Siyasət

Azərbaycan-Ermənistan delimitasiya üzrə komissiyaların görüşü Moskvada olacaq

12 May, 2022
80

açıq mənbədən götürülüb

Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası və təhlükəsizliyi ilə bağlı komissiyaların iclasının gələn həftə Moskvada keçirilməsi planlaşdırılır.

"TASS "ın məlumatına görə, bu barədə Ermənistan Xarici İşlər Naziri Ararat Mirzoyan deyib.

“Sizi məlumatlandırmaq istərdim ki, azərbaycanlı həmkarımla delimitasiya və sərhəd təhlükəsizliyi komissiyasının yaradılması mövzusunda danışmışıq. Və deyəsən, Aleksey Overçukla (Rusiya Baş nazirinin müavini) kommunikasiyalarla bağlı 16-17 mayda Moskvada görüş keçiriləcəyinə dair razılıq var”, - Mirzoyan vurğulayıb.

XİN rəhbəri onu da əlavə edib ki, Moskvada həmin günlərdə delimitasiya və sərhəd təhlükəsizliyi ilə bağlı ikitərəfli görüşün keçirilməsi təşkil olunacaq”

Siyasət

İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyan arasında görüş olub

22 May 2022

Rəsmi səhifə

Bu gün Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında görüş baş tutub. Bu barədə Prezident İlham Əliyevin mətbuat xidmətindən məlumat verilib. Görüşün detalları barədə hələlik mətbuata geniş informasiya verilməyib. Bundan əvvəlsə İlham Əliyevin Şarl Mişel ilə təkbətək görüşü olub. APA xəbər verir ki, görüş zamanı Əliyev Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün Azərbaycan tərəfindən beynəlxalq hüquqa əsaslanan 5 prinsipin təqdim olunduğunu qeyd edib.   O, bu prinsiplərin sülh müqaviləsinin hazırlanmasında əsas rol oynadığını vurğulayıb. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel isə Avropa...
Siyasət

İlham Əliyev və Şarl Mişel arasında görüş olub

22 May 2022

Rəsmi səhifə

Azərbaycan Prezident İlham Əliyevin Brüsselə səfəri çərçivəsində Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişellə təkbətək görüşü başlayıb. Bu barədə Prezident İlham Əliyevin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Şarl Mişel dövlət başçısını qarşılayıb, sonra birgə foto çəkdirilib. Bu gün Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş planlaşdırılır.

Seçilmiş Videolar

Toplum TV loqo