Siyasət
Azərbaycan və Pakistan əməkdaşlıq sazişi imzaladı
14 Yanvar, 2021
Baxış: 58
FOTO: President.az

2021-ci ilin 14 yanvar tarixində Pakistana rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Pakistan İslam Respublikasının xarici işlər naziri Məhdum Şah Mahmud Qureşi arasında görüş baş tutub.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətindən verilən məlumata görə, görüşdə iki ölkə arasında mövcud olan tarixi və mədəni əlaqələri vurğulayan tərəflər, inkişaf etməkdə olan əməkdaşlıq münasibətləri, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində sərgilənən qarşılıqlı dəstək məsələlərini müzakirə ediblər.

Məlumata görə, görüş zamanı ölkələr arasında ticarət, iqtisadi, kənd təsərrüfatı, enerji, nəqliyyat, turizm və digər kimi sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb. İnsanlararası əlaqələr, habelə təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.

Görüşdən sonra nazirlər "Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında fövqəladə halların qarşısının alınması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında saziş"i imzalayıblar.
Siyasət

Cavad Zərif Bakıya gələcək

20 Yanvar, 2021
İranın xarici işlər naziri Cavad Zərif yaxın günlərdə Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiyaya səfər edəcək. Bu barədə yanvarın 20-də IRNA agentliyi məlumat yayıb. İranın XİN rəhbəri jurnalistlərə açıqlamasında səfərlərin tarixinin artıq müəyyənləşdiyini bildirib. O, koronavirus test mənfi çıxarsa, yaxın günlərdə Qafqaza və Rusiyaya yola düşəcəyini deyib. Cavad Zərif rəsmi ziyarətlərinin Dağlıq Qarabağ böhranının həlli və bölgədə əmin-amanlığın yaradılması üçün nəzərdə tutulduğunu açıqlayıb.
Siyasət

Üçüncü ölkələrdən Azərbaycan və Türkiyəyə gələnlərə bu qayda məcburi olacaq

20 Yanvar, 2021
Üçüncü ölkələrdən Azərbaycan və Türkiyəyə səyahət edən şəxslər üçün pasportlardan istifadə məcburi olacaq. Bu barədə Azərbaycanla Türkiyə  arasında qarşılıqlı vizadan azad etmə haqqında 2020-ci il fevral 25-də imzalanmış sazişə dəyişikliklər edilib. Sənəddə qeyd edilib ki, tərəflərin ərazilərindən üçüncü ölkələrə və üçüncü ölkələrdən tərəflərin ərazilərinə daxil olmaq üçün pasportların istifadə olunması məcburidir. Sazişin 1 və 2 saylı əlavələrində müəyyən olunmuş digər sərhədkeçmə sənədləri yalnız bir tərəfin ərazisindən digərinə birbaşa səyahətlər üçün istifadə edilir. Mənbə:"report.az"
Seçilmiş Videolar
Menu