Siyasət

Azərbaycan Şimali Kipri tanıyacaqmı?

28 İyul, 2021
1775

DW

“44 günlük Qarabağ müharibəsində Türkiyə və Pakistan bizimlə oldusa, biz də üzərimizə düşən qardaşlıq vəzifəsini yerinə yetirməliyik. Ona görə də düşünürəm ki, Şimali Kiprin tanınmasında Azərbaycan öz iradəsini nümayiş etdirəcək”.
 
Milli Məclisin deputatı Fəzail Ağamalı “Toplum TV”-yə belə deyib.
 
İyulun 28-də keçirilən mətbuat konfransında Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Şimali Kiprin tanınması ilə bağlı məsələyə toxunub.
 
Rəsmi qonaq Bakı Bəyannaməsində Camu və Kəşmirlə bağlı məsələnin yer almadığını bəyan etsə də, Türkiyənin bu ərazilərlə bağlı Pakistanı hər zaman müdafiə etdiyini dilə gətirib: “Türkiyə Azərbaycanın Qarabağ məsələsi ilə bağlı da mövqeyini dəstəkləyir. Türkiyənin Şimali Kiprlə bağlı mövqeyinə də Azərbaycan və Pakistanın dəstək verdiyini ifadə etmək istəyərdim”.
 
Şimali Kiprlə bağlı Türkiyənin mövqeyini ifadə edən Şentop bildirib ki, hazırda Kipr adasında sülh hökm sürür: “Ortaq dövlət, federasiya ilə bağlı 47 ildir ki, Kiprdə müzakirələr aparılır. "Annan planı" ilə bağlı referendumda da Şimali Kipr dəstək verdi, Cənubi Kipr yox. Ancaq Avropa İttifaqı "Annan planı"na dəstək verməyən Cənubi Kipri üzv qəbul etdi. Həm də Cənubi Kipri az qala bütün Kipri təmsil edən tərəf kimi tanınır. Ona görə də Şimali Kipr Türk Cümhuriyyəti artıq adada iki fərqli xalqın və dövlətin olmasının vacibliyini bəyan etdi. Bu mövqe BMT-nin Cenevrə toplantısında da bəyan edildi. Türkiyə də Şimali Kipr Türk Cümhuriyyətinin bu mövqeyini dəstəkləyir”.

Cavid Vəliyev - Açıq mənbələrdən götürülüb

Şentopun bu açıqlaması Şimali Kiprin tanınması yönündə mesaj kimi qiymətləndirilə bilərmi?
 
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Cavid Vəliyev deyir ki, Türkiyənin belə bir gözləntisi var: “Son dövrlər Şimali Kiprlə bağlı tərəflər arasında aparılan müzakirələrdə ciddi fikir ayrılığı var. Türkiyə artıq məsələnin iki dövlətin qurulması və tanınması şəklində həll olunmasını rəsmi səviyyədə açıqlamağa başlayıb. Əvvəl Türkiyənin mövqeyi bu idi ki, ortaq bir dövlət yaradılsın və idarəetmədə türklərə də siyasi hüquqlar verilsin. 1959 və 1960-cı illərdə imzalanan Sürix və London müqaviləsi isə bunun hüquqi əsasını təşkil edirdi. Lakin adanın Rum tərəfi bununla razılaşmadığı üçün Türkiyə də bu cür idarəetmədən imtina etdi və iki fərqli dövlətin yaranmasını dəstəklədi. Bu mənada Şentopun da dediyi kimi Türkiyənin xüsusilə dost və müttəfiq dövlətlərdən belə bir gözləntisi var”.
 
Azərbaycan Şimali Kipri tanıyacaqmı?
 
Cavid Vəliyev qeyd edib ki, indiki məqamda Azərbaycan tərəfinin belə bir mövqeyi yoxdur: “Buna baxmayaraq Şimali Kiprlə Azərbaycan arasında təhsil və ictimai sahələrdə müəyyən əlaqələr var. Hətta Şimali Kiprin Azərbaycanda nümyəndəliyi mövcuddur, eyni zamanda, Azərbaycanın millət vəkilləri bu yaxınlarda oraya səfər də etdilər. Şimali Kiprin tanınması məsələsinə fikir bildirmək üçün isə adanın gələcək status ilə bağlı tərəflər arasında aparılan müzakirələrə nəzər salmaq lazımdır. Hələ ki tanıma istiqamətində Azərbaycanın rəsmi mövqeyi mövcud yoxdur".

Asim Mollazadə - Sosial Media

Milli Məclisin deputatı Asim Mollazadə deyir ki, Azərbaycan BMT-nin verdiyi qərarları hər zaman dəstəkləyib: “Azərbaycanın mövqeyi beynəlxalq hüququn mövqeyidir, amma çox təəssüf ki, Yunanıstan tərəfi bu mövqeyi hər zaman rədd edib. Rəsmi tanınma məsələsi ilə bağlı isə rəsmilərlə danışın, mən öz mövqeyimi bildirirəm. Mənim mövqeyim isə daha çox hislərlə bağlıdır. Mən dəfələrlə Şimali Kiprdə olmuşam və oradakı toplu məzarlar mənim ən təsirli xatirəmdir”.
 
Deputat Razi Nurullayev isə düşünür ki, Şimali Kiprin tanınması üçün Azərbaycanın önündə artıq əngəl qalmayıb: “Ərdoğana da bununla bağlı sual verildikdə o demişdi ki, bu barədə İlham Əliyevlə müzakirələr gedir. Düşünürəm ki, Türkiyə müəyyən imkanlar daxilində Azərbaycanın Şimali Kipri tanımasını istəyir. Əslində Azərbaycanda da bu məsələ ilə bağlı fikirlər və yanaşmalar aydındır, biz də bunu istərdik. Amma öncədən Dağlıq Qarabağ münaqişəsi var idi deyə biz bunu edə bilmirdik. İndi isə rəsmi şəkildə Qarabağ münqaşəsinin öz həllini tapdığı açıqlanıb, Qarabağla bağlı məsələlər 80-90 faiz yoluna qoyulub. Artıq beynəlxalq aləmdə də Azərbaycan birmənalı olaraq bizim leyhimizə fikir formalaşdıra bilib. Belə bir zamanda Azərbaycan Şimali Kipr məsələsinə qayıda bilər. Düşünmürəm ki, bu yaxın zamanda baş verəcək, amma Şimali Kiprin tanınması məsələsi gündəmdədir”.

Razi Nurullayev - APA

Fəzail Ağamalı da Şimali Kiprin tanınmasını istisna etmir: “Azərbaycan, Türkiyə və Pakistan arasında güclü dostluq münasibətləri var, imzalanan Bakı Bəyannaməsi də bunun sübutu idi. Azərbaycan Kəşmir məsələsində Pakistanın, Şimali Kipr məsələsində isə Türkiyənin həmişə yanındadır. Ona görə də düşünürəm ki, Şimali Kiprin tanınmasında Azərbaycan və Pakistan da öz iradəsini nümayiş etdirəcək”.

Seymur Həzi - Sosial Media

AXCP sədrinin müavini Seymur Həzi isə bu məsələnin də Qarabağ problemi kimi yarımçıq qaldığını deyir: “Azərbaycan Qarabağ məsələsini kökündən həll etsəydi, Şimali Kiprin tanınması prosesində heç bir problem olmazdı. İlham Əliyevin və Ərdoğanın yarımçıq siyasəti Azərbaycanın Xankəndini işğaldan azad etməsinə imkan vermədi. Əgər Xankəndi də azad olunsaydı, Şimali Kiprlə bağlı rahat qərar qəbul etmək olardı. Ona görə də bu məsələdə Ərdoğanın məsuliyyəti İlham Əliyevin məsuliyyəti qədərdir”.
  
İyulun 20-də Şimali Kipr Türk Respublikasında səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da paytaxt Şimali Nikosiyadakı Hala Sultan məscidində Qurban bayramı münasibətilə bayram namazı qıldıqdan sonra jurnalistlərin suallarını cavablandırarkən bu məsələyə toxunub.
  
Azərbaycanın Dağlıq Qarabağ probleminin həllindən sonra Şimali Kipri tanıması ilə bağlı gözləntilərlə əlaqədar suala cavabında R. T. Ərdoğan qeyd edib ki, bu mövzuda tərəddüd ediləcək nəsə yoxdur: “Bunları qardaşım İlham Əliyevlə davamlı olaraq müzakirə edirik”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo