Siyasət

Azərbaycan hökuməti Tofiq Yaqubluya təzminat ödəyəcək

15 İyul, 2021
783

Sosial Media

Avropa Məhkəməsi Tofiq Yaqubluya görə Azərbaycanı cərimələdi

"Aihmaz.org" saytının məlumatına görə, iyulun 15-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Müsavat Partiyası təmsilçisi Tofiq Yaqublunun iki şikayəti üzrə qərarını elan edib.

Məlumatda deyilir:

"Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, iyulun 15-də müxalif Müsavat Partiyası təmsilçisi Tofiq Yaqublunun iki şikayəti üzrə qərarını elan edib. Məhkəmə müxalif siyasətçinin iddia etdiyi pozuntuların əksəriyyətini tanıyıb.

AİHM-in yekdilliklə qəbul etdiyi qərara əsasən, işin hallarına görə, iki dəfə inzibati məsuliyyətə cəlb edilmiş T.Yaqubluya münasibətdə azadlıq və toxunulmazlıq (Maddə 5.1) və ədalətli məhkəmə araşdırması (Maddə 6.1, 6.3) hüquqlarının pozuntusuna yol verilib.

AİHM bu işdə ərizəçinin polis bölməsində pis şəraitdə saxlanılması iddialarını (Maddə 3) qəbul etmədi. Diqqəti ərizəçilərin həbsdə saxlanılma şərtləri ilə bağlı iddiaları əsaslandırmaq üçün sübutların toplanmasında yaşadığı obyektiv çətinliklərə çəkən məhkəmə qeyd etdi ki, belə iddialara dair dəlillər aydın, təkzibedilməz olmalıdır. Ən azı saxlanılan digər şəxslərin ifadələri, saxlanılma şərtlərinin pis olmasını dəstəkləyən fotoşəkillər dəlil kimi təqdim edilə bilərdi. Məhkəmə həmçinin, ərizəçinin özünün və yetkinlik yaşına çatmayan oğlunun saxlanılma şəraiti, pis rəftarla bağlı daxili vasitələrdən yararlanmağa cəhd etmədiyini də ifadə etdi.

Qərar qəti olduqdan sonra hökumət T.Yaqubluya mənəvi zərər əvəzi 8000 avro, xərc və məsrəflərə görə isə 1000 avro təzminat ödəməlidir.

İşin detalları haqda

AİHM-ə 2013-14-cü illərdə göndərilmiş bu şikayətlər T.Yaqublunun 2012-ci ilin may ayının 24-də və 25-də polislər tərəfindən iki dəfə saxlanılması ilə bağlı idi.

Ərizəçi 2012-ci ilin may ayının mayın 24-də, müxalif qüvvələrin aksiyasından bir gün əvvəl Suraxanı rayonunda saxlanılmışdı. Onun inzibati qaydada cərimə edilməsinə (20 AZN) qərar verilmişdi.

Ertəsi gün, may ayının 25-də “Sahil” metro stansiyasının yaxınlığında bu dəfə oğlu ilə birlikdə saxlanılan T.Yaqublu bir gün polisdə saxlanılmışdı. Polisin qanuni əmrinə tabe olmamağa görə günahkar bilinən ərizəçi yenidən inzibati qaydada cərimə (20 AZN) olunmuşdu. Ərizəçi hər iki işi milli məhkəmələrdə mübahisələndirmiş, amma bütün hallarda onun şikayətləri rədd olunmuşdu.

Ərizəçi AİHM-ə şikayətlərində iddia edirdi ki, barəsindəki araşdırmalar və qərarlar onun işgəncəyə məruz qalmamaq (Maddə 3, saxlanılma şəraitinin uyğunsuzluğu), azadlıq və toxunulmazlıq (Maddə 5, saxlanılmanın qanunsuzluğu) və ədalətli məhkəmə araşdırması (Maddə 6) hüquqlarına müdaxilə məzmununda olub".

Siyasət

Tofiq Yaqublunun döyülməsinə ziyalılar necə reaksiya verdi?

Aytac Məmmədli
2 Dekabr 2021

Açıq mənbələrdən götürülüb

“Tofiqin döyülməsini qınayıram, amma onun aksiyaya çıxması da doğru deyildi” “Toplum TV”-yə danışan hüquq müdafiəçisi Novella Cəfəroğlu Milli Şura üzvü Tofiq Yaqublunun döyülməsinə münasibət bildirərkən belə deyib. Dekabrın 1-də "Saleh Rüstəmliyə azadlıq!" şüarı ilə keçirilən etiraz aksiyası zamanı polis tərəfindən saxlanılan Milli Şuranın və Müsavat Partiyasının funksioneri, keçmiş siyasi məhbus Tofiq Yaqublunun üz nahiyəsində çoxsaylı qançırlar olan fotosu yayılıb. Fotoda T. Yaqublunun göz, üz nahiyəsi və göz qapaqlarında zədələrin olduğu görünür. Tofiq Yaqublu saxlanılarkən onun sifətində həmin izlər olmayıb. Tofiq Yaqublu aksiyada N. Cəfəroğlu hesab edir ki, T. Yaqublu aksiyaya çıxmaqla Saleh Rüstəmlinin işini təzədən əngəlləyib: “Polis Tofiqə bunu etməməli...
Siyasət

Ceyhun Bayramov Entoni Blinken ilə görüşdü

2 Dekabr 2021

Rəsmi səhifə

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclası çərçivəsində ABŞ Dövlət katibi Entoni Blinken ilə görüşüb. Bu barədə XİN-dən məlumat verilib. Bildirilir ki, görüşdə tərəflər, ikitərəfli əməkdaşlıq gündəliyi üzrə, o cümlədən iqtisadi, energetika, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər. Görüş zamanı nazir Ceyhun Bayramov qarşı tərəfə 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının imzalanmasından sonra bölgədə mövcud olan vəziyyət, işğaldan azad olunmuş ərazilərdəki dağıntıların miqyası, mina təhlükəsi, sərhəd məntəqəsində gərginliyin səbəbləri, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidən quruculuq işləri barədə ətraflı məlumat verib. Söhbət zamanı Azərbaycanın enerji sahəsində verdiyi töhfə, həm...
Seçilmiş Videolar