Siyasət

Azərbaycan hərbi xərclərini niyə artırır? 

Lida Abbaslı
21 İyun, 2022
821

Açıq mənbələrdən götürülüb

Bu ilin dövlət büdcəsinin yenilənmiş proqnozlarına əsasən, müdafiə və milli təhlükəsizlik xərcləri 5 milyard 084. 760 milyon manat müəyyən edilib.

Bu məsələ Milli Məclisin iyunun 20-də keçirilən növbədənkənar sessiyasının plenar iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

"Sülh imzalandığı təqdirdə də hərbi xərclərin azaldılması gözlənilmir"

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, deputat Rüfət Quliyev “Toplum TV”-yə deyir ki, müdafiə xərclərinin artırılmasının başlıca səbəbi Azərbaycan torpaqlarının gələcəkdə də lazımi səviyyədə qorunmasıdır. 

O, hərbi komplekslərin inkişaf etdirilməli olduğunu da vurğulayır. 

Rüfət Quliyev  - Açıq mənbələrdən götürülüb

"Sülh istəyiriksə, müharibəyə də hazır olmalıyıq", -  söyləyən deputat qeyd edir ki, Ermanistanla sülh imzalandığı təqdirdə də hərbi xərclərin azaldılması gözlənilmir.

“Bu, qarşı tərəfin revanşist addımlarının önləmək baxımından vacibdir". 

Türkiyə modelinə uyğun ordu qurulması xərcləri artırır

Hərbi ekspert Cəsur Sümərinli müdafiə xərclərinin artırılmasını bir neçə səbəblə əlaqələndirir. Onun qənaətincə, bunlardan birincisi müharibədən sonrakı dövrdə yeni hərbi birləşmələrin formalaşdırılmasıdır.

https://toplum.tv/siyaset/pasinyandan-azerbaycanla-bagli-aciqlamalar-bu-bizim-ucun-qirmizi-xetdir

“Azərbaycanda əvvəlki hərbi hissələrin şəxsi heyətinin ümumi sayı 80-100 min arasında idi və Silahlı Qüvvələrin bir korpusunun şəxsi heyətinin sayı təxminən 10-15 min nəfər idi. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin sayı təxminən 15-20 % artıb. Buna səbəb də nəzərdə tutulan regionun böyük olmasıdır və bu baxımdan şəxsi heyətin sayının artırılması büdcənin artırılmasını zəruri edir".  

Ekspertin sözlərinə görə, ikinci səbəb  Azərbaycanın Türkiyə modelinə uyğun ordu qurmaq hədəfidir, bu da ordu strukturlarında dəyişiklikləri zəruri edir. 

Cəsur Sümərinli - Sosial Media

Cəsur Sümərinli hesab edir ki, bunlara kadr dəyişikliyi, ordu strukturu, texnika kimi məsələlər daxildir və bu da əlavə vəsaitlərin ortaya çıxmasına səbəb olur. 

O bildirir ki, məsələnin üçüncü səbəbi inflyasiya ilə bağlıdır. Pul dəyərdən düşdüyü üçün hərbçilərin məvacibləri də buna uyğun olaraq tədricən artırılır. 

“Yəni əməyin qiyməti artırılır. Bundan başqa, tikinti-təmir işləri, ordunun ərzaqla təminatı, onların maya dəyəri və.s də bununla bərabər artır. Buna görə də büdcə artırılmalı olur”. 

Hərbi ekspertin söylədiyinə görə, dördüncü səbəb yeni silahlanma strategiyası ilə bağlıdır. 

“Azərbaycan  Rusiya, Türkiyə, İsrail və  NATO ölkələrindən müəyyən miqdarda yeni  silah və hərbi texnika almağa çalışacaq", - ekspert deyib.

Onun sözlərinə görə, torpaqların azad olunması ilə əlaqədar həmin ərazilərdə hərbi sahədə müxtəlif tikinti işlərinin aparılması da digər bir səbəbdir.

"Cəbhə xətti Azərbaycan-Ermənistan sərhədində yenidən qurulmalıdır. Minalardan təmizlənmə və.s məsələlər də müdafiə xərclərinə daxildir".

“Xərclərin şişirdilməsi korrupsiya göstəricisidir”

Ekspertin fikrincə, beşinci və ənənəvi səbəb isə pul yuyulması məsələləri ilə bağlıdır. Buna büdcə xərclərinin şişirdilməsi, xərclərin necə bölünməsi ilə bağlı detalların verilməməsi və s. daxildir.

“Büdcənin bu qədər artırılmasının əsas səbəblərindən biri xərclərin şişirdilməsidir. Daha sonra həmin vəsaitlər müəyyən şəxslərin ciblərinə gedir. Bu, Azərbaycan Silahlı Qüvvələrində, ümumiyyətlə, müdafiə-təhlükəsizlik sektorunda korrupsiyanın və rüşvətxorluğun göstəricisidir. Bunların sübutu çətin məsələ olsa da, şəffaflığın olmaması bunu deməyə ciddi əsas verir"- deyə o vurğulayıb. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Rəsmi Bakı İranda saxlanılan azərbayanlı tələbə ilə bağlı açıqlama verib

2 İyun 2023

Rəsmi səhifə

"İranda həbs olunan Fərid Səfərli ilə görüşün keçirilməsi üçün tədbirlər görülür". Toplum Tv xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Azərbaycan vətəndaşı Fərid Səfərlinin İranda həbs olunmasına münasibət bildirərkən deyib. O xatırladıb ki, Fərid Səfərli barədə məlumat Azərbaycan Xarici İşlər Nazirliyinə daxil olan gündən, yəni martın 9-dan etibarən vətəndaşın aqibətinin müəyyən edilməsi və İranın məsələyə aydınlıq gətirməsi məqsədilə müvafiq olaraq İranın Azərbaycandakı Səfirliyinə nota ünvanlanıb: Çoxsaylı müraciətlərdən sonra İran tərəfi notamıza cavab olaraq, Fərid Səfərlinin həbs olunaraq ona qarşı cinayət işi başladıldığını bildirib. Bu barədə Fərid Səfirlinin ailəsinə müvafiq məlumat verilib". https://toplum.tv/siyaset/pazerbaycanli-telebenin-iranda-casusluq-ittihami-ile-hebs-olundugu-bildirilirp...
Siyasət

Rəsmi Bakı Makronun bəyanatından narazı qalıb

2 İyun 2023

Açıq mənbələrdən götürülüb

"Əfsuslar olsun ki, Fransa tərəfindən belə davranışın sərgilənməsi ilk hal deyil və bu, Azərbaycanla Ermənistan arasında sülh prosesinə, bölgədə sülh və sabitliyə heç də müsbət töhfə vermir". Toplum Tv xəbər verir ki, bu barədə iyunun 2-də Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransa Prezidenti Emmanuel Makron tərəfindən Kişineu görüşünün nəticələrinə dair yayılmış bəyanata cavab olaraq deyib. Onun sözlərinə görə, Kişineuda Avropa Siyasi İcması sammiti çərçivəsində Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında Aİ Şurasının Prezidenti Şarl Mişelin, Fransa Prezidentinin və Almaniya Kanslerinin iştirakı ilə görüşün yekunları üzrə mətbuata açıqlama ənənəyə uyğun olaraq Brüssel formatının təşkilatçısı kimi Şarl Mişel tərəfindən...

Seçilmiş Videolar

Toplum TV loqo