Açıq mənbələrdən götürülüb
Azı 20 ölkədə rəsmilər internet çıxışı əngəlləyib, 21 ölkə isə sosial media platformalarına çıxışı bağlayıb
"Azadlıq Radio"sunun məlumatına görə, bu il 41 ölkədə internet istifadəçiləri onlayn fəaliyyətə görə fiziki hücumlara məruz qalıblar. 2021-ci ilin yanvarında Azərbaycanda polis bir istifadəçinin evinə gedir və özünü məşğulluq idarəsinin təmsilçisi kimi təqdim edərək onu evindən çıxmağa sövq edir. Həmin istifadəçi döyülür, saxlanır, yerli məmurları tənqid etdiyi "Faceboom" postlarına görə üzr istəməyə vadar edilir. Bu haqda ABŞ-da yerləşən “Freedom House” insan haqları təşkilatı sentyabrın 21-də açıqlanmış “İnternet Azadlığı 2021” hesabatında yazır.
Hesabat dünyanın 6 regionunda 70 ölkəni əhatələyir.
Azərbaycan və qonşuları
Azərbaycan 35 balla interneti azad olmayan ölkələr sırasındadır. Bu sıralamaya 0-39 bal yığan ölkələr salınıb. Azərbaycanla yanaşı Qazaxıstan (33), Belarus (31), Rusiya (31), İran (16) da interneti azad olmayan ölkələrdir.
Gürcüstan 77, Ermənistan isə 71 balla interneti azad ölkələr hesab olunub.
Ukrayna (62), Qırğızıstan (53) interneti qismən azad ölkələrdir.
Azərbaycan daha öncəki hesabatlarda da interneti qeyri-azad ölkə hesab olunub. Ancaq hakimiyyət təmsilçiləri internetin azad olmaması fikirlərini qəbul etmirlər. Ölkədə bütün təməl hüquq və azadlıqların tam təmin olunduğu bildirilir.
11 ildir pisləşmə gedir
“Freedom House” artıq 11-ci ildir qlobal internet azadlığının pisləşdiyini qeyd edir. Ən böyük geriləmə Myanma, Belarus, Uqandada qeydə alınıb. Bu ölkələrdə dövlətə məxsus qüvvələr seçki və konstitusiya böhranlarında zorakı davranıb.
Hökumətlərin istifadəçi hüquqları ilə bağlı texnologiya şirkətləri ilə toqquşduğu qeyd olunur. Azı 48 ölkənin hakim orqanları son bir ildə kontent, data və rəqabətlə bağlı texnologiya şirkətləri üçün yeni qaydalar tətbiq ediblər.
Görünməmiş təzyiq
Hesabatda onlayn ifadə azadlığının görünməmiş təzyiq altında olduğu vurğulanır. Daha çox hökumət qeyri-zorakı siyasi, sosial və dini nitqə görə istifadəçiləri həbs edir. Azı 20 ölkədə rəsmilər internet çıxışı əngəlləyib, 21 ölkə isə sosial media platformalarına çıxışı bağlayıb. Azı 45 ölkə hakimiyyəti özəl şirkətlərdən təkmil casusluq, yaxud data qoparma texnologiyası almaqda şübhəli bilinir.
Yeddi ildir Çin internet azadlığına görə ən pis mühiti olan ölkə hesab olunur. COVID-19 pandemiyası ölkədə ən çox senzuraya məruz qalan mövzulardan hesab olunur.
Artıq beşinci ildir Birləşmiş Ştatların balı azalır. Hesabatda deyilir ki, saxta, yanıldıcı, manipulyasiyaya məruz qalmış informasiya onlayn yayılıb, hətta 2020-ci il prezident seçkisinin nəticəsinin ictimaiyyət tərəfindən qəbuluna da təsirini göstərib. Yeni administrasiya isə internet istifadəçilərinin daha yaxşı qorunması üçün addımlar vəd edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Paşinyan köçkünlərə 40 mindən çox yaşayış yeri ayrıldığını açıqlayıb
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb