Siyasət

Azərbaycan hökuməti Tural Abbaslıya təzminat ödəyəcək

16 Sentyabr, 2021
543

Sosial Media

Azərbaycan hökuməti Ağ Partiyanın sədri Tural Abbaslıya 4500 avro təzminat ödəyəcək.

"Meydan TV"-nin verdiyi xəbərdə bildirilir. 

Tural Abbaslı 2013-cü il yanvarın 12-də Bakıda keçirilən “Əsgər ölümlərinə son” aksiyasında iştirak etdiyinə görə 600 manat cərimələnib.

Sonradan həmin cərimə 220 saatlıq inzibati işlə əvəz olunub.

Sonra Tural Abbaslının məhkəmənin bu qərarını icra etmədiyi əsas gətirilib və o, 15 gün həbs edilib.

O zaman Müsavat Gənclər Təşkilatının sədri olan Tural Abbaslı ona kəsilmiş islah işlərini yerinə yetirmək üçün hər gün 41 saylı Mənzil İstismar Sahəsinə gedib lazımi sənədləri imzaladığını bildirmişdi.

Beləliklə, elə həmin il Tural Abbaslı Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət edib.

O bildirib ki, barəsindəki məhkəmə prosedurları ədalətsizdir, qərarlar əsaslandırılmayıb və o, həbs edildiyi zaman istədiyi vəkillə təmin olunmayıb.

Tural Abbaslı ona qarşı Avropa İnsan Hüquqları Konvensiyasında nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququna (Maddə 6.1) müdaxilə edildiyini mübahisələndirib.

AİHM sentyabrın 16-da Tural Abbaslının şikayəti ilə bağlı qərardad çıxarıb. Həmin sənədə əsasən, “Tural Abbaslı Azərbaycana qarşı” işi üzrə verilmiş ərizə məhkəmənin baxılacaq işlər siyahısından çıxarılıb.

Məhkəmə bunu tərəflərin “dostca” anlaşdığı ilə əsaslandırıb.

Bildirib ki, həmin anlaşmaya görə Azərbaycan hökuməti Tural Abbaslıya 3 ay ərzində mənəvi zərərə görə 4 min avro, vəkil xərcləri üçünsə 500 avro təzminat ödəyəcək.

Siyasət

Rəşad Ramazanov saxlanılıb

21 May 2022

Açıq mənbələrdən götürülüb

Bloger Rəşad Ramazanovun saxlandığı bildirilir.  Həyat yoldaşı Könül Ramazanova Meydan TV-yə bildirib ki, o, mayın 20-də günorta saatlarında evdən çıxarkən saxlanılıb. Könül Ramazanovanın sözlərinə görə, həyat yoldaşını əvvəlcə Sabunçu rayonu, 14-cü polis bölməsinə aparıblar.  Rəşad Ramazanov özü bölmədən evlə əlaqə saxlayıb və orada olduğunu deyib. "Mən dərhal ora getdim. Orada dedilər ki, guya Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları saxlayıb. Bildirdilər ki, bölmədə yoxdur. Amma sonradan öyrəndim ki, Sabunçu Rayon Polis İdarəsinə aparıblar. Yenə narkotiklə şərləmək istəyirlər”, – Könül Ramazanova bildirib. O əlavə edib ki, baş verənlərlə əlaqədar həm Ombudsman Aparatına, həm də Daxili İşlər Nazirliyinin "102” zəng mərkəzinə məlumat verib....
Siyasət

Kəlbəcərdəki mövqelər atəşə tutulub

21 May 2022

Rəsmi səhifə

Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 20-si axşam saatlarında dövlət sərhədinin Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutub. Bu barədə mayın 21-də Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Seçilmiş Videolar

Toplum TV loqo