Siyasət

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

5 İyul, 2022
135

Açıq mənbələrdən götürülüb

Humanitar yardımı Sumqayıt Şəhər İcra Hakimiyyəti təşkil edib. Buraya ərzaq məhsulları, məişət və tibbi sərfiyyat malları, həmçinin saxlama müddəti uzun olan məhsullar (konservlər, dənli bitkilər, quru yemək payı və s.), eləcə də uşaq qidaları, dərman vasitələri və geyimlər aiddir.

Ümumi çəkisi 50 ton miqdarında olan humanitar yardım tərəfdaş şəhərlər xətti ilə Ukraynanın Çerkassı vilayət administrasıyasından Sumqayıt ŞİH-ə edilmiş rəsmi müraciətə cavab olaraq hazırlanıb və Çerkassı şəhəri əhalisinin ehtiyacları üçün nəzərdə tutulub.

Rusiya-Ukrayna müharibəsinin başlanğıcından indiyədək Azərbaycan tərəfindən Ukraynaya 20 milyon ABŞ dolları dəyərində 1,5 min ton vacib humanitar yük çatdırılıb", - bunu huanitar yardımın hava limanından göndərilməsində iştirak edən Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski deyib.

Siyasət

İsrailin Azərbaycandakı səfiri İran barədə: Bu qatil rejimin hədələrini ciddi qəbul edin

16 Avqust 2022

Sosial mediadan skrinşot

İsrailin Azərbaycandakı səfiri Corc Dik bu gün, avqustun 16-da "tvitter"də britaniyalı yazıçı Salman Rüşdinin bıçaqlanmasıyla bağlı video müraciət yayıb.  Corc Dik müraciətində deyib:  "İranın Azərbaycandakı səfiri yaxınlarda məni ölümlə təhdid etdi. O, "tvitter"də yazdı ki, mən qırmızı xətti keçmişəm, ona görə də İran xalqı məni dəfn edəcək. İndi siz Salman Rüşdinin bıçaqlandığını eşidərkən mənim nə düşündüyümü təsəvvür edə bilərsiniz. Çünki İran həm də demişdi ki, o, [Salman Rüşdi] qırmızı xətti keçib və onu da ölümlə hədələmişdi. Və terrorçu onu günün günorta çağl öldürməyə cəhd etdi. Ona görə də indi siz mənim müəyyən qədər şəxsi hisslərimi təsəvvür edə bilərsiniz.  https://toplum.tv/siyaset/iranin-azerbaycandaki-sefiri-israilli-hemkarini-tehdid-etdi Həftələr...
Siyasət

Qarabağ Azadlıq Təşkilatı adını dəyişir, partiyaya çevrilir

16 Avqust 2022

Açıq mənbələrdən götürülüb

Qarabağ Azadlıq Təşkilatı adını dəyişib Azad Vətən Partiyasına çevriləcək.  Bunu təşkilatın sədri Akif Nağı avqustun 16-da APA-ya açıqlamasında deyib. Onun sözlərinə görə, qanunvericilik təşkilatın yenidən təşkilinə icazə verir. Bununla əlaqədar Təşkilat Komitəsi yaradılıb, sabah qurultay keçiriləcək. Qurultayda Qarabağ Azadlıq Təşkilatının Azad Vətən Partiyasına çevrilməsi barədə qərar qəbul ediləcək. Partiya sədrliyinə namizəd Akif Nağıdır. "Qarabağ Azadlıq Təşkilatı" - 1993-cü ildə yaradılıb.  Təşkilatın ilk adı Qarabağ Azadlıq Hərəkatı olub, 2000- ci il yanvarın 28-də keçirilən qurultayda adın indiki forması - Qarabağ Azadlıq Təşkilatı qəbul olunub. 

Seçilmiş Videolar

Toplum TV loqo