Açıq mənbələrdən götürülüb
Azərbaycanla Ermənistan sərhədində yerləşən Qaragöllə bağlı mübahisələr davam edir. Ərazinin onlara məxsus olduğunu iddia edən rəsmi Yerevan Azərbaycanla sərhəd delimitasiyası və demarkasiya məsələsini beynəlxalq müstəviyə qaldırıb.
Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov da məsələ ilə bağlı "Modern.az"-a açıqlama verib.
1992-ci ilin martına qədər prezident olmuş siyasətçi Qaragölün müstəqilliyin ilk illərində Azərbaycanın nəzarətində olduğunu diqqətə çatdırıb.
“Gorusla Laçın arasındakı sərhəddə yerləşən Qaragöl əzəli Azərbaycan torpağıdır”.
O erməni tərəfin yalan iddialar irəli sürdüyünü bildirib:
“Hazırda müzakirələrə səbəb olan Qaragöl əzəli Azərbaycan torpağıdır. Ermənilər hər zamankı kimi yalan iddialar irəli sürür. Tək Qaragöl yox, eyni zamanda Zəngəzur mahalı, İrəvan bölgəsi də bizimdir. Sadəcə, biz bəzi səbəblərə görə həmin ərazilərimizi itirmişik”.
Mayın 12-dən etibarən Azərbaycan və Ermənistan sərhəddindəki Qaragöl bölgəsində gərginlik davam edir. Azərbaycan öz ərazisində demarkasiya xətləri çəkdiyini, erməni tərəf isə ərazi bütövlüyünə qəsd olunduğunu bildirir.
Rəsmi səhifə
Rəsmi səhifə
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
“Bu, onun sonuncu etirazı idi”
Bələdiyyə torpaqları 50, 100 illik icarəyə verir, kəndli isə torpaqsız qalır
Müştəri restoranda servis haqqı ödəməlidirmi?