

Siyasət

Paşinyan Praqada Əliyev və Ərdoğanla görüşəcək

5 Oktyabr 2022

Rəsmi səhifə

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Çexiya paytaxtı Praqda Azərbaycan Prezidenti və Rürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.  Bu barədə o, parlamentdə “Hökumət saatı”nda açıqlama verib.  Onun sözlərinə görə, İlham Əliyevlə görüş Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının rəhbəri Şarlz Mişelin iştirakı ilə baş tutacaq. https://toplum.tv/siyaset/ilham-eliyev-qarabagdaki-ermeni-ehalisinin-heyatini-nece-qaydaya-salacagimizi-hec-bir-beynelxalq-merkezle-muzakire-etmeyeceyik Dördtərəfli görüş sabah, oktyabrın 6-da Avropa Siyasi Birliyinin sammiti çərçivəsində keçiriləcək. Paşinyan çıxışında bildirib ki, hazırda Azərbaycanla sərhəddə gərginliyi azaltmaq üçün müəyyən imkanlar var. "Ermənistan və Azərbaycanın 1991-ci il 8 dekabr sənədi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması məsələsində razılığa gələcəyinə dair gümanlar var", - deyə o bildirib. 
Siyasət

Sabiq icra başçısının Azərbaycana ekstradisiyası üçün sorğu göndərilib

5 Oktyabr 2022

Açıq mənbələrdən götürülüb

Baş Prokurorluq oktyabrın 5-də Polşada saxlanılan Qubadlının sabiq icra başçısı Elxan Nuriyevlə bağlı məlumat yayıb. Bildirilir ki, Qubadlı rayonun İcra Hakimiyyətinin sabiq başçısı Elxan Nuriyevin təşkilatçılığı ilə 1993-cü ildə bir sıra xüsusilə ağır cinayətlərin törədilməsi faktlarına görə Qubadlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.10, 29,120.2.11, 309.2 və digər maddələri ilə cinayət işi başlanmış və E.Nuriyev qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan edilib. https://toplum.tv/mehkeme/baku-steel-isi-usaqliq-dostlari-mehkemede-uz-uze-qalib Məlumata görə, Elxan Nuriyev oktyabrın 2-də o, Polşa Respublikasının ərazisində saxlanılıb. "Hazırda E.Nuriyevin Azərbaycan Respublikasına ekstradisiya edilməsi məqsədi ilə Baş Prokurorluq tərəfindən aidiyyəti qurumlara sorğu göndərilmişdir", - deyə rəsmi xəbərdə qeyd olunub. 

Seçilmiş Videolar

Toplum TV loqo