Siyasət

"Azərbaycanda getdikcə demokratiyanın bütün rüşeymləri məhv olur"

29 Aprel, 2021
2005

Sosial Media

“Gürcüstan və Ermənistanı Azərbaycanla siyasi azadlıqlar, siyasi fəaliyyət baxımından müqayisə etmək haqsızlıq olardı, Azərbaycanda vəziyyət daha ağırdır.”

Bunu “Toplum TV”-yə Müsavat Partiyasının üzvü Yadigar Sadıqlı "Fridom Haus"un ("Freedom House") Avropa və Avrasiyada demokratiyanın vəziyyətinə dair “Keçid Ölkələri 2021” adlı hesabatını şərh edərkən deyib.

O, hesabatın ədalətli olduğunu deyir: “Azərbaycanda getdikcə demokratiyanın bütün rüşeymləri məhv olur. Siyasi müxalifətin mövcudluğu artıq şübhə altındadır, demək olar ki, tək-tük istisnalardan başqa hamısı hakimiyyət tərəfindən ələ alınıb və ya susdurulub. Azərbaycanda gedən proseslərdə siyasi partiya və ictimai təşkilatların iştirakı qeyri-mümkündür. Hər şey bir nəfərin, bir ailənin əlində cəmlənib. Azərbaycanın avtoritar rejimdən totalitar rejimə keçid mərhələsində olduğu da söyləmək olar. "Fridom Haus"un bu rəyində qeyri-adi bir şey yoxdur”.

Yadigar Sadıqlı - Sosial Media

Y.Sadıqlının fikrincə, Azərbaycanda hüquq və azadlıqlar bağlı vəziyyət digər Qafqaz ölkələrindən pisdir: “Gürcüstanda siyasi partiyalar normal fəaliyyət göstərir və kifayət qədər güclü qüvvədirlər. Ermənistanda siyasi partiyalar nüfuz cəhətdən zəifdir, bu onların keçirdikləri aksiyalarda da özünü göstərir. Düşünürəm ki, bu, hakimiyyətin avtoritar idarə etməsinə görə deyil, Ermənistanda gedən siyasi proseslərin nəticəsidir. Ermənistan cəmiyyəti bir keçid mərhələsindədir”.

Seymur Həzi: “Heç bir xüsusi siyasi islahat və yenilik gözləməyə dəyməz”

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Seymur Həzi bildirib ki, Azərbaycanın reytinqi qonşu ölkələrlə müqayisədə çox aşağıdır.

Onun sözlərinə görə, hakimiyyət bu sahədə müsbət addım atmaqda da maraqlı deyil: "Bütün bunlar Azərbaycan hökümətinin siyasi fəaliyyətinin nəticəsidir. İllərdir ki, insanların ifadə azadlığı, sərbəst toplaşma və seçki hüquqları kobud pozulur. Elementar azadlıqları yoxdur. Belə bir hesabatın olduğu dövrdə İlham Əliyev MSK-nı yeni tərkibdə təsdiq etdi, amma yenə də MSK-nın yeni tərkibi köhnə adamlardan ibarət idi. Bu, bir daha göstərdi ki, heç bir xüsusi siyasi islahat və yenilik gözləməyə dəyməz. Məzahir Pənahov işinin başında olduğu müddətcə bütün ümidlərin üstündən xətt çəkəcək. Ona görə də bu hesabatda qeyd olunanları Azərbaycan hökumətinin siyasi fəaliyyətinin nəticəsini sayıram”. 

Seymur Həzi - Sosial Media

AXCP funksioneri Gürcüstan və Ermənistanda siyasi azadlıqlarla bağlı durumun daha fərqli, rejimin daha yumşaq olduğunu düşünür: “Gürcüstanda da siyasi həbslər var və bu siyasi motivli həbslər beynalxalq ictimayətin diqqətindədir. Avropa Birliyi bu həbslərin nəticələrini ortadan qaldırmağa çalışır. Digər bir məqam odur ki, Gürcüstanda siyasi həbslər və repressiyalar olsa da, sərbəst toplaşma hüquqları da var. Ermənistanda nisbətən azadlıqlar var, bu azadlıqların nə qədər davam edəcəyini bilmirik. Təbii ki, Ermənistandakı rejim Azərbaycandan bir qədər yumşaq rejimdir”.

Elman Məmmədov - YAP

Elman Məmmədov: "Hesabat qərəzlidir" 

Milli Məclisin deputatı Elman Məmmədov isə düşünür ki, hesabat qərəzlidir: “Azərbaycan demokratik dövlətdir, Konstitusiyamızda bütün demokratik dəyərlər öz əksini tapıb. Ölkə hüquqi, demokratik qayda-qanunla idarə olunur. Belə məqsədli, qərəzli hesabatları çox görümüşük”.

Elxan Şahinoğlu: “Azərbaycanı hazırda tam demokratik hesab etmirəm…”

Politolog Elxan Şahinoğlu isə deyir ki, bu cür hesabatlar Azərbaycan hökumətini narahat etmir: “Vaxtilə Azərbaycanda ABŞ-ın müxtəlif təşkilatları fəaliyyət göstərirdi, onlar da ölkədən çıxarıldı. Azərbaycanın bu sahədə müəyyən problemləri var, amma düşünürəm ki, bunları özümüz həll etməliyik. ABŞ vəya Avropanın rəyinə ehtiyacımız yoxdur. Onlar hər zaman ikili standartlarla çıxış edirlər. Azərbaycan haqqında danışanda Ermənistan haqqında susurlar. Məsələn, 2008-ci ildə Ermənistanda prezident seçkilərində qarışıqlıq oldu, 10 nəfər adamı güllələyib qətlə yetirdilər. Bu məsələ ilə bağlı beynəlxalq insan haqları təşkilatının heç bir açıqlaması, hesabatı olmadı. Amma Azərbaycanda nəsə olanda tez hesabata daxil edirlər. Oan görə də problemləri özümüz həll etməli, islahatları sürətləndirməli və hansısa beynəlxalq təşkilatın hesabatını gözləməməliyik”.

Elxan Şahinoğlu - Açıq mənbələrdən götürülüb

“Əlbəttə, hesabatlar oxunmalıdır, orada yazılanlar diqqətlə nəzərdən keçirilməlidir ki, pozuntu haqqında nəyi nəzərdə tutduqlarını görək. Amma bir məsələ də diqqətimizdən yayınmamalıdır ki, müharibə ilə bağlı da ikili standartlar göz önündədir. Ermənilər hər yerdə əsir məsələsini gündəmə gətirirlər və çox təəssüflər olsun ki, həmin təşkilatlar onlara müəyyən qədər dəstək verirlər. Halbuki o insanlar əsir deyillər, 10 noyabr razılaşmasından sonra silahla Azərbaycan ərazisinə keçərək əsgərlərimizə atəş açıblar. Haqlı tərəf bizik, hələ də minalanmış ərazilərin xəritələri bizə verilmir və heç bir beynalxalq təşkilat bununla bağlı bəyanat vermir. Bunun özü belə ikili standartlardan xəbər verir”.

Politoloq düşünür ki, parlamentin səlahiyyətləri artırılmalıdır: “Azərbaycan tam avtoritar ölkə deyil. Təbii ki, problemlərimiz də var. Parlament seçkiləri tam şəffaf keçirilmir, bütün siyasi qüvvələr parlamentdə təmsil olunmur. Bunlar qüsurlarımızdır və aradan qaldırılmalıdır. Azərbaycanı hazırda tam demokratik hesab etmirəm, amma zəruri addımlar atılarsa, siyasi və iqtisadi islahatlar sürətlənərsə,  uğurlarımız olacaq".

Rəsul Cəfərov: “Hüquq və azadlıqlarla bağlı vəziyyət ürəkaçan deyil”

Hüquq müdafiəçisi Rəsul Cəfərov da hüquq və azadlıqlarla bağlı vəziyyətin ürəkaçan olmadığı qənaətindədir: "İnsan haqları hər zaman indikatorlardan biri olub. Məsələyə bu tərəfdən yanaşsaq, hesab edirəm ki, hesabatda bir sıra problemlər öz əksini tapır. Hesabatın gəldiyi nəticə doğrudur, çünki hüquq və azadlıqların vəziyyəti ürəkaçan deyil. Təbii ki,  bəzi istisnalar da var. İstər siyasi hüquq və azadlıqlar, istərsə də sosial-iqtisadi azadlıqlar sahəsində problemlər var. Xüsusən də mülkiyyət hüququ ilə bağlı vəziyyət acınacaqlıdır. Məhkəmə-hüquq sistemində də köklü islahatlara ehtiyac var. Düzdür, bu sahədə də bir neçə addım atılıb. Amma məhkəmə müstəqilliyi, istintaqın obyektivliyi kimi ciddi problemlər hələ də qalır".

Rəsul Cəfərov - Sosia Media

Cəfərov ifadə və sərbəst toplaşmaq azadlığı ilə bağlı da problemlərin olduğunu deyir: "İnsan haqlarının müxtəlif istiqamətləri üzrə problemlər mövcuddur. Bura söz və birləşmə azadlığı kimi fundamental məsələlər də əlavə olunmalıdır. Bütün bu problemləri bir yerə cəmləyəndə hesabatdakı fikirləri əsaslı sayıram. Ona görə də bu hesabatlardan nəticə çıxarıb problemlər mərhələli şəkildə həll etmək lazımdır".

Şahbala Şabaladov


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Rəsmi Bakı İranın izahat tələbinə cavab verib

31 Mart 2023

Rəsmi səhifə

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə İran XİN-in mətbuat katibi Nasir Kənani tərəfindən səslənmiş iddialara cavab verib. Toplum Tv xəbər verir ki, bu barədə martın 31-də Azərbaycan XİN-dən məlumat verilib.  Ayxan Hacızadə Kənaniyə nazir Ceyhun Bayramovun İsraildə səfərdə ikən səsləndirdiyi fikirlərə diqqətlə qulaq asmağı tövsiyə edib. Onun sözlərinə görə, Bayramov İsrail xarici işlər naziri ilə mətbuat brifinqi zamanı İrana qarşı hər hansı bir mövqe səsləndirməyib. Buna görə də o, İran XİN-i tərəfindən verilən bu açıqlamanı növbəti anti-Azərbaycan addım kimi qiymətləndirib. https://toplum.tv/siyaset/piran-azerbaycandan-izahat-teleb-edirp "Azərbaycan öz ərazisindən üçüncü dövlətlərə qarşı istifadəyə heç zaman imkan verməyib. Bunun əksinə, son zamanlar İran ərazisindən...
Siyasət

İran Azərbaycandan izahat tələb edir

Toplum TV
31 Mart 2023

Rəsmi səhifə

Tehran İsrailin Azərbaycan ərazisindən İrana hücum hazırladığını bildirir və Bakıdan izahat tələb edir.  Toplum TV "Fars" agentliyinə istinadən xəbər verir ki, bu barədə martın 31-də İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasser Kənani gündəlik brifinq zamanı  danışıb.  Kənani açıqlamasında deyib ki, İran "sionist rejimin Azərbaycan Respublikası ərazisindən İrana qarşı sui-qəsd hazırlamasına biganə qala bilməz" və o, Azərbaycan hökumətindən İsraillə əldə olunan razılaşmalarla bağlı izahat tələb edib. XİN sözçüsü xüsusilə İsrailin xarici işlər naziri Eli Koenin azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında işlətdiyi "Azərbaycan və İsrail İranın təhdidini bölüşür" ifadəsinə aydınlıq gətirilməsini tələb edib.  "Bu, sionist rejimin Azərbaycan Respublikası...

Seçilmiş Videolar

Toplum TV loqo