Siyasət

Azərbaycan İsraildə səfirlik aça biləcəkmi?

Roza Məmmədova
29 Aprel, 2021
931

Eurasia Diary

“Böyük ehtimalla Azərbaycanın yaxın müddətdə İsraildə səfirliyi açılacaq”.

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Feysbuk”da belə yazıb.

Aprelin 28-də iqtisadiyyat naziri Mikail Cabbarov deyib ki, Azərbaycan bu il İsraildə turizmin inkişafı üzrə rəsmi nümayəndəlik və diplomatik statuslu ticarət nümayəndəliyi açmaq niyyətindədir.

İsrail xarici işlər naziri Qabi Aşkenazi isə “twitter” hesabında yazıb: "Bu, İsraildə Azərbaycan səfirliyinin açılması istiqamətində mühüm addımdır”.

İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdəndir və 1993-cü ildə Bakıda səfirlik açıb. Amma rəsmi Bakı hərbi, ticarət və digər sahələrdə bu ölkə ilə yaxından əməkdaşlıq etsə də, indiyədək Təl-Əvivdə səfirlik açmayıb.

“Bu məsələni yubatmağın yeri yoxdur”

Elxan Şahinoğlu- Açıq mənbələrdən götürülüb

“Kimdən və nədən çəkinirik? Əgər Azərbaycan rəsmiləri İsraili dost adlandırırlarsa, bu ölkədən aldığımız hərbi texnika müharibədə işimizə yaradısa, üstəgəl Ermənistan da İsraildə səfirlik açıbsa, biz İsraildə səfirliyin açılmasını niyə ləngitməliyik? Sadəcə, səfirliyin Qüdsdə deyil, Təl-Əvivdə açılması doğru olar", - Elxan Şahinoğlu belə deyir.

"Təklif edərdim ki, İsrail Şuşa şəhərində də konsulluq açsın"

İqbal Ağazadə- Bizim Yol

Ümid Partiyasının sədri İqbal Ağazadə də “Toplum TV”-yə deyib ki, İsraildə səfirlik açılmasının mənfi tərəfi yoxdur: “Bu, çoxdan baş verilməli idi. İsrailin İranla hansı münasibətlər sistemində olmasının Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur. Çünki bizim də düşmən olduğumuz tərəflərlə İranın münasibətləri və diplomatik əlaqələr qurduğu, yardım etdiyi ölkələr var. Bu ölkələrdən biri elə Ermənistandır. Ona görə də bu bizim xarici siyasətimizə maneəçilik törədə bilməz".

"Mən müstəqillik illərindən bəri İsraili Azərəbaycanın dostu, yaxın müttəfiqi kimi dəyərləndirmişəm. Parlamentdə olduğum müddətdə dəfələrlə bununla bağlı məsələ qaldırmışam. Bu gün İsraildə nəinki ticarət nümayəndəliyinin, birbaşa səfirliyin açılmasının tərəfdarıyam. Hətta təklif edərdim ki, İsrail Şuşa şəhərində də konsulluq açsın”, - deyə İ.Ağazadə bildirib.

O hesab edir ki, Azərbaycan hakimiyyəti İslam ölkələrindən çəkindiyi üçün bu proses ləngiyib: “Əgər bu maraqlar çərçivəsində İsrail bizim dostumuz və Azərbaycanı dəstəkləyən dövlətdirsə, İranın və başqa bir dövlətin yanaşması bizim üçün göstərici ola bilməz. Ərəb liqası və İslam ölkələrinin fərqli münasibətlər sərgiləyə biləcəyi ehtimalını nəzərə alaraq, Azərbaycan hakimiyyəti bəzi sahələrdə olduğu kimi burada da çəkingən siyasət aparıb. Ona görə də bu mövqedən imtina etmək lazımdır”.

Azər Qasımlı: “Bu tip məsələlərə İran praqmatik, soyuqqanlı yanaşır”

Azər Qasımlı- Sosial media

"İsraildə səfirliyinin açılması o demədir ki, Azərbaycan bu ölkənin müstəqilliyini tanıyır, bununla da Fələstin problemini gözardı etmiş olur", - bu fikirləri isə politoloq Azər Qasımlı "Toplum TV"yə deyib.

Onun sözlərinə görə, İranın bu məqamda etiraz etməsi gözləniləndir: "Əslində, bu tip məsələlərə İran praqmatik, soyuqqanlı yanaşır. Amma əski də ola bilər, yəni İran Xarici İşlər Nazirliyi məsələyə reaksiya verə bilər və yaxud bu, son illər o ölkədə yayğın hala çevrilən hərbiçilərin diplomatik məsələlərə münasibət göstərməsi şəklində özünü biruzə verə bilər. Amma fikrimcə, belə etirazların da əsası yoxdur və söz olaraq qalacaq".

A.Qasımlı deyir ki, Azərbaycan müttəfiqlərini öz maraqlarına uyğun müəyyənləşdirməlidir: "Azərbaycana görə İran və ya hər hansı bir ölkə öz strateji müttəfiqlərini və yaxud bölgədəki siyasətini dəyişən deyil, yəni Azərbaycan İsraillə yaxşı münasibət qursa da, qurmasa da, İran yenə də öz siyasətini davam etdirəcək. Ona görə belə məsələlərdən çəkinmək lazım deyil. İndiki məqamda İranın Azərbaycana təsir edə bilməsi üçün əlində hər hansı bir səbəbi yoxdur. Fikrimcə, ölkənin maraqları necə tələb edirsə, ona uyğun davranmaq lazımdır”.

Siyasət

ABŞ səfirliyi 14 may aksiyası barədə

Roza Məmmədova
17 May 2022

Toplum Tv

Birləşmiş Ştatların səfirliyi "Toplum TV"yə açıqlamasında Azərbaycan hökumətini vətəndaşların konstitusion hüquqlarına hörmət etməyə çağırıb Birləşmiş Ştatlarının Səfirliyi Azərbaycan hökumətini insan hüquqlarına və əsas azadlıqlarına hörmətlə yanaşmağa, o cümlədən bütün vətəndaşların öz fikirlərini dinc şəkildə ifadə etməsinə, azad toplaşma hüququndan istifadəsinə imkan verməyə çağırıb. Mayın 14-də Bakıda dinc etiraz aksiyasının iştirakçılarına qarşı zorakılıq və jurnalistlərlə ictimai fəallara təzyiqlə bağlı “Toplum TV”nin sorğusuna Birləşmiş Ştatlar səfirliyindən verilən cavabda belə deyilir.  “Biz bütün dünyada etdiyimiz kimi, Azərbaycanda da hökuməti medianın təhlükəsizliyini təmin etməyə və jurnalistlərin zorakılıq, təhdid və ya ədalətsiz həbsdən qorxmadan öz vəzifəsini yerinə yetirmək imkanlarını qorumağa çağırırıq”,- deyə açıqlamda qeyd olunub....
Siyasət

Putin niyə MDB ölkələrinin KTMT-yə üzv olmasını istəyir?

Roza Məmmədova
17 May 2022

Reuters

"Putinin dediklərini dinləməliyik, amma əhəmiyyət verməməliyik” Azərbaycanın sabiq xarici İşlər naziri Tofiq Zülfüqarov “Toplum TV”yə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) mayın 16-da Moskvada keçirilən sammitində Rusiya Prezidentinin çıxışını şərh edərkən belə deyib. Rusiya Prezidenti Vladimir Putin məlum nitqi zamanı Müstəqil Dövlətlər Birliyinə (MDB) KTMT-də müşahidəçi statusunun verilməsi təklifi ilə çıxış edib. Bir gün əvvəlsə Belarusun müdafiə naziri Viktor Xrenin bir neçə ildən sonra onlarla ölkənin KTMT-yə qoşulacağını bəyan etmişdi. Hazırda təşkilatın üzvləri Rusiya, Belarus, Qazaxıstan, Ermənistan, Qırğızıstan və Tacikistandır. Putin saamitdəki çıxışında KTMT-nin payızda birgə hərbi təlimlər planlaşdırdığını da deyib. Onun sözlərinə görə, təlimlərin sayı getdikcə artacaq və onlar Qazaxıstan,...

Seçilmiş Videolar

Toplum TV loqo