Siyasət

Azərbaycana gələn Ukrayna vətəndaşları ölkədə müddətsiz qala biləcəklər

28 Oktyabr, 2022
567

Sosial Media

Ukraynadan Azərbaycana gələn vətəndaşlar artıq vaxt limiti olmadan ölkədə qala biləcəklər. 

APA-nın məlumatına görə, bu barədə Dövlət Miqrasiya Xidmətinin Miqrasiya nəzarəti baş idarəsi, Miqrasiya rejiminə nəzarət şöbəsinin rəisi Rüfət İbrahimov mətbuata açıqlamasında bildirib. 

Rəsmi bildirib ki, qanunla Ukrayna vətəndaşları Azərbaycanda 90 gün qala bilər.

“Amma hazırkı vəziyyətə görə, bu vaxt limiti aradan qaldırılıb. Yəni 90 günü bitmiş Ukrayna vətəndaşları ölkəmizdə qala bilir", - deyə rəsmi bildirib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Paşinyan köçkünlərə 40 mindən çox yaşayış yeri ayrıldığını açıqlayıb

Toplum TV
22 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağdan köçən erməni sakinlər üçün ölkəsində 40 mindən çox yaşayış yeri hazırlandığını açıqlayıb. Toplum TV xəbər verir ki, bu haqda baş nazir sentyabrın 22-si hökumət iclasında bildirib. O, erməni sakinlərin Qarabağda qalmasının qeyri-mümkün olduğu halda Ermənistana gələ biləcəklərini vurğulayıb. "Biz hər şeyi etməliyik ki, soydaşlarımız öz evlərində qorxmadan və ləyaqətlə yaşasınlar", - Paşinyan deyib. https://toplum.tv/siyaset/psusa-yolunda-ermenilerin-qelebe-simvolu-olan-tank-goumltuumlruumlluumlbp Baş nazir, həmçinin Ermənistan hökumətinin məqsədinin ermənilərin Qarabağdan çıxarılması olmadığını diqqətə çatdırıb. 
Siyasət

Avropa İttifaqı Qarabağ ermənilərinə 500 min avro ayırır

Toplum TV
22 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Avropa İttifaqı Qarabağda şiddətlənən döyüşlərdən zərər çəkmiş erməni sakinlər üçün 500 min avro humanitar yardım edəcək. Toplum TV bildirir ki, bu haqda sentyabrın 22-si Avropa İttifaqının böhranların idarə edilməsi üzrə komissarı Janez Lenarçiç açıqlayıb. Lenarçiçin qeyd etdiyinə görə, sakinlərə həm də sığınacaq və psixoloji dəstək göstərilməsi nəzərdə tutlub. "Qarabağda münaqişənin genişlənməsi mülki əhali üçün ciddi nəticələrə səbəb olub. Buna cavab olaraq, Aİ məcburi köçkünlərə dəstək üçün təcili humanitar yardım olaraq əlavə 500.000 avro səfərbər edir. Biz vəziyyəti diqqətlə izləyirik və əlavə yardım təklif etməyə hazırıq. Aİ atəşkəsi alqışlasa da, mən münaqişənin bütün tərəflərini humanitar təşkilatların maneəsiz və dərhal çıxışını təmin...

Seçilmiş Videolar

Toplum TV loqo