açıq mənbədən götürülüb
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycandan üzrə daha bir şikayət barədə yekun qərarını elan edib.
Qərarda deyilir ki, məhkəmə “Natiq Cəfərov Azərbaycana qarşı” işini baxılacaq ərizələrin siyahısından çıxarıb və hökumət ərizəçiyə təzminat ödəməlidir.
Bu məhkəmə işi ərizəçinin məhkəməyə qədər həbs qərarının qanunsuz olması iddiaları ilə bağlı idi. Şikayətdə Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinə istinadən iddia olunurdu ki, milli məhkəmələr ərizəçinin məhkəmədən əvvəl həbs edilməsi barədə qərarını əsaslandıra bilməyiblər.
2018-ci ildə göndərilmiş şikayətin kommunikasiyası zamanı tərəflər məhkəməyə dostca anlaşma təqdim ediblər. Anlaşmaya əsasən, hökumət ərizəçiyə təzminat ödəmək, ərizəçi isə iddialarını geri çəkmək öhdəliyi götürüb. Anlaşmanı nəzərə alan məhkəmə, şikayəti baxılacaq işlərin siyahısından çıxarmağa qərar verib. Qərara əsasən, hökumət 3 ay ərzində ərizəçiyə ümumilikdə 3500 avro təzminat ödəməlidir.
Razi Hümbətov - sosial media
açıq mənbədən götürülüb
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
“Bu, onun sonuncu etirazı idi”
Bələdiyyə torpaqları 50, 100 illik icarəyə verir, kəndli isə torpaqsız qalır