Siyasət

Azərbaycan Ermənistanla sərhəddə əməliyyat keçirir? - İtkilər var

13 Sentyabr, 2022
1081

Açıq mənbələrdən götürülüb

Azərbaycanın teleqram kanallarında Kəlbəcər istiqamətində qızğın döyüşlərin getməsi barədə məlumatlar yayılıb. Bildirilir ki, Azərbaycan keçirdiyi əməliyyata “Qətiyyətli cavab” adı verilib. 

Azərbaycan tərəfi əməliyyat barədə hələlik rəsmi informasiya yaymayıb.

Azərbaycan Müdafiə Nazirliyi  səhər saatlarında Ermənistanın Azərbaycanın mövqelərini atəşə tutması barədə məlumat yayıb və bildirib ki, məqsəd sülh sazişinin imzalanmasının yubadılmasıdır.

"Azərbaycan 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata sadiqdir, sərhədlərin demarkasiya və delimitasiya işinin başlanması və hər iki ölkə arasında sülh müqaviləsinin imzalanması ilə bölgədə əminamanlığın bərqərar olunmasına maraqlıdır. Qarşı tərəf isə əksinə, ərazilərimizə, bölmələrimizin təminat yollarına minalar basdırmaqla bəyanata zidd davranışlar sərgiləyir. Bu da Ermənistanın hərbi avantüra və revanşist mövqedə olduğuna əyani sübutdur", - bu sözləri Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər üçün brifinqdə deyib.

 Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatı

Bu gün məsələylə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyi də məlumat yayıb. 

"Son bir ay ərzində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Laçın, Gədəbəy, Daşkəsən və Kəlbəcər rayonları istiqamətində təxribatları, Azərbaycan Ordusunun həmin rayonların ərazisindəki mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması halları intensiv və sistematik xarakter daşıyırdı. Eyni zamanda, Ermənistan tərəfindən Azərbaycan sərhədləri boyunca hərbiləşməni artırması, bölgədə ağır texnika və iri çaplı silahlar yerləşdirməsi Ermənistanın genişmiqyaslı hərbi təxribata hazırlaşdığını göstərirdi.

https://toplum.tv/dunya/abs-turkiyeye-xeberdarliq-edib

Bununla yanaşı, Ermənistanın normallaşma prosesini müxtəlif bəhanələrlə ləngitməsi, beynəlxalq səylərlə aparılan danışıqlarda destruktiv mövqe nümayiş etdirməsi, üçtərəfli bəyanatlar və əldə edilmiş razılıqlar çərçivəsində öhdəliklərə zidd olaraq, erməni silahlı birləşmələrini Azərbaycan ərazisindən çıxarmaması, Ermənistanda istehsal olunan minaların son zamanlarda Laçın ərazisində yerləşdirilməsi də daxil olmaqla ərazilərin minalanmasının davam etdirilməsi, kommunikasiyaların və nəqliyyat marşrutlarının açılması işlərində Ermənistan tərəfindən yeni şərtlərin irəli sürülməsi və prosesi dağıtması, eləcə də sülh gündəliyinə qarşılıq verməməsi Ermənistanın sülh prosesində maraqlı olmadığını və prosesə zərbə vurulması məqsədlərini nümayiş etdirirdi" - deyə açıqlamada qeyd edilib. 

XİN vaş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü bildirib. 

Ermənistan tərəfi də Azərbaycanı ittiham edir

Ermənistan tərəfi Azərbaycan Silahlı Qüvvələrinin dövlət sərhədində atəşkəsi pozduğuna dair açıqlama yayıb. 

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan-Azərbaycan sərhədində vəziyyət son dərəcə ağır olaraq qalır.

Bildirilib ki, Azərbaycan artilleriya qurğularından, minaatanlardan, PUA-lardan və iriçaplı silahlardan intensiv atəş açır.

Erməni tərəf açıqlamasına itkilərin dəqiqləşdirildiyi barədə də məlumat yayıb. 

Ermənistan KTMT-yə və BMT Təhlükəsizlik Şurasına müraciət edəcək

Dünən, sentyabrın 13-də Baş nazir Nikol Paşinyanın sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib, iclasda Təhlükəsizlik Şurasının üzvlərindən əlavə, Prezident Vaaqn Xaçaturyan və Milli Assambleyanın sədri Alen Simonyan da iştirak edib.

Bildirilib ki, Ermənistan baş verənlərlə bağlı Rusiyaya, Kollektiv Təhlükəsizlik Müqaviləsinə Təşkilatına və BMT Təhlükəsizlik Şurasına rəsmi müraciət edəcəyini açıqlayıb. 

Paşinyan Blinkenlə danışıb

Dünən həmçinin Ermənistanın Baş naziri ilə ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı baş tutub. 

Erməni tərəfinin açıqlamasına görə, Paşinyan Blinkeni bölgədə baş verənlər barədə məlumatlandırıb. 

"Entoni Blinken Amerika tərəfinin vəziyyətdən dərin narahatlığını ifadə edib və vəziyyətin daha da gərginləşməsini qəbuledilməz hesab edib. O, ABŞ-ın vəziyyəti sabitləşdirmək üçün səy göstərməyə hazır olduğunu bildirib", - Erməni hökumətinin yaydığı rəsmi məlumatda bildirilib. 

Ceyhun Bayramovla Blinkenin köməkçisiylə danışıb

Bu gün Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramovla ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında da telefon danışığı baş tutub.

https://toplum.tv/siyaset/ermeniler-lacin-seherini-ve-zabuxu-terk-edir-insanlarin-hissleriyle-oynamaq-neye-lazim-idi

Bildirilir ki, telefon danışığı zamanı Ermənistanın genişmiqyaslı təxribatı nəticəsində davam edən toqquşmalar və gərginlik müzakirə edilib.

"Nazir Ceyhun Bayramov Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədboyu ərazilərində genişmiqyaslı təxribatları, habelə ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, o cümlədən infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə görülən tədbirlər barədə qarşı tərəfə məlumat verib", - XİN-in açıqlamasında bildirilib. 

Qeyd olunub ki, Karen Donfrid bölgədə artan gərginlik və hərbi toqquşmalardan narahatlığını diqqətə çatdırıb, hərbi əməliyyatların dərhal dayandırılmasına çağırış edib.

Ermənistan və Rusiya müdafiə nazirləri telefonla danışıb

Ermənistan müdafiə naziri Suren Papikyan və Rusiya müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı olub. Onların bölgədə baş verənləri müzakirə etdikləri qeyd olunub. 

Öz növbəsində Ceyhyn Bayramov türkiyəli həmkarı Mövlud Çavuşğulunu baş verənlər barədə məlumatlandırıb. 

Məsələylə əlaqədar  Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi də açıqlama yayıb. 

Rəsmi “Twitter“dəki açıqlamasında bildirib ki, Aİ gərginliyin azaldılmasına töhfə vermək üçün tərəflərlə sıx əlaqədədir”.   


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Naxçıvanın iqtisadiyyat naziri vəzifəsindən azad olunub 

8 Dekabr 2023

Açıq mənbələrdən götürülüb

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Vaqif oğlu Əliyev vəzifəsindən azad edilib. Toplum TV APA-ya istinadən xəbər verir ki, bu barədə dekabrın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov sərəncam imzalayıb. https://toplum.tv/sosial/pprezidentin-serencami-naxccedilivanda-neyi-deyisecek-nbspp Tapdıq Əliyev 2019-cü ilin mayın 14-də NMR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun Fərmanı ilə bu vəzifəyə təyin edilmişdi.
Siyasət

İlham Əliyev Ermənistanla verilmiş birgə bəyanatdan danışıb

Toplum TV
8 Dekabr 2023

President.az

Dekabrın 8-də Prezident İlham Əliyev Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçi qəbul edib. Toplum TV xəbər verir ki, görüşdə bir sıra məsələlərə, həmçinin Azərbaycanla Ermənistan arasında sülh quruculuğu prosesinə toxunulub.  Buriç xüsusilə Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Respublikası baş nazirinin Aparatı arasında qəbul olunmuş birgə bəyanatı alqışladıqlarını bildirib, Avropa Şurasının iki ölkə arasında etimad quruculuğu proseslərinə töhfə verməyə hazır olduğunu vurğulayıb. https://toplum.tv/siyaset/presmi-moskva-azerbaycanla-ermenistan-arasindaki-razilasmaya-muumlnasibet-bildiribp Öz növbəsində İlham Əliyev qeyd edib ki, sözügedən birgə bəyanat qarşılıqlı sülh gündəliyinin irəli aparılması və iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün qarşılıqlı siyasi iradənin bir daha nümayişidir. Prezident həmçinin vurğulayıb ki, Avropa Şurası da iki ölkə...

Seçilmiş Videolar

Toplum TV loqo