Siyasət

Azərbaycan “Avroviziya” -nın finalına çıxıb

13 May, 2022
48

açıq mənbədən götürülüb

İtaliyanın Turin şəhərinin ev sahibliyi etdiyi 66-cı “Eurovision” mahnı müsabiqəsinin ikinci yarımfinalında Azərbaycan finala çıxıb.

İctimai Televiziyanın yaydığı məlumata görə, müsabiqənin 2-ci yarımfinalında 18 ölkənin təmsilçiləri yarışıb.

Azərbaycan, Finlandiya, İsrail, Serbiya, Gürcüstan, Malta, San-Marino, Avstraliya, Kipr, İrlandiya, Şimali Makedoniya, Estoniya, Polşa, Monteneqro, Belçika, İsveç, Rumıniya və Çexiya təmsilçiləri öz performanslarını nümayiş etdiriblər.

Azərbaycanı təmsil edən Nadir Rüstəmli “Fade To Black” adlı mahnı ilə çıxış edib. Səsvermədən sonra ilk onluğa daxil olmağı bacaran Azərbaycan mayın 14-də keçiriləcək finalda mübarizə aparmağa haqq qazanıb.

Həmçinin, Belçika, Çexiya, Finlandiya, Estoniya, Avstraliya, Polşa, İsveç, Rumıniya və Serbiya finala vəsiqə qazanıblar.

Mayın 10-da keçirilən birinci yarımfinalda səsvermədə daha çox səs toplamış 10 ölkə - İsveçrə, Ermənistan, İslandiya, Litva, Portuqaliya, Norveç, Yunanıstan, Ukrayna, Moldova, Niderland final mərhələsinə yüksəlib.

Müsabiqənin final mərhələsi mayın 14-də baş tutacaq.

Siyasət

DİN: Böyük Britaniya səfirliyinin yanlış məlumat yayması qəbuledilməzdir

17 May 2022

Toplum Tv

Daxili İşlər Nazirliyi Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin 14 may aksiyasnda polisin aksiyaya müdaxilə etməsi saxlanılan şəxslərin olması barədə məlumatına münasibət bildirib. Toplum Tv DİN-in rəsmi saytında dərc olunan bəyanatda deyilir ki, mayın 14-də bir qrup şəxs Səbail rayonu ərazisindəki “Fəvvarələr meydanı”nda müvafiq dövlət qurumları ilə razılaşdırılmamış aksiya keçirib: “Bu aksiyanın Azərbaycan Respublikasının "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanununa zidd keçirilməsinə baxmayaraq polis əməkdaşları tərəfindən aksiyaya müdaxilə edilməyib, əksinə iştirakçıların təhlükəsizliyi təmin olunub və aksiyanın yekununda müvafiq bəyanat səsləndirilib. Aksiya zamanı hər hansı insident qeydə alınmayıb və saxlanılan olmayıb”. Toplum Tv DİN vurğulayır ki, Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin polisin aksiyaya ciddi müdaxilə...
Siyasət

Əliyev Tokayevi Azərbaycana dəvət edib

17 May 2022

president.az

Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana səfər edəcək. "president.az”ın məlumatına görə, bu gün, mayın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə zəng edib. “İlham Əliyev Kasım-Jomart Tokayevi Azərbaycana rəsmi səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul olunub", - məlumatda qeyd olunub. Dövlət başçıları iki ölkə arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrin bundan sonra da genişlənəcəyinə əminliklərini ifadə ediblər

Seçilmiş Videolar

Toplum TV loqo