Siyasət
Azərbaycan və Pakistan Anlaşma Memorandumu imzalayacaq
14 Yanvar, 2021
Baxış: 51
FOTO: DND

İslamabad şəhərində Pakistan və Azərbaycan Xarici İşlər nazirliklərinin nümayəndə heyətləri arasında danışıqlar davam edir.

Bu barədə yanvarın 14-də "Dispatch News Desk” (DND) informasiya agentliyi məlumat verib.

Məlumata görə, müzakirələr Pakistanla Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafına, çoxtərəfli sahələrdə qarşılıqlı əməkdaşlığın inkişafına, əsas regional və qlobal məsələlərdə ortaq strategiyanın qəbuluna həsr edilib.

Danışıqların yekununda Anlaşma Memorandumu imzalanması gözlənilir. 

İslamabadda baş tutan müzakirələr zamanı Azərbaycanın XİN başçısı Ceyhun Bayramov Pakistanı Qarabağda işğaldan azad edilmiş torpaqların bərpasında iştirak etməyə dəvət edib.
Siyasət

 Ramin Quluzadəyə yeni vəzifə verildi

26 Yanvar 2021

PRESIDENT.AZ

Oqtay Şahbazov Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri vəzifəsindən azad edilib. Bu barədə Prezident İlham Əliyev yanvarın 26-da sərəncam imzalayıb. Prezidentin rəsmi saytının məlumatına görə,  İlham Əliyev digər sərəncamı ilə Ramin Quluzadə Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri təyin edilib.
Siyasət

İlham Əliyev: “Azərbaycanda heç bir senzura yoxdur”

26 Yanvar 2021

Prezıdent.az

Prezident İlham Əliyev yanvarın 26-da Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması münasibətilə videoformatda qəbul edib. Prezidentin rəsmi saytında verilən məlumata görə, İlham Əliyev çıxışında Azərbaycanda internet sahəsindəki vəziyyətdən də danışıb. “Hesab edirəm ki, Azərbaycan rabitə və yüksək texnologiyalar sahəsində bölgədə mərkəzi rol oynayır. Təsadüfi deyil ki, artıq dünya miqyasında böyük nüfuz qazanmış “Bakutel” sərgisi ənənəvi olaraq Bakıda keçirilir. Beynəlxalq Telekommunikasiya İttifaqının rəhbərləri ilə mənim çoxsaylı görüşlərim onu göstərir ki, bizdə bu sahəyə qoyulan investisiyalara və yetirilən diqqətə beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymət verilir. Hesab edirəm ki, biz ölkə daxilində rabitə sahəsində bütün əsas məsələləri həll etmişik....
Seçilmiş Videolar