Siyasət
Azərbaycan genişmiqyaslı hərbi təlimlər keçirəcək
13 Sentyabr, 2019
Baxış: 166
Azirbaycan ordusu genişmiqyaslı təlimlərə başlayacaq.

Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki,  sentyabrın 16-dən 20-dək Müdafiə nazirinin rəhbərliyi altında ordunun müxtəlif qoşun növləri, qismləri, hərbi birlik və birləşmələrinin cəlb edilməsi ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək.

Təlimin mövzusunda dağlarda əks-hücum əməliyyatının təşkili və keçirilməsi, düşmən qruplaşmasının darmadağın edilməsi məqsədilə qabaqlayıcı zərbələrin endirilməsi və azad edilmiş ərazilərdə əlverişli hədlərin tutulması üzrə fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulub.

Təlimlərə 10.000 nəfərədək şəxsi heyət, 100-dən çox tank və digər zirehli texnika, 120 müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 20-dək ordu və cəbhə aviasiyası və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunacaq.

Mürəkkəb şəraitdə, dağ-meşə, qayalıq ərazilərdə və çətin radioelektron mübarizə mühitində keçiriləcək təlim zamanı ön və yandan keçmə dəstələrinin əsas zərbə qruplaşmaları, eləcə də artilleriya, aviasiya və döyüş düzülüşünün digər elementləri ilə qarşılıqlı əlaqədə fəaliyyətin təşkili üzrə tapşırıqlar icra ediləcək.

Təlimdə əsas diqqət qoşunların idarəedilməsi vərdişlərinin təkmilləşdirilməsinə, həmçinin döyüş, mənəvi-psixoloji və maddi-texniki təminat məsələlərinə yönəldiləcək.

Bütün fəaliyyətlər döyüş atışlı mərhələlərdən ibarət olmaqla döyüş vəziyyətinə maksimal uyğun şəraitdə müxtəlif poliqon və təlim mərkəzlərində keçiriləcək.

Siyasət

Böyük Britaniya Qarabağdakı qələbə münasibətilə Azərbaycanı təbrik etdi

22 Yanvar 2021
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp II Qarabağ müharibəsində qazanılan qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib. O, təbrikini yanvarın 22-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə görüşündə çatdırıb. Azərbaycan-Böyük Britaniya əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini bundan sonra da əsirgəməyəcəyini qeyd edən C.Şarp ikitərəfli əməkdaşlıq çərçivəsində Böyük Britaniyanın azad edilmiş ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərində Azərbaycana köməklik göstərə biləcəyini bildirib.
Siyasət

Putin Avropa Birliyi ilə Navalnı məsələsini müzakirə etdi

22 Yanvar 2021
Rusiya Prezidenti Vladimir Putin və Avropa Birliyi Şurasının sədri Şarl Mişel arasında telefon danışığı olub. Kremldən yanvarın 22-də verilən məlumata görə, telefon danışığı zamanı Şarl Mişelin xahişi ilə Aleksey Navalnı məsələsi də müzakirə edilib. Ancaq müzakirələrin hansı istiqamətdə getdiyi barədə detallı informasiya verilməyib. Məlumata görə, telefon danışığı zamanı Rusiya ilə Avropa Biriliyi Şurası arasındakı münasibətlərin vəziyyəti, koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə, xüsusi ilə də birgə vaksin istehsalı və istifadəsi sahəsində əməkdaşlıq məsələlərinə diqqət ayrılıb. Yanvarın 18-də Almaniyadan müalicədən qayıdan Aleksey Navalnı paytaxt Moskvada hava limanında həbs olunub. Yanvarın 23-də müxalifət liderinin həbsinə etiraz əlaməti olaraq Rusiyanın bir çox bölgələrində kütləvi...
Seçilmiş Videolar