Açıq mənbələrdən götürülüb
Azərbaycan 2017-2021-ci illərdə silah idxalına görə dünyada 37-ci yeri tutub və silahı əsasən İsraildən (61%), Rusiyadan (22%) və Belarusdan (6,6%) alıb.
"Turan" bildirir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun (SIPRI) martın 14-də açıqladığı beynəlxalq silah transferləri haqda hesabatında deyilir.
Hesabata görə, 2012-2016-cı illərlə müqayisədə 2017-2021-ci illərdə beynəlxalq silah ticarətində cüzi azalma (-4.6 faiz) qeydə alınıb.
Dünyada silah ixracatında birinci yeri ABŞ tutur, ümumi tədarük həcminin 39%-i bu ölkənin payına düşür.
2012-2016-cı illərlə müqayisədə ABŞ ixracatı 14 faiz, dünya bazarının xüsusi çəkisində öz payını isə 7% (32% idi) artırıb.
Amerikadan silah ixracının 43 faizi Yaxın Şərqə gedir.
Silah ixracında ikinci yerdə Rusiya Federasiyası gəlir. Dünyada silah ixracının 19 faizi Rusiyaya məxsusdur. Amma bu ölkənin silah ixracı 2012-2016-cı illərlə müqayisədə 2017-2021-ci illərdə 26 faiz azalıb.
Bu, əsasən iki ölkəyə – Hindistan və Vyetnama silah göndərişinin azalması ilə əlaqədardır. Amma növbəti illərdə Rusiyadan Hindistana böyük silah göndərişləri gözlənir.
Fransa 11 faizlə dünyada silah ixracına görə üçüncü yerdədir. 2012-2016 və 2017-2021-ci illər arası Fransa silah ixracını 59 faiz artırıb.
Çin silah ixracına görə dördüncü, Almaniya isə beşinci yerdədir. Çindən silah ixracı 31, Almaniyadan isə 19 faiz azalıb.
İsrailin Azərbaycandakı səfiri İran barədə: Bu qatil rejimin hədələrini ciddi qəbul edin
Sosial mediadan skrinşot
Açıq mənbələrdən götürülüb