Siyasət

Azərbaycan rusiyalı deputatı ''qara siyahı''ya saldı

25 Yanvar, 2021
111

Sputnik.az

"Rusiya Dövlət Dumasının hakim Vahid Rusiya Partiyasından olan üzvü, qatı ermənipərəst mövqeyi ilə tanınan Vitaliy Milonovun erməni KİV-ə müsahibəsi zamanı Azərbaycan dövlətinə və xalqına qarşı qəbuledilməz ifadələr işlətməsini qəti şəkildə pisləyirik".

Bunu yanvarın 25-də Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirilib.

"Məlum olduğu kimi, Dövlət Dumasının üzvü Vitaliy Milonov Azərbaycan Respublikasının müvafiq qanunvericiliyini pozaraq ölkəmizin işğaldan azad olunmuş ərazisinə qeyri-qanuni səfər etdiyi üçün onun adı Azərbaycana girişi qadağan olunan xarici vətəndaşlar siyahısına əlavə edilib". 

L. Abdullayevanın sözlərinə görə, Vitaliy Milonovun Azərbaycan əleyhinə atdığı addım Azərbaycan və Rusiya arasında mövcud olan yüksək səviyyəli münasibətlərə tamamilə ziddir.

Dövlət Dumasının üzvünün belə bir məsuliyyətsiz və Rusiya Federasiyasının rəsmi mövqeyinə uyğun gəlməyən davranışı ölkələrimiz arasında münasibətlərə kölgə salmaq cəhdidir. Onun bu çıxışı, həmçinin Rusiya da daxil olmaqla bölgə ölkələrinin uzun illərdir davam edən düşmənçiliyə son qoyulması və xalqlar arasında sülh, əminamanlıq və əməkdaşlığın təmin olunması istiqamətində atdığı addımlara xələl gətirir. Azərbaycan və Rusiya arasında strateji xarakterli tərəfdaşlıq münasibətləri hər iki ölkə Prezidentlərinin sıx təmasları ilə intensiv şəkildə inkişaf etməkdədir. Dövlət Dumasının üzvü statusundan istifadə edərək bu münasibətlərə xələl gətirmək cəhdləri qəbuledilməzdir və uğursuzluğa düçardır", - XİN rəsmisi vurğulayıb.

Siyasət

YAP İdarə Heyətinin yeni üzvləri məlum oldu

5 Mart 2021

Report

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayında partiyanın yeni İdarə Heyəti formalaşıb. 40 nəfərdən Yenilənmiş İdarə Heyətində bu şəxslər yer alıb: 1. İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri 2. Mehriban Əliyeva - Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti 3. Tahir Mirkişili 4. Cavid Osmanov 5. Sadiq Qurbanov 6. Hikmət Babaoğlu 7. Elşad Mirbəşiroğlu 8. Azər Badamov 9. Şahin İsmayılov 10. Ramin Məmmədov 11. Kamal Cəfərov 12. Əli Əhmədov 13. Mübariz Qurbanlı 14. Eldar İbrahimov 15. Bahar Muradova 16. Mixail Zabelin 17. Vasif Talıbov 18.İsmayılov Amin 19. İsgəndərov Anar 20. Əliyev Rauf 21. Əzizov Eldar...
Siyasət

Prezident: "Ermənistan Zəngəzur dəhlizinin icrasına əngəl törətmək istəyir"

5 Mart 2021

Vikipedia

“Azərbaycan-Ermənistan-Rusiya Baş nazirlərinin müavinləri artıq neçə dəfə artıq görüşüblər. Nə barədə danışırlar? Əməkdaşlıq barəsində. Biz əməkdaşlığın əleyhinəyikmi? Yox! İndi Ermənistan əməkdaşlıqdan boyun qaçırır. İndi Ermənistan Zəngəzur dəhlizinin icrasına əngəl törətmək istəyir. Amma nail ola bilməyəcək".  Bunu Prezident İlham Əliyev martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayındakı çıxışında deyib. O, bildirib ki, Ermənistan əməkdaşlıq etməyə məcbur ediləcək: "Məcbur edəcəyik onları, məcbur edəcəyik. Necə ki, qovmuşuq torpaqlarımızdan, bütün istədiyimizə nail olacağıq. Amma o vaxt Ermənistanla əməkdaşlıq etmək bizim işimizə gələrdimi? Əlbəttə ki, yox. Nə qədər deyirdilər ki, qoy, vətəndaş cəmiyyətinin nümayəndələri gəlsinlər, görüşsünlər. Bir müddət belə görüşlər var idi. Amma biz gördük...
Seçilmiş Videolar