Siyasət

Azərbaycan Rusiyadan silah alacaq - Ehtiyac, yoxsa siyasi gediş?

24 Sentyabr, 2021
2904

TASS

Azərbaycan Rusiyadan yeni silahlar ala bilər. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın “Nasionalnaya oborona” jurnalına müsahibəsində deyib. Prezident bildirib ki, Azərbaycan Rusiyadan silah almaq istəyir və artıq yeni nümunələrin alınması üçün Rusiya tərəfinə müvafiq ərizələr təqdim edib. 

Əliyevin sözlərinə görə, iki ölkə arasında bütün sahələrdə, o cümlədən hərbi-texniki əməkdaşlıq sahəsində yaxşı işlər gedir və gələcəkdə də bu əməkdaşlıq inkişaf etdiriləcək.

1991-ci ildən (SSRİ dağılandan) 2005-ci ilə qədər Rusiya Azərbaycana silah satmayıb. Sonrakı illərdə Azərbaycan Rusiyadan helikopterlər, tanklar, zirehli təmir-təxliyə maşınları, zirehli transportyorlar, tank əleyhinə komplekslər, artilleriya sistemləri və s. mallar alıb. 

Rəsmi məlumata görə, 2006-2016-cı illərdə Azərbaycanın idxal etdiyi müdafiə məhsullarının ümumi həcmində Rusiya silahlarının payı təqribən 22% olub. 2006-2015-ci illərdə Rusiya Azərbaycana 1 milyard 29.6 milyon dollar dəyərində silah-sursat satdığını BMT-nin statistika bölməsi vasitəsilə açıqlayıb. Bunun 975.5 milyonu 2011-2013-cü illərin payına düşüb. 2015-ci ilə qədər Azərbaycanın silah idxalının 85%-i Rusiyanın payına düşsə də, son 5 ildə Rusiyadan silah idxalı azalaraq 31%-ə düşüb.

2016-cı ilin aprel hadisələrindən sonra (Ermənistan və Azərbaycan arasında bir neçə gün davam edən hərbi əməliyatlar - red.) Azərbaycan hərbi xərclərini çeşitli istiqamətlərdə aparmağa başlayıb. Yerli silah sənayesini inkişaf etdirmək məqsədi ilə İsrail və Türkiyə, Cənubi Afrika Respublikası, Pakistan, Belarus ilə lisenziyalı istehsal razılaşmaları və müqavilələr bağlamağa üstünlük verib.

Azərbaycanın Rusiya ilə hərbi sahədə qurduğu münasibətlərə əlaqələrə münasibət heç də həmişə birmənalı deyil. Bəzi ekspertlər və şərhçilər Rusiyadan alınan silahların keyfiyyətsiz olduğunu düşünür və bu ölkə ilə hərbi əməkdaşlığı Azərbaycan üçün faydalı hesab etmirlər.

Azərbaycanın Rusiyanın silahlarına ehtiyacı var, yoxsa?

“Biz rusun silahı olmadan da keçinə bilərik”

Hərbi ekspert Telman Əbilov “Toplum TV”-yə deyir ki, Rusiyadan silah almaq bu ölkə ilə əvvəlcədən mövcud olan münasibətlərin qorunmasına xidmət edir. 

Telman Əbilov - Sosial Media

Ekspertin fikrincə, Rusiya qonşu dövlət olduğundan eləcə də Qarabağda sülhməramlı kontingent yerləşdirdiyindən Prezident bu dövlətə tam arxa çevirmək istəmir:

“5 ildən sonra sülhməramlıların çıxarılması məsələsi gündəmə gələcək, Qarabağın statusu məsələsi isə hələ ki, müəyyənləşməyib. Hərbi sahədə bizim rus silahına ehtiyacımız yoxdur, amma siyasi mənada Rusiya ilə hesablaşmaq lazım gələ bilər”.

Azərbaycanın silah tədarük edən digər dövlətlərlə - Türkiyə, Pakistan, İsraillə əməkdaşlıq etdiyini bildirən T.Əbilov vurğulayır ki, Rusiya ilə hərbi sahədə əməkdaşlıq formal xarakterlidir; alınacaq silahlar cüzi məbləği əhatə edəcək və o qədər də çox olmayacaq. 

Hərbi ekspert həmçinin qeyd edir ki, Azərbaycan tərəfi Rusiya istehsalı son nəsil bombardımançı silahları almaqda maraqlıdır:

“Rusiyanın 4-cü nəsil aviasiya qırıcı silahları var. Qəribəlik burdadır ki, Rusiya bu tip silahlardan Ermənistana göndərib. Amma  onun sursatlarını özündə saxlayıb. Buna görə də Ermənistan həmin silahlardan müharibə vaxtı istifadə edə bilmədi. Ola bilər ki, Rusiyanın sursatı tam göndərməməsində Azərbaycan amili var. İndi hərbi sahə gizli saxlanılır, amma düşünürəm ki, Azərbaycan tərəfi hələ də bu silahları almaqda maraqlıdır”.

“Qeyri-adi heç nə yoxdur”

Milli Məclisin deputatı Aqil Abbas isə hesab edir ki, iki ölkə arasında silah alış-verişi Azərbaycanın silah ehtiyacından doğur:

“Rusiya bütün dünyaya silah satır, o cümlədən Azərbaycana. Burada təəcüblənməli bir şey yoxdur”.

Aqil Abbas - Lent.az

“Hakimiyyət silah alışı ilə bağlı məlumatları ictimaiyyətdən gizlədir”

"Oyan" hərəkatının rəhbəri Nahid Cəfərov deyir ki, silah almaqla bağlı məsələ ağ və qara rənglərdən ibarət deyil. Bu səbəbdən də birmənalı şəkildə Azərbaycan Rusiyadan silah almalıdır və ya almalı deyil demək çox çətindir.

O bildirir ki, həm Azərbaycan, həm də Ermənistan Rusiyanın silah bazarı olduğundan bu ölkələrdə həyata keçirilən daxili siyasət Rusiyadan asılılığı daha da artırır və nəticədə ölkələrin manevr imkanları azalır. 

“İlham Əliyevin də Rusiya ilə münasibətdə manevr imkanlarının olmamasını nəzərə alsaq, satılan silahların keyfiyyəti və bazar qiymətinə uyğunluğuna dair Azərbaycanın etiraz edə bilmə ehtimalı çox aşağıdır. Yəni, Rusiya bizə istənilən keyfiyyətdə silahı istədiyi qiymətə sata bilir. Hakimiyyət də adəti üzrə silah alışı ilə bağlı məlumatları ictimaiyyətdən gizlədir”.

Nahid Cəfərov - Sosial Media

Milli Məclisin deputatı Fəzail Ağamalı da bağlanacaq yeni müqaviləni ehtiyac amili ilə izah edir. Onun sözlərinə görə, Rusiyada dünyanı heyrətə gətirən, analoqu olmayan silahlar da var.

“Çox güman ki, Azərbaycan məhz bu silahları almağı məqsədəuyğun hesab edir”, - deyə deputat qeyd edib. 


 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo