Siyasət

Azərbaycan Türkiyəyə amfibiya təyyarəsi göndərir

23 İyun, 2022
123

Açıq mənbələrdən götürülüb

Azərbaycan Türkiyə Respublikasının Muğla bölgəsində davam edən meşə yanğınlarını söndürmək üçün amfibiya tipli təyyarə göndərir. 

Bu barədə iyunun 23-də Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat verib. 

"Meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsi üçün qardaş ölkəyə köməklik məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə yaxın saatlarda Türkiyə Respublikasının Muğla bölgəsinin Dalaman Hava Limanına yola düşəcək.

Hazırda təyyarənin yola salınması üçün hazırlıq işləri gedir", - deyə məlumatda qeyd olunub. 

Siyasət

Demokratik Təşəbbüslər İnstitutu yeni hesabat yaydı

6 İyul 2022

Açıq mənbələrdən götürülüb

Azərbaycanda dövlət səviyyəsində Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarının icrasını həyata keçirən və bu icraya nəzarət edən vahid bir qurum yoxdur.  Bu barədə Demokratik Təşəbbüslər İnstitutu tərəfindən (IDI) “Şəxsi və Ailə Həyatına Hörmət Hüququ (Konvensiya, maddə 8) ilə bağlı AİHM-in Azərbaycana qarşı Qərarlarının İcra Vəziyyətinə” dair hazırladığı hesabatda bildirili.  Hesabatda şəxsi və ailə həyatına hörmət hüququ,bu hüquqa olan təminatlar, o cümlədən AİHM qərarlarının hüquqi qüvvəsi nəzərdən keçirilib, yerli və beynəlxalq qanunvericilik analiz edilib.  Araşdırmada AİHM tərəfindən Azərbaycana qarşı 8-ci (“Şəxsi və ailə həyatına hörmət hüququ”) maddə altında çıxarılan və pozuntusu tanınan 16 qərarın qısa təsviri və həmin qərarların icra vəziyyəti,...
Siyasət

Şahid: Almaniyaya getmək üçün mənə AXCP üzvü olmağım barədə saxta arayış verdi

Leyli Cəfərova
6 İyul 2022

Açıq mənbələrdən götürülüb

“Sənədlərin hazırlanması üçün Ramin Hacılıya 4500 manat pul verdim. Sənədlər arasında AXCP üzvü olmağım barədə arayış da var idi. Ancaq belə heç bir partiyanın üzvü deyiləm”. Bunu iyulun 6-da Azərbaycan Avropa Hərəkatının həbsdə olan rəhbəri Ramin Hacılının məhkəməsində şahid qismində dindirilən Elnur Qəmbərov dedi. O, bu sənədlərin ona Almaniyaya getmək üçün lazım olduğunu söylədi. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidov şahiddən Almaniyaya getməsinin səbəblərini soruşdu. O bildirdi ki, azyaşlı övladı xəstədir, məqsədi onu Almaniyaya apararaq müalicə etdirmək olub: “Burda müalicələr təsir etmirdi, məcbur oldum ki, Almaniyaya getməyin yollarını tapım. Soraqlayıb bu şirkəti tapdım, Ramin Hacılı mənə sənədlərin toplanmasında kömək...

Seçilmiş Videolar

Toplum TV loqo