Azərbaycan Ukraynadakı qanunsuz referendumlarla bağlı səsvermədə iştirak etməyib
Rəsmi səhifə
BMT Baş Assambleyasının 12 oktyabr tatixində keçirilən iclasında Ukraynanın Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərinin Rusiya Federasiyasına birləşdirilməsini qanunsuz akt sayan qətnamə qəbul olunub.
"Radio Svoboda" xəbər verir ki, səsvermədə BMT üzvü olan 193 ölkədən 143-ü iştirak edib.
Qətnaməyə Rusiya daxil beş ölkə qarşı çıxıb: Belarus, Suriya, Şimali Koreya və Nikaraqua. 35 ölkə, o cümlədən Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan bitərəf qalıb.
https://toplum.tv/dunya/putin-abs-i-ittiham-edib-bu-beynelxalq-terror-aktidir
Azərbaycan, İran, Türkmənistan, Hindistan və daha 6 ölkə isə səsvermədə iştirak etməyib. Rusiya ilə yaxşı münasibətlər saxlayan Argentina, Braziliya, Serbiya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri isə "Ukraynanın ərazi bütövlüyü, BMT Nizamnaməsinin Prinsiplərinin qorunması" adlı layihənin lehinə səs verib.
Bundan əvvəl oxşar qətnamə Rusiyanın veto hüququna görə BMT Təhlükəsizlik Şurası tərəfindən rədd edilmişdi. Buna görə də layihəyə Baş Assambleyanın növbədənkənar sessiyasında baxılıb. Sessiya Rusiyanın gizli səsvermə ilə bağlı tələbini də təmin etməyib.
Qətnamədə sentyabrın 23-dən 27-dək Ukraynanın dörd vilayətinin Rusiyanın nəzarətində olan hissələrində keçirilmiş referendumlar qanunsuz elan edilib və bu ərazilərin statusunda hər hansı dəyişiklik, o cümlədən onların Rusiyaya ilhaqı üçün əsas ola bilməyəcəyi vurğulanıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Açıq mənbələrdən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür