Siyasət

Azərbaycanda məhkəmələr elektronlaşdırılır  - Fundamental problemlər  həll olunacaqmı?

Məzahir Abdurahmanov
23 Noyabr, 2021
353

Açıq mənbələrdən götürülüb

“Əgər hakim müstəqil deyilsə, elektron sistemə keçid heç nəyi dəyişməcək. Əgər hakim rüşvətxordursa, əldən aldığı rüşvəti indi elektron sistemdə də hansısa formada alacaq”.

Bunu hüquqşünas Ruslan Əliyev məhkəmələrdə elektron sistemin tətbiq olunması məsələsini “Toplum TV”-yə şərh edərkən deyib.

Hazırda Azərbaycanda fəaliyyət göstərən 117 məhkəmənin 77-də elektron məhkəmə sistemi tətbiq olunur. Gələn ildən isə onun artıq bütün məhkəmələri əhatə etməsi nəzərdə tutulur.

Bu informasiya Məhkəmə-Hüquq Şurasının sədri, I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədovun AZƏRTAC-dakı məqaləsində yer alıb.

“Qanunvericiliyə edilmiş, o cümlədən ötən ay qüvvəyə minmiş dəyişikliklər məhkəmə fəaliyyətinin təkmilləşdirilməsinə, o cümlədən süründürməçiliyin aradan qaldırılmasına, işlərə çevik və vaxtında baxılmasına şərait yaradıb. Həmçinin bu dəyişiklər məhkəmələr tərəfindən “Elektron məhkəmə” informasiya sisteminin tətbiqini daha da genişləndirib. Məhkəmə icraatının video-konfrans əlaqə sistemi vasitəsilə həyata keçirilməsi imkanının yaradılması şəffaflığın əlavə təminatı olmaqla, pandemiya şəraitində xüsusi əhəmiyyət kəsb edib”, - deyə məqalədə qeyd edilib.

Məlumata görə, məhkəmə rüsumlarının dərəcələrinin diferensial şəkildə müəyyən edilməsi ilə əlaqədar rüsumların dəqiq və avtomatik hesablanmasına imkan verən onlayn kalkulyator, eləcə də xüsusi metodiki vəsait hazırlanaraq məhkəmələrin vahid portalında, Ədliyyə Nazirliyi və Ali Məhkəmənin elektron resurslarında yerləşdirilib.

“Məhkəmə ilə işləyənlərin işi xeyli asanlaşacaq”

Hüquqşünas Xalid Ağalıyev deyir ki, məhkəmələrdə elektron sistemin tətbiqi ümumilikdə mütərəqqi dünyanın istifadə etdiyi sistemlərdəndir:

“Elektron sistem tədbiqinin məhkəmələrin işinin məzmununa müsbət təsir edəcəyinə inanmıram. Bununla məhkəmələrin işinin məzmununda, obyektivliyində, ədalətliliyində, qanunvericiliyə uyğun fəaliyyətində mahiyyətcə o qədər ciddi dəyişikliklər baş verməyəcək. Amma elektron məhkəmə sisteminin Azərbaycanda tətbiqi hər bir halda yaxşıdır. Bu, məhkəmə ilə işləyənlərin işini xeyli asanlaşdıracaq. Xüsusilə vəkillərin daha effektiv, daha çevik işləməsinə töhfə verəcək”.

Xalid Ağalıyev 

Ruslan Əliyev də deyir ki, elektronlaşma çevikliyi, rahatlığı və əlçatımlılığı təmin edə bilir: “Bu, bir çox fəsadların aradan qalxmasına kömək edəcək. Elə məhkəmə olub, qərarda bir şey, evə göndərilən məktubda isə başqa şey yazılıb. Əvvəllər aylarla məhkəmənin qərarını gözləyərdik. Ancaq indi məktub gələnə kimi sistemdən girib oxumaq mümkün olur və s.”

Bunu da oxu: Yalçın İmanov: “Anar Bağırov ya vəkillərin könlünü alır, ya da manipulyasiya edir”

Bununla belə, R.Əliyev qeyd edir ki, elektron sistemin tətbiqi ilə məhkəmə sahəsindəki fundamental problemlərin həll olunacağını gözləməyə dəyməz:  “Texniki məsələnin keyfiyyətə təsir göstərəcəyini gözləmək sadəlövlükdür. Elektron sistemin icrasının məhkəmələrin keyfiyyətinə təsiri yoxdur. Çünki keyfiyyət məhkəmə sisteminin ədalətli işləməsindən asılıdır. Yəni elektron oldu, olmadı, əsas məsələ real işə baxan hakimin düşüncəsi və ədalətidir”.

“Məhkəməyə güvəni bərpa etmək mümkün olmayıb”

Milli Məclisin deputatı Fazil Mustafanın sözlərinə görə, elektron məhkəmə sistemi ilk növbədə məhkəməyə müraciət edənlərin işini asanlaşdıracaq. İkincisi isə, məhkəmədə şəffaflığın təmin olunmasına imkan verəcək.

Fazil Mustafa - Açıq mənbələrdən götürülüb

“Doğrudur, vətandaşların məhkəmələrin işi ilə bağlı bir çox şikayətləri olur və əksər hallarda bu narazılıqlar əsaslı olur. Ancaq bütövlükdə məhkəmə sistemində də islahatlar aparılır. Hakimlərin hansısa qanundan sui-istifadə etməsinin, korrupsiyaya bulaşmasının və başqa halların qarşısını almaq üçün işlər görülür. Amma hələ ki, məhkəməyə güvəni bərpa etmək  mümkün olmayıb”.

Deputatın sözlərinə görə, elektron sistemin tətbiqi bu sahadə müəyyən işlərə nəzarət mexanizmini gücləndirə bilər: “Əlavə olaraq, hakimlərin ömürlük təyin olunması mexanizmi götürülməlidir. Hakimlər daha müstəqil olmalıdırlar. Məhkəmə icra orqanından asılı vəziyyətdədir. Bunu tənzimləmək lazımdır ki, 3-cü hakimiyyət kimi o, öz işini tam müstəqil şəkildə yerinə yetirə bilsin”.

“Ancaq müstəqillik olmadan bunların bir təsiri olmayacaq”

Ruslan Əliyevin fikrincə, məhkəmə sistemindəki problemlərin aradan qalxması üçün ilk növbədə siyasi sistem dəyişdirilməlidir. O sual verir: “Hansı siyasi sistem məhkəmənin müstəqil olmasını istəyər? Liberal və demokratik sistem. Məhkəmənin müstəqilliyini istəyən siyasi iradə olmayınca, bu barədə danışmaq mənasızdır. Çünki əsas problemlər buradan qaynaqlanır.”

Ruslan Əliyev - Sosial Media

Hüquqşünas hesab edir ki, Azərbaycanda məhkəmə sisteminin əsas problemlərinin başında onun müstəqilliyi məsələsi dayanır.

Bunu da oxu: “Həkimləri həbs etməklə səhiyyədəki korrupsiyanın qarşısını almaq çətindir”

Xalid Ağalıyev də bu fikirdədir. Onun sözlərinə görə, Azərbaycanda məhkəmə məhz müstəqil olmadığına görə, hökumət bir çox hallarda onu öz siyasi rəqiblərinə qarşı mübarizə vasitəsinə çevirə bilir.

“Məhkəmələr üçün gözəl binalar tikmək olar, onların maddi texniki imkanlarını genişləndirmək olar. Hakim korpusunun dil və bacarıqlarının artırılması istiqamətində də addımlar atmaq olar. Ancaq müstəqillik olmadan bunların təsiri olmayacaq. Diqqət məhkəmələrin müstəqilliyinin təmin olunmasına yönəlməlidir”, - deyə X. Ağalıyev açıqlamasında bildirib.

Siyasət

Tofiq Yaqublunun döyülməsinə ziyalılar necə reaksiya verdi?

Aytac Məmmədli
2 Dekabr 2021

Açıq mənbələrdən götürülüb

“Tofiqin döyülməsini qınayıram, amma onun aksiyaya çıxması da doğru deyildi” “Toplum TV”-yə danışan hüquq müdafiəçisi Novella Cəfəroğlu Milli Şura üzvü Tofiq Yaqublunun döyülməsinə münasibət bildirərkən belə deyib. Dekabrın 1-də "Saleh Rüstəmliyə azadlıq!" şüarı ilə keçirilən etiraz aksiyası zamanı polis tərəfindən saxlanılan Milli Şuranın və Müsavat Partiyasının funksioneri, keçmiş siyasi məhbus Tofiq Yaqublunun üz nahiyəsində çoxsaylı qançırlar olan fotosu yayılıb. Fotoda T. Yaqublunun göz, üz nahiyəsi və göz qapaqlarında zədələrin olduğu görünür. Tofiq Yaqublu saxlanılarkən onun sifətində həmin izlər olmayıb. Tofiq Yaqublu aksiyada N. Cəfəroğlu hesab edir ki, T. Yaqublu aksiyaya çıxmaqla Saleh Rüstəmlinin işini təzədən əngəlləyib: “Polis Tofiqə bunu etməməli...
Siyasət

Ceyhun Bayramov Entoni Blinken ilə görüşdü

2 Dekabr 2021

Rəsmi səhifə

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclası çərçivəsində ABŞ Dövlət katibi Entoni Blinken ilə görüşüb. Bu barədə XİN-dən məlumat verilib. Bildirilir ki, görüşdə tərəflər, ikitərəfli əməkdaşlıq gündəliyi üzrə, o cümlədən iqtisadi, energetika, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər. Görüş zamanı nazir Ceyhun Bayramov qarşı tərəfə 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının imzalanmasından sonra bölgədə mövcud olan vəziyyət, işğaldan azad olunmuş ərazilərdəki dağıntıların miqyası, mina təhlükəsi, sərhəd məntəqəsində gərginliyin səbəbləri, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidən quruculuq işləri barədə ətraflı məlumat verib. Söhbət zamanı Azərbaycanın enerji sahəsində verdiyi töhfə, həm...
Seçilmiş Videolar