Siyasət

Azərbaycan mina xəritələrinə görə Ermənistanı Avropa Məhkəməsinə verdi

4 İyun, 2021
68

Açıq mənbələrdən götürülüb

Azərbaycan işğaldan azad edilmiş ərazilərdə insanların həyatı üçün təhlükə yaradan minaların yerlərinə dair Ermənistanın müvafiq xəritələri təqdim etməkdən imtinası ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə (İHAM) dövlətlərarası şikayət göndərib.

APA-nın xəbərinə görə, bu müraciət Ermənistana qarşı ikinci dövlətlərarası şikayət olmaqla bu ölkəyə beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə əməl etməsi istiqamətində təzyiqi artıracaq.

Ermənistan və Azərbaycan arasındakı bütün hərbi əməliyyatlara son qoymuş 2020-ci il 10 noyabr tarixli Birgə Bəyanatın imzalandığı vaxtdan etibarən Azərbaycan dəfələrlə Ermənistandan minalanmış ərazilərin xəritələrini verməyi tələb edib.

2021-ci ilin fevralında Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Baş katibinə müraciət edərək Ermənistanın minalanmış ərazilər barədə məlumatları açıqlaması üçün edilən çağırışlara dəstək verilməsini xahiş edib.

Azərbaycanın İHAM yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov məsələ ilə bağlı bildirib ki, Ermənistanın minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtinasının heç bir strateji, hüquqi və ya mənəvi əsasları yoxdur və yeganə məqsəd bölgədə Azərbaycan əhalisinin həyatına qəsd etməkdir: “Həmçinin, Ermənistanın hərəkətləri azad olunmuş torpaqlarda yaşayan ermənilərin həyatını təhlükə altına qoyur. Biz bir daha Ermənistandan minalanmış ərazilərin xəritələrini və digər müvafiq məlumatları təqdim etməklə beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə əməl etməyi tələb edirik. Ermənistanın bu vəziyyəti davam etdirməsi nəzərə alınaraq Avropa Məhkəməsini müdaxilə etməyə çağırırıq”.

"Azərbaycanın insanların həyatını xilas etmək səylərinə kömək edə biləcək bu xəritələri və digər zəruri məlumatları Ermənistanın təqdim etməkdən imtinası Azərbaycan əhalisinin İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 2-ci və 8-ci maddələri, 1 saylı Protokolunun 1-ci maddəsi, 4 saylı Protokolunun 2(1) və 3(2) maddələrindən irəli gələn hüquqlarının ciddi şəkildə pozulmasına səbəb olur.

Ermənistan tərəfindən yerləşdirilən müxtəlif növ minalar və digər partlayıcı qurğular Birgə Bəyanat imzalandığı gündən bəri 120-dən çox insanın həlak olmasına və ya yaralanmasına səbəb olub. Birgə Bəyanat imzalandıqdan sonrakı 200 gün ərzində işğaldan azad edilmiş ərazilərdə təxminən 100 milyon kvadratmetr sahədə 35.000-dən çox minanın zərərsizləşdirilməsinə baxmayaraq, mina qurbanlarının sayı artmaqda davam edir" - deyə məlumatda qeyd olunub. 

Siyasət

Müdafiə Nazirliyi: mütəxəssislər mina xəritələrinin təhlilini aparır

20 İyun 2021

TRT

Müdafiə Nazirliyinin rəsmisi polkovnik-leytenant Anar Eyvazov Ermənistanın Azərbaycana verdiyi Ağdamın minalanmış ərazilərinin xəritəsinin bir qisminin 50, digər qisminin isə 20-30 faiz doğru çıxması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumata aydınlıq gətirib. Müdafiə Nazirliyindən verilən məlumatda qeyd olunur ki, hazırda mütəxəssislər xəritələrin tam təhlilini aparır və bu iş praktiki olaraq ərazidə həyata keçirilir. “Ona görə də indi hər hansı rəqəmi səsləndirmək, xəritələrin tərtibatının standartlara nə dərəcədə uyğun olub-olmaması barədə fikir söyləmək bir qədər tezdir. Bir də söhbət təkcə Ağdamın minalanmış ərazilərinin xəritəsindən deyil, ümumiyyətlə, indiyədək əldə etdiyimiz mina xəritələrinin təhlilinin aparılmasından gedir”. Anar Eyvazov zamanı çatdıqca əldə olunan nəticələrin ictimailəşdiriləcəyini bildirir....
Siyasət

Gürcüstanın xarici işlər naziri: "Trio formatında əməkdaşlığın davam etdiriləcəyinə ümid edirəm"

19 İyun 2021

Banker.az

“Cənubi Qafqaz regionunda sülhün əldə edilməsi birgə iqtisadi layihələrin həyata keçirilməsini şərtləndirir”. Bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani Antalya Diplomatiya Forumunun "Cənubi Qafqaz: Regional sülh və əməkdaşlıq üçün yeni imkanlar” adlı panelində çıxış edərkən deyib. D.Zalkaliani həmçinin qeyd edib ki, regional əməkdaşlığı inkişaf etdirmək Gürcüstan və qonşu ölkələr üçün prioritetdir: “Azərbaycanla əla əlaqələrimiz var, biz strateji tərəfdaşlarıq. Türkiyə bizim strateji tərəfdaşımızdır. Biz Ermənistanla da tarixən yaxın əlaqələrimizi inkişaf etdiririk. Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlıq üçün əla praktiki təcrübəmiz var. Biz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi, TANAP və TAP kimi layihələrdə kollektiv şəkildə iştirak edirik və bu, əməkdaşlığın...
Seçilmiş Videolar