Siyasət

Azərbaycan Demokratiya sammitində iştirak etməməklə nə itirir?

Məzahir Abdurahmanov
26 Noyabr, 2021
2184

AP

“Azərbaycanın Demokratiya sammitinə dəvət olunmaması sonrakı mərhələlərdə müəyyən problemlər yaradacaq”

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər “Toplum TV”-yə Azərbaycanın Demokratiya sammitinə dəvət olunmaması haqqında danışarkən belə deyib.

ABŞ Prezidenti Co Bayden bu ilin dekabrında demokratik ölkə liderlərinin virtual “Demokratiya sammiti”ni keçirəcək. Bundan təxminən bir il sonra – 2022-ci ilin dekabrında isə sammitin üzbəüz formatda keçirilməsi planlaşdırılır.

Gələn ayın 9-10-da keçirilməsi planlaşdırılan virtual “Demokratiya sammiti”nə 110 ölkə dəvət olunub. Azərbaycan, Türkiyə və Rusiyanın yer almadığı, Ermənistan və Gürcüstanın isə adlarının salındığı siyahı müzakirə mövzusuna çevrilib.

“Ermənistanın dəvət edilməsi burada siyasi yanaşma olduğunu göstərir”

İ.Qəmbər sammitin müsbət tərəfləri barədə belə deyir:

“Sovet İttifaqı dağılandan və Şərq Bloku çökəndən sonra bunu azad dünyanın Soyuq Müharibə üzərində qələbəsi kimi qeydə aldılar. Bu həqiqət idi. Amma belə görünür ki, ABŞ başda olmaqla Qərb belə irimiqyaslı dəyişikliklərə hazır deyildi. Fakt odur ki, ötən 30 il ərzində beynəlxalq birlik dünyanın bütövləşməsi, demokratik dünyanın güclənməsi istiqamətində böyük uğurlara nail ola bilmədi. Bu baxımdan ABŞ-ın hazırda Demokratiya sammiti keçirməsini və demokratiya mövzularını yenidən aktuallaşdırmasını müsbət hadisə kimi qiymətləndirmək olar. Amma təəssüf ki, yənə də müəyyən yanlışlıqlar var. Məsələn, bu tədbirə Türkiyə kimi demokratik ölkə dəvət olunmayıb, amma Ermənistan olunub. Halbuki Ermənistan qonşu dövlətin ərazilərini işğal edən bir ölkədir. Bir dəfə demokratik seçkiyə bənzər nəsə keçirib deyə, onun Demokratiya sammitinə dəvət edilməsi burada siyasi yanaşmanın mövcud olduğunu göstərir”.

İsa Qəmbər - Açıq mənbələrdən götürülüb

İ.Qəmbər obrazlı şəkildə deyir ki, Prezident Bayden təxminən Dədə Qorqud dastanındakı Bayandur xan kimi hərəkət edir: “Bayandur xan hər kəsi görüşə çağırır. Qonaqların bir qismini ağ çadırda, bir qismini qırmızı çadırda, bir qismini də qara çadırda əyləşdirir. Demokratiya sammitinə də demokratik ölkələr, demokratiya istiqamətində irəliləyən ölkələr dəvət olunur, qeyri-demokratik ölkələr isə dəvət olunmur”.

Bunu da oxu: “Azərbaycanda deputatlar oliqarxlaşmayıb, oliqarxlar deputat olub”

Məsələ ilə əlaqədar danışan E.Fəttah deyir ki, sammitdə bir neçə əsas mövzu müzakirə olunacaq:

“ABŞ-ın Karneqi Fondunun təsnifatlandırmasına görə, Demokratiya sammitinə 77 tam demokratik, 30 qismən demokratik, 3 də qeyri-demokratik ölkə olmaqla ümumən 110 ölkə dəvət edilib. Müzakirə olunacaq əsas mövzular demokratiyaların zəif və güclü tərəflərinin aydınlaşdırılması, qlobal avtoritar dalğanın son 20 ildə vüsət alan revanşına qarşı effektiv müqavimət üsullarının tapılmasıdır. Gündəlikdə avtoritarizmdən müdafiə, korrupsiya ilə mübarizə və insan haqlarının müdafiəsi mövzuları da var”.

Azərbaycan niyə Demokratiya sammitinə çağırılmadı?

E. Fəttah bu suala cavabında deyir ki, Azərbaycanın dəvət olunmamasının iki əsas səbəbi var: “Birinci səbəb odur ki, Azərbaycan Qafqazın anklav avtokratiyasıdır və özünün avtoritar rejimini getdikcə möhkəmləndirir. İkinci səbəb odur ki, rəsmi Bakı ABŞ-ın strateji maraqlarına tərs siyasət yeridən Moskva və Ankara ilə yaxın münasibətlər qurur. İlham Əliyev hakimiyyətinin xüsusilə avtoritarizmin lokomotivi olan Putinlə yaxın əlaqələri ABŞ-ın rəsmi Bakıya münasibətini neqativ müstəviyə daşıyır. Yəni Azərbaycanın sammitə dəvət olunmaması təkcə onun avtoritarlığına görə deyil, həm də geopolitik seçimlərinə görədir”.

Elman Fəttah - Sosial Media

İ.Qəmbər bunu belə əsaslandırır: “Azərbaycanda azad və ədalətli seçkilər keçirilmir, siyasi iqtisadi azadlıqlara əməl olunmur. Azərbaycanın demokratik ölkə sayılmaması yenilik deyil. Burada həmçinin ABŞ-ın da müəyyən siyasi yanaşmaları öz rolunu oynayır”.

“Azərbaycanın sammitə dəvət olunmaması onun müstəqil siyasət yürütməsiylə əlaqədardır”, - bunu isə  Milli Məclisin deputatı Zahid Oruc deyir.

Onun sözlərinə görə, Azərbaycan Belçikadan (Avropa İttifaqının paytaxtı-red.) və ya hansısa başqa bir Qərb paytaxtından idarə olunmur.

“İkinci tərəfdən isə Vətən müharibəsində əldə olunan qalibiyyət Qərbin bölgədən xeyli dərəcədə sıxışdırılıb çıxarılmasına gətirib çıxarıb. Bu mənada Azərbaycan regionda Türkiyə və Rusiya ilə birgə siyasət izləyir və Vətən müharibəsinin yekunlarını bu dövlətlər vasitəsilə daha da irəliyə aparır. Bu isə ABŞ-ın, Fransanın, o cümlədən Avropa İttifaqının kənarda qalması deməkdir. Üçüncü amil isə ondan ibarətdir ki, biz ABŞ-ın forpostuna çevrilərək İrana və ya Rusiyaya qarşı hansısa dirəniş göstərməməklə onların gözləntilərini reallaşdırmamışıq. Bunun da məsələdə öz rolu var”. 

Zahid Oruc - Açıq mənbələrdən götürülüb

Azərbaycan sammitdə iştirak etməməklə nə itirir?

İ.Qəmbərin sözlərinə görə, bu, Azərbaycan üçün proplemlər yarada bilər:

“Ermənistanla münaqişəmiz tam yekunlaşmayıb, Qarabağın dağlıq hissəsində Rusiya hərbiçiləri yerləşib, faktiki olaraq həmin ərazi birbaşa Rusiya nəzarətindədir. Belə olduğu təqdirdə Azərbaycanın sammitə dəvət olunmaması sonraki mərhələlərdə müəyyən problemlər yaradacaq”.

E.Fəttah da düşünür ki, Azərbaycan sammitdə iştirak etməməklə çox şey itirir: “Qafqazın üç respublikasından ikisi, xüsusən də Ermənistan sammitdə iştirak edir. Bu fakt beynəlxalq əlaqələrdə Azərbaycanı Ermənistan qarşısında zəif duruma sala bilər”.

Bunu da oxu: BMT Təhlükəsizlik Şurası niyə tənqid olunur? – “Beynəlxalq münasibətlərin yenidən nizamlanmasına zərurət var”

Z.Oruc isə Azərbaycan sammitdə iştirak etməməsinin təbliğata çevrilməsinin əleyhinədir. Onun sözlərinə görə, “Azərbaycan sammitə dəvət olunmadığına görə ciddi hədəfdədir, insan haqları və demokratiya məsələlərinə görə bizə hücumlar olacaq, sanksiyalar tətbiq ediləcək” kimi təbliğat aparmağa ehtiyac yoxdur: “Çünki biz insan haqlarını və  demokratiyanı hansısa zirvə görüşlərində iştirak etmək naminə yox, xalqımızın manafeyi naminə həyata keçirməliyik”.

Azərbaycan hansı şərtlərlə “Demokratiya sammiti”ndə iştirak edə bilər?

İ. Qəmbər bu suala cavabında deyir ki, Azərbaycanın “Demokratiya sammiti”ndə iştirak etməsi üçün demokratik tələblərə əməl etməlidir: “Azad və ədalətli seçkilər keçirilməli, siyasi məhbuslar azad edilməli, media azadlığı, məhkəmələrin müstəqilliyi təmin edilməli, siyasi və iqtisadi azadlıqlar bərqarar olmalıdır”.

E. Fəttah isə vurğulayır ki, Bakı həqiqi islahatlara getməli, insan haqlarına qarşı basqılara son qoymalı, siyasi açılıma getməldir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Qarabağdakı gərginliyə görə Şarl Mişel İlham Əliyevə zəng edib

25 Mart 2023

Rəsmi səhifə

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel martın 25-də İlham Əliyevə zəng edib. Toplum TV xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, telefon danışığı əsnasında Şarl Mişel Azərbaycanın Laçın-Xankəndi yolu ətrafındakı məsələlərə toxunub və son günlərdə Ermənistanla Azərbaycanın dövlət sərhədində baş vermiş insidentlərlə əlaqədar narahatlığını ifadə edib. https://toplum.tv/siyaset/presmi-baki-ermenistana-xeberdarliq-edibp "Prezident İlham Əliyev Azərbaycanın Brüssel prosesini dəstəklədiyini bir daha vurğulayıb. Laçın-Xankəndi yolu ətrafındakı vəziyyətə toxunan Azərbaycan Prezidenti qeyd edib ki, bu yolun guya bağlı olması ilə əlaqədar Ermənistanın irəli sürdüyü iddialar tamamilə yalandır. Belə ki, 2022-ci il dekabrın 12-dən bu günədək Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə...
Siyasət

Rəsmi Bakı Ermənistana xəbərdarlıq edib

25 Mart 2023

Rəsmi səhifə

Azərbaycan Xarici İşlər Nazirliyi Qarabağda vəziyyətin gərginləşməsi ilə əlaqədar Yerevana xəbərdarlıq edib. Toplum TV xəbər verir ki, bu barədə martın 25-də XİN bəyanat yayıb. Açıqlamada Ermənistanın Qarabağa qanunsuz silah daşıdığı qeyd olunub və buna görə Yerevanın məsuliyyət daşıdığı vurğulanıb. https://toplum.tv/siyaset/pqarabagda-gerginlik-azerbaycan-ordusu-herekete-keccedilibp Bildirilir ki, 5 mart tarixində Xankəndi-Xəlfəli-Turşsu yolunda, habelə 20 mart tarixində Zəngilan rayonu istiqamətində Ermənistanın törətdiyi təxribatlar nəticəsində Azərbaycan hərbçilərinin şəhid olması və yaralanması Ermənistanın vəziyyəti qəsdən gərginləşdirmək niyyətini nümayiş etdirib. "Ermənistan tərəfinin sözügedən hərbi təxribatları həmçinin Ermənistan rəhbərliyinin son günlərdə təcavüzkar ritorikası ilə müşayiət olunub. Xüsusilə, Ermənistan Prezidenti, Baş naziri və xarici işlər naziri tərəfindən Azərbaycanın suverenliyi və ərazi...

Seçilmiş Videolar

Toplum TV loqo