Siyasət

AXCP üzvünün işgəncəyə məruz qaldığı deyilir - “İki gün döyüblər"

16 Avqust, 2021
1178

Sosial Media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan fəalı Aqil Hümbətov təxribat nəticəsində həbs olunduğunu və işgəncəyə məruz qaldığını bildirib. 

Həyat yoldaşı Aygün Hümbətovanın verdiyi məlumata görə, Aqil Hümbətov avqustun 15-də telefon əlaqəsi zamanı deyib ki, şərlənib.

Aqil Hümbətov küçədən yığdığı tullantıları çeşidləyib təhvil verməklə, yaşadığı qəsəbədə zibillərin yığışdırılması və s. işlərlə məşğul olmaqla ailəsini dolandırırdı. 
Həyat yoldaşı iddia edir ki, onu şərləmək üçün qəsəbə sakinlərindən birindən istifadə olunub: “Aqil qəsəbədə bir neçə nəfərin həyətindəki zibilləri aparıb atırdı. İndi bıçaqladığı deyilən adam da guya qəsəbəyə kirayə qalmağa gəlib. Zəng eləyib deyib ki, zibil var atmağa. Aqil də gedib. Kişi həmin vaxt olmayıb, çıxıb çölə, qadın əlində sumka ilə gəlib. Bu məqamda kişi həyətə qayıdıb ki, “sən mənim yoldaşıma söz atmısan”. Birdən özünü də yıxıb yerə, bıçağı da çıxarıb, heç özünü vurmadan qışqırıb ki, “ay, məni vurdu”. Elə həmin anda polislər tökülüşüb Aqili tutub. Hər şey əvvəlcədən hazır olub, Aqili ora çağırmaq qalıb”.

Həyat yoldaşının sözlərinə görə, polis idarəsində Aqil Hümbətovun Yamən Məmmədovu bıçaqla vurması barədə etirafedici ifadəyə imza atması üçün ona işgəncə verilib: “Aqil deyir ki, 20 nəfərə qədər polis tökülüşmüşdü üstümə. İki gün onu döyüblər. Hətta zorlamaqla hədələyiblər. Aqil məcbur qalıb, o ifadəyə imza atıb”.

Daxili İşlər Nazirliyindən isə Aqil Hümbətovun təxribat nəticəsində saxlanması, onun işgəncəyə məruz qalması haqda iddiaların əsassız olduğu bildirilib. Nazirlikdən Meydan TV-yə verilən açıqlamada deyilir ki, Aqil Hümbətov yaşadığı Zirə qəsəbəsində Yamən Məmmədovu bıçaqladığına görə həbs edilib, hazırda istintaq gedir.

“Bütün xalqın gözü qarşısında AXCP üzvü Aqil Hümbətovu şərlədilər. Aqil Hümbətov İlham Əliyevi sərt tənqid edirdi. Ritorikası çox sərt idi. Hətta partiyadan da ona deyilmişdi ki, ritorikasını korrektə etsin. Aqil bəyi tanıyanlar hakimiyyətin mahiyyətini bildiklərindən onun bir gün şərlənəcəyini gözləyirdilər. Ona görə də Aqil bəyin cinayət törətmədiyi hamıya aydındır...”, - bunu isə AXCP sədri Əli Kərimli Aqil Hümbətovun həbsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Aqil Hümbətov 3 körpə övladına uşaqpulu, özünə iş istəyirdi: “Hər bir vətəndaşına sahib çıxmalı hakimiyyət isə ona nəinki uşaqpulu və iş vermədi, üstəlik özünü də həbs etdi. Nə qədər zalım və qəddar olasan ki, bu körpələri ac və atasız qoyasan. Aqil Hümbətov heç azadlıqda olanda bu uşaqlara baxa bilmirdi. Dövlət adından qərar verənlər nəyə görə bu körpələrin taleyinin bundan sonra necə olacağını düşünmürlər?”

Aqil Hümbətova qarşı Cinayət Məcəlləsinin 126-cı (qəsdən bədənə ağır xəsarət yetirmə) maddəsilə ittiham irəli sürülüb.

Sosial şəbəkələrdə hökuməti tənqid edib, uşaqpulu tələb edən Aqil Hümbətov 2020-ci martın 29-da belə çıxışlarından birindən sonra tutulub Xəzər rayonu, 1-ci polis bölməsinə aparılıb. Daha sonra bölməyə çağrılan Təcili Tibbi Yardım maşınıyla onu Maştağadakı 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdiriblər. Orada onu üç ay məcburi saxladıqdan sonra buraxıblar.

Aqil Hümbətova ondan əvvəl də inzibati həbs cəzası verilmişdi. O zaman o, polisə müqavimətdə təqsirləndirilsə də, özü deyirdi ki, yalandır, həbsinin səbəbi iki gün öncə prezidenti tənqid etməsidir.

Siyasət

ABŞ səfirliyi 14 may aksiyası barədə

Roza Məmmədova
17 May 2022

Toplum Tv

Birləşmiş Ştatların səfirliyi "Toplum TV"yə açıqlamasında Azərbaycan hökumətini vətəndaşların konstitusion hüquqlarına hörmət etməyə çağırıb Birləşmiş Ştatlarının Səfirliyi Azərbaycan hökumətini insan hüquqlarına və əsas azadlıqlarına hörmətlə yanaşmağa, o cümlədən bütün vətəndaşların öz fikirlərini dinc şəkildə ifadə etməsinə, azad toplaşma hüququndan istifadəsinə imkan verməyə çağırıb. Mayın 14-də Bakıda dinc etiraz aksiyasının iştirakçılarına qarşı zorakılıq və jurnalistlərlə ictimai fəallara təzyiqlə bağlı “Toplum TV”nin sorğusuna Birləşmiş Ştatlar səfirliyindən verilən cavabda belə deyilir.  “Biz bütün dünyada etdiyimiz kimi, Azərbaycanda da hökuməti medianın təhlükəsizliyini təmin etməyə və jurnalistlərin zorakılıq, təhdid və ya ədalətsiz həbsdən qorxmadan öz vəzifəsini yerinə yetirmək imkanlarını qorumağa çağırırıq”,- deyə açıqlamda qeyd olunub....
Siyasət

Putin niyə MDB ölkələrinin KTMT-yə üzv olmasını istəyir?

Roza Məmmədova
17 May 2022

Reuters

"Putinin dediklərini dinləməliyik, amma əhəmiyyət verməməliyik” Azərbaycanın sabiq xarici İşlər naziri Tofiq Zülfüqarov “Toplum TV”yə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) mayın 16-da Moskvada keçirilən sammitində Rusiya Prezidentinin çıxışını şərh edərkən belə deyib. Rusiya Prezidenti Vladimir Putin məlum nitqi zamanı Müstəqil Dövlətlər Birliyinə (MDB) KTMT-də müşahidəçi statusunun verilməsi təklifi ilə çıxış edib. Bir gün əvvəlsə Belarusun müdafiə naziri Viktor Xrenin bir neçə ildən sonra onlarla ölkənin KTMT-yə qoşulacağını bəyan etmişdi. Hazırda təşkilatın üzvləri Rusiya, Belarus, Qazaxıstan, Ermənistan, Qırğızıstan və Tacikistandır. Putin saamitdəki çıxışında KTMT-nin payızda birgə hərbi təlimlər planlaşdırdığını da deyib. Onun sözlərinə görə, təlimlərin sayı getdikcə artacaq və onlar Qazaxıstan,...

Seçilmiş Videolar

Toplum TV loqo