Siyasət

Azərbaycan Milli Platforması Cəmil Həsənlinin qızına qarşı törədilən təxribatla bağlı bəyanat verdi

Nigar Səmədli
31 Mart, 2021
1617

Açıq mənbələrdən götürülüb

Avropa İttifaqı Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platformasının üzvləri bəyanat yayıb.

Bu barədə platformanın üzvləri martın 30-da sosial şəbəkədə paylaşım edib.

Bəyanatda qeyd olunur ki,  üzvlər son günlər bir qrup Azərbaycan vətəndaşına, o cümlədən ictimai fəallara, QHT təmsilçilərinə və siyasətçilərə qarşı şantaj xarakterli intim videoların yayılmasını, onlara qarşı əxlaqsız kampaniyaların təşkilini qətiyyətlə pisləyir və bunları mənəvi terror hesab edir. 

Martın 28-də Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənliyə aid olduğu iddia edilən  intim görüntülər  yayılıb. C.Həsənli bu görüntülərin yayılmasında Azərbaycan hakimiyyətini ittiham edib.

“Biz, hesab edirik ki, kimliyindən, statusundan asılı və siyasi mövqeyindən olmayaraq istənilən şəxsə qarşı bu cür çirkin kampaniyanın aparılması şəxsiyyətin və ləyaqətin alçaldılmasıdır və belə addımlar cəmiyyətdə mövcud olan gərginliyi daha da artırır. Milli Platforma bir daha Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsilə təmin edilməli olan şəxsi və ailə həyatına hörmət hüququ, Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsi ilə təmin edilməli olan şəxsi toxunulmazlıq hüququnu xatırladaraq, bu əməllərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156-cı maddəsilə şəxsi həyata qarşı cinayət əməli olmasını qeyd edir və məsələnin ictimai əhəmiyyətini vurğulayaraq aidiyyatı qurumları, xüsusilə də Baş prokurorluğu bu əməllərlə bağlı cinayət işi açmağa, kibercinayətkarların tapılaraq cəzalandırılmasına çağırır” – deyə, bəyanatda qeyd olunur.

1. Səbuhi Qafarov 
2. Bəxtiyar Hacıyev 
3. Elçin Abdullayev
4. Fuad Həsənov 
5. Anar Məmmədli 
6. Emin Hüseynov 
7. Cəsur Məmmədov 
8. Qubad İbadoğlu 
9. İlqar Hüseynli 
10. Xalid Vahidoğlu 
11. Sevil Yüzbaşova 
12. Aynurə Abdullayeva 
13. Leyla Əliyeva 
14. Əliməmməd Nuriyev 
15. Şəhla İsmayıl 
16. Ziya Quliyev 
17. Himayət Rizvanqızı 
18. Sevil Allahverdiyeva 
19. Samir Əliyev 
20. Rübabə Hüseynli 
21. Əvəz Həsənov 
22. Bəşir Süleymanlı 
23. Vüsalə Hüseynli 
24. İradə Cavadova 
25. Rafiq Təmrazov 
26. Anar Orucov
27. Zaur Əkbər
28. Ruhəngiz Hüseynova
29. Səbinə Ələkbrova
30. Eldar Zeynalov
31. Sabit Bağırov
32. Zaur İbrahimli
33. Qalib Toğrul
34. İlyas Səfərli


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Qarabağ separatçıları Əliyevə cavab verdi

Toplum TV
29 May 2023

Açıq mənbələrdən götürülüb

Qarabağ separatçılarının lideri Araik Aratyunyanın sözçüsü Lusine Avanesyan Azərbaycan Prezidenti İlham Əliyevin son bəyanatları ilə bağlı açıqlama verib.  Toplum TV "Novosti-Armeniya"-ya istinadən xəbər verir ki, Avanesyan Qarabağdakı qondarma quruluşun Əliyevin tələblərini yerinə yetirməyəcəyini bildirib.  "Arutyunyan beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusən də xalqların bərabər hüquqlu və öz müqəddəratını təyin etmə prinsipinə əsaslanan beynəlxalq formatda dialoqa başlamağa hazır olduğunu bildirib.  Üçtərəfli Atəşkəs Bəyannaməsindən sonra Azərbaycan dəfələrlə "Artsax xalqı" ilə güc dili ilə danışıb, biz lokal hərbi fəaliyyətlə düşmənçilik, blokadalar, enerji və digər təzyiqlər formasında aqressiyanın şahidi olmuşuq və olmaqda davam edirik. Bu dəfə isə Azərbaycan Prezidenti "Artsax xalqı"nın seçilmiş hakimiyyət orqanlarına...
Siyasət

AXCP fəalı həbs edilib

29 May 2023

Açıq mənbələrdən götürülüb

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Salyan rayon təşkilatının fəalı Zaur Əhmədov inzibati qaydada 30 sutka həbs edilib. Toplum Tv xəbər verir ki, bu barədə mayın 29-da AXCP-nin mətbuat xidmətindən bildirilib  Məlumata görə, Əhmədov mayın 26-da səhər saxlanılıb. "Sonradan bəlli olub ki, o, naməlum və açıq-aşkar uydurma ittihamla 30 sutka həbs edilib. Ona görüş, telefon danışıqları, yemək alması üçün imkan yaradılmır", - Partiyanın açıqlamasında qeyd edilib.  https://toplum.tv/siyaset/pelizamin-salayevin-vekili-quotdedi-ki-ya-beraet-alacaq-ya-da-hedsxanada-oumllecekquotp AXCP hesab edir ki, Əhmədovun həbsi onun siyasi fəaliyyəti ilə bağlıdır.   Daxili İşlər Nazirliyi Şirvan regional qrupundan "Turan" agentliyinə bildiriblər ki, Zaur Əhmədov mayın 26-da "ictimai asayişi pozduğuna və polisə tabe olmadığına görə"...

Seçilmiş Videolar

Toplum TV loqo