Siyasət

Azərbaycan və Ermənistana Gürcüstanın vasitəçiliyi lazımdırmı?

28 Sentyabr, 2021
1987

Sosial Media

“Gürcüstan həm regionda sülhün bərpa olunmasında vasitəçi rolunu oynamaq istəyir, həm də proseslərdən kənar qalmaq istəmir. Düşünürəm ki, Rusiyadan başqa istənilən vasitəçi münaqişəni gərginləşdirməklə vəziyyəti daha da mürəkkəbləşdirə bilər. Regionda sülhün təmin olunması üçün ən doğru addım vasitəçisiz danışıqlardır”.

Bu fikirləri “Toplum TV”-yə  Azərbaycanın Niderlanddakı səfirliyinin keçmiş konsulu Nahid Cəfərov Gürcüstanın Ermənistan və Azərbaycana vasitəçilik təklifini şərh edərkən deyib.

"Sputnik Gürcüstan"ın məlumatına görə, sentyabrın 27-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Gürcüstanın Azərbaycan və Ermənistanın yüksəkçinli rəsmilərindən ötrü vasitəçi rolunda çıxış etməyə hazır olduğunu bildirib. Baş nazir çıxışı zamanı bu ilin iyun ayında Gürcüstanın vasitəçiliyi ilə Azərbaycanda saxlanılan erməni hərbi qulluqçularla mina xəritələrinin mübadiləsi məsələsini xatırladıb: "Bu presedentsiz hadisə idi. Müstəqillik əldə onunandan bəri Gürcüstan ilk dəfəydi ki, iki ölkə arasında vasitəçi kimi çıxış edirdi. Biz bu tapşırığı uğurla yerinə yetirdik", - deyə o qeyd edib.

N.Cəfərov hesab edir ki, Gürcüstanın belə bir təkliflə çıxış etməsinə müəyyən qədər ehtiyatla yanaşmaq lazımdır. Sabiq diplomat düşünür ki, Gürcüstan qonşuluğunda olan iki dövlətin müharibə etməsini istəməsə də bu iki dövlətin sülh və dostluq şəraitində yaşamasında da maraqlı olmaya bilər. “Belə ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin gərgin olması Gürcüstanı beynəlxalq layihələrdə Cənubi Qafqazın yeganə təmsilçisinə çevirə bilir. Cənubi Qafqazla maraqlanan bütün beynəlxalq təşkilatlar regional ofislərini Gürcüstanda qururlar”. 

Nahid Cəfərov - Sosial Media

O həmçinin məhz Azərbaycan-Ermənistan arasındakı münaqişənin Gürcüstanı Xəzərin təbii ehtiyyatlarını dünya bazarına çıxardan yeganə dəhlizə çevirdiyini deyir: “Bu səbəbdən də Gürcüstan Qərbin daim maraq dairəsində olub. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalansa, kommunikasiya xətləri açılsa, bu Gürcüstanın əhəmiyyətini ciddi şəkildə azalda bilər”, - N.Cəfərov əlavə edir. 

O, Gürcüstanın yaranmış vəziyyətdən özü üçün maksimum xal toplamağa çalışdığını da deyir.

Gürcüstanda isə bəzi ekspertlər belə bir vasitəçiliyin uğurlu olmayacağını düşünürlər. Gürcüstan Prezident Administrasiyasının keçmiş Aparat rəhbəri, politoloq Petre Mamradze “Sputnik Ermənistan”-a müsahibəsində deyib ki, o, Tbilisini Ermənistan və Azərbaycan nümayəndə heyətlərinin görüşləri üçün məqbul platforma hesab etsə də, onun münaqişənin normallaşmasında əsaslı yardım göstərə biləcəyinə inanmır: “Gürcüstan vasitəçi olsa belə, Yerevanla Bakı arasındakı münasibətlərin normallaşmasına, Qarabağ probleminin və ya geosiyasi məsələlərin həllinə əsaslı yardım göstərə bilməyəcək”. 

Politoloq Elxan Şahinoğlu isə “Feysbuk” səhifəsində bunun faydalı təklif olduğunu yazıb. O bildirir ki, Gürcüstan Azərbaycanın strateji tərəfdaş, Ermənistanı isə dostu saydığı üçün davamlı sülhdə maraqlıdır: “Azərbaycan və Ermənistan Rusiyanın vasitəçiliyindən tam imtina etməsələr də, Gürcüstanı da görüş yeri kimi seçə bilərlər. Gürcüstanın vasitəçiliyini və görüş yeri kimi seçilməsini Rusiyanın xaricində digər oyunçular Türkiyə, ABŞ, Avropa İttifaqı müsbət qiymətləndirə bilər”.

Elxan Şahinoğlu - Sputnik

"Müdafiə Xətti" təşkilatının həmtəsisçisi, ictimai fəal Zaur Əkbər “Toplum TV”-yə açıqlamasında Gürcüstan Baş nazirinin müharibədən sonra Azərbaycana səfəri zamanı da bu məsələnin müzakirə edildiyini xatırladır: “Zaman-zaman Gürcüstan Azərbaycan və Ermənistan arasında vasitəçilik etməyə cəhd edib. Amma  məncə, indiki vəziyyətdə rəsmi Bakı qələbədən sonra sanki özünü elə aparır ki, heç bir vasitəçiyə ehtiyac yoxdur. Hüquqi olaraq vasitəçilər Minsk qrupunun həmsədrləridir. Bu prosesdə Fransa və ABŞ “oyundan kənar” vəziyyətdədir. İnanmıram ki, Azərbaycan belə bir vasitəçiliyə razılıq verə. Çünki Gürcüstanla Rusiya arasında Abxaziya kimi konflikt var”.
 
Z.Əkbər rəsmi Bakının buna razılıq verdiyi halda, Moskva ilə konfrantasiyaya getmiş kimi sayılacağı qənaətindədir: “Düşünmürəm ki, Azərbaycan tərəfi buna razı ola. Bu Gürcüstan tərəfinin xoşniyyətli və səmimi təklifidir və bunu hansısa formada dəyərləndirmək lazımdır. Hesab edirəm ki, xalq diplomatiyası baxımından hansısa  dəstək ola bilər. Bu xalqların yaxınlaşması, sülhün regionda bərpası və s. şəklində ola bilər. Zəfər qazanılsa da, konfliktin bitdiyini demək hələ də mümkün deyil. İnanmıram ki, Azərbaycan tərəfi Gürcüstanın vasitəçilik roluna mandat verə. Buna səbəb Rusiya qorxusudur”. 

Zaur Əkbər - VOA

Onun fikrincə, Azərbaycan tərəfi siyasi iradə nümayiş etdirsə, burada hansısa vasitəçiyə gərək yoxdur. “Düşünürəm ki, İlham Əliyev indiki halda birbaşa Nikol Paşinyanla münasibətlər qurmalıdır. Bu çətin məsələ kimi görünsə də, belə olan halda hər iki ölkə həm Rusiyanın regiona təsirindən qurtula bilər, həm də konflikti hansısa formada çözə bilərlər. Paşinyanın addımlarından da görünür ki, o da münaqişənin həll olunması və Ermənistanın iqtisadi blokadadan çıxmasının tərəfdarıdır”.

27 sentyabr 2020-ci ildə Ermənistan və Azərbaycan arasında baş verən İknci Qarabağ müharibəsi 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla dayandırılıb. Azərbaycan tərəfi Dağlıq Qarabağ bölgəsinin bir hissəsi və ətraf 7 rayona  nəzarəti bərpa edib. Tərəflər arasında sülh sazişi hələ də imzalanmayıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo