Azərbaycan XİN "RİA Novosti"ni tənqid etdi, saytın fəaliyyətinə qadağa qoyuldu
Açıq mənbələrdən götürülüb
"Rusiyanın dövlət məlumat agentliyinin Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxış edən məlumatları yayması ciddi təəssüf doğurur"
Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi L.Abdullayeva özünü Dağlıq Qarabağdakı qondarma qurumun naziri kimi təqdim edən Artak Beqlaryanın “RİA-Novosti” agentliyinə müsahibəsini şərh edərkən deyib.
XİN-in rəsmi saytında Leyla Abdullayevanın adından yayılan açıqlamada bu fikirlər yer alıb:
"Dövlət agentliyinin bu addımı, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Dostluq, təhlükəsizlik və strateji tərəfdaşlıq haqqında 1997-ci il tarixli Saziş və Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında 2022-ci il tarixli Bəyannamənin “BMT Nizamnaməsinin prinsiplərinə və bir-birlərinin suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş istənilən fəaliyyətdən çəkinmək”, habelə “separatçılıq təhdidlərinə qarşı mübarizə”müddəaları ilə ziddiyyət təşkil edir.
RİA-Novosti agentliyi tərəfindən bu təxribatçı açıqlamaların tirajlanması, həmçinin Rusiya Federasiyasının post-münaqişə mərhələsində bölgədə sülh yaratmaq səylərinə kölgə salır".
"RİA-Novosti"də sözügedən müsahibə yayımlanandan sonra Azərbaycanda qurumun saytı bloklanıb. Bu barədə rəsmi məlumat verilməsə də, hazırda sayta daxil olmaq mümkün deyil.
Rəsmi səhifə
Açıq mənbələrdən götürülüb
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?