Açıq mənbələrdən götürülüb
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Sergey Lavrovun Xocalı rayonunun Fərrux kəndi ilə əlaqəli vəziyyətin Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası kontekstində nəzərdən keçiriləcəyinə dair fikrini şərh edib.
Bu barədə XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın qurumun rəsmi saytında açıqlaması yayılıb.
Leyla Abdullayeva açıqlamasında qeyd edib ki, Azərbaycan və Ermənistan tərəfindən təsis edilmiş delimitasiya komissiyalarının fəaliyyəti əvvəlcədən nəzərdə tutulduğu kimi, məhz iki ölkənin dövlət sərhədinin delimitasiyası məqsədini güdür.
“Bu proses çərçivəsində Azərbaycan-Ermənistan dövlət sərhədindən kənar hər hansı bir məsələyə, o cümlədən Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərlə bağlı məsələyə baxılması nəzərdə tutulmur”, - deyə XİN rəsmisi vurğulayıb.
Rusiyanın XİN başçısısı Sergey Lavrovun Fərrux kəndi ilə ilə bağlı bu gün, iyunun 9-da Yerevanda keçirdiyi mətbuat konfransında danışıb. “Erməni dostlarımız da bilir ki, Fərrux kəndi ətrafındakı vəziyyət rus hərbçiləri üçün prioritet məsələlərdən biridir. Delimitasiya işləri çərçivəsində bu məsələyə baxılacaq və həll olunacaq”, - deyə o, açıqlamasında bildirib.
Rusiya XİN başçısının Ermənistana rəsmi səfəri iyunun 8-də başlayıb. İyunun 10-da o, Yerevanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Açıq mənbələrdən götürülüb