Siyasət

Azərbaycan döyüş təyyarələri və helikopterlərin təlimlərinə başlayıb

4 Avqust, 2022
111

Açıq mənbələrdən götürülüb

Cari ilin tədris dövrünün hazırlıq planına uyğun olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş təyyarələri və helikopterləri ilə təlim-məşq uçuşları keçirilir.

Bu barədə avqustun 4-də Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hərbi pilotların döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən məşqlərdə aviasiya vasitələrinin uçuşları müəyyən edilmiş marşrutlar üzrə yerinə yetirilir.

Təlimdə havaya qalxma və yerə enmə, kiçik və orta hündürlüklərdə çətin pilotaj manevrləri, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, eləcə də hava kəşfiyyatının aparılması üzrə tapşırıqlar pilotlar tərəfindən müvəffəqiyyətlə icra olunur.

Siyasət

İlham Əliyev: “Qisas” əməliyyatı cəza tədbiri idi

12 Avqust 2022

Rəsmi səhifə

"Ermənistan tərəfi növbəti dəfə silahlı təxribata əl atdı və bu hərbi təxribat nəticəsində bir hərbçimiz şəhid olmuşdur. Ancaq hər kəs gördü və görməlidir ki, şəhidimizin qanı yerdə qalmadı. Biz dərhal “Qisas” əməliyyatı keçirərək şəhidimizin qanını aldıq və qarşı tərəfi ciddi cəzalandırdıq". Bunu Prezident İlham Əliyev avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində bildirib. İlham Əliyev bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatının cəza tədbiri olduğunu deyib.  "Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq. Heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz", - deyə o qeyd edib.  https://toplum.tv/siyaset/mudafie-nazirliyinden-qarabagdaki-emeliyyatlarla-bagli-aciqlama Prezident həmçinin bildirib ki, Azərbaycan...
Siyasət

Şəmkirdə əməliyyat, vəzifəli şəxs saxlanıldı

12 Avqust 2022

Rəsmi səhifə

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Şəmkir rayonunda əməliyyat keçirib. Bu barədə avqustun 12-də Baş Prokurorluqdan məlumat verilib.  Bildirilir ki, Şəmkir Rayon İcra Hakimiyyəti (RİH) başçısının Çinarlı qəsəbəsi üzrə icra nümayəndəsi Elçin Abbasov saxlanılıb. Hazırda araşdırma aparıldığı qeyd olunub.   

Seçilmiş Videolar

Toplum TV loqo