Siyasət

Azərbaycanlı blogeri öldürmək istəyən iki nəfərin həbs edildiyi bildirilir

15 İyun, 2022
155

Açıq mənbələrdən götürülüb

Fransada azərbaycanlı bloger Məhəmməd Mirzəliyə qarşı sui-qəsd etmək istəyən iki nəfər həbs edilib. 

Bu barədə "Sərhədsiz Reportyorlar" xəbər yayıb.

Məlumata görə, hadisə iyunun 14-də Anje şəhəri yaxınlığında baş verib.

Saxlanılanlardan birinin tapança ilə silahlanmış azərbaycanlı, digərinin isə türk əsilli moldovalı olduğu bildirilir. 

 "Sərhədsiz Reportyorlar"ın bəyanatında qeyd olunur ki, gömrük orqanlarının saxladığı şəxslər Polşada qeydiyyatda olan avtomobildə olublar. 

"Onların GPS-də blogerin ev ünvanı göstərilib, telefonlarında isə onun şəkli var. Onlardan biri əvvəllər 2018-ci ildə Kiyevdə adam oğurluğuna görə həbs edilib" , - deyə məlumatda qeyd olunub, amma saxlanılan şəxslərin adları açıqlanmayıb. 

 "Sərhədsiz Reportyorlar"ın Şərqi Avropa və Mərkəzi Asiya departamentinin rəhbəri Janna Kavelie deyib ki, bütün bunlar Məhəmməd Mirzəliyə qarşı üçüncü sui-qəsdin hazırlandığını göstərir.

https://toplum.tv/siyaset/aqil-meherremov-usaqlarim-ele-bilirdi-islemeye-getmisem-hebsimi-bilmirdiler

Həbs edilənlərin birinin sosial media profilində "kalaşnikov" avtomatıyla şəkli var, o, “Mən buradayam” yazıb. M. Mirzəli deyir ki, o, hər gün, xüsusən də yutubda bu cür mesajlar alır.

Mirzəli 2021-ci ilin martında Nant şəhərinin mərkəzində bıçaqlanmışdı. Aprelin sonunda bu hücuma görə üçü Azərbaycandan olan dörd kişi məhkum edilmişdi. 

Məhəmməd Mirzəli Azərbaycan hökumətinin kəskin tənqidçilərindən biri hesab edilir. 

Sərhədsiz Reportyorlar təşkilatının bəyanatında deyilir ki, Fransa məhkəmələrində blogerə qarşı Azərbaycan prezidentinin yaxınları tərəfindən iddialar qaldırılıb. Ötən həftə ölkənin keçmiş iqtisadiyyat nazirinin müavininin ona qarşı açdığı böhtan iddiası rədd edilib.

Siyasət

Demokratik Təşəbbüslər İnstitutu yeni hesabat yaydı

6 İyul 2022

Açıq mənbələrdən götürülüb

Azərbaycanda dövlət səviyyəsində Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarının icrasını həyata keçirən və bu icraya nəzarət edən vahid bir qurum yoxdur.  Bu barədə Demokratik Təşəbbüslər İnstitutu tərəfindən (IDI) “Şəxsi və Ailə Həyatına Hörmət Hüququ (Konvensiya, maddə 8) ilə bağlı AİHM-in Azərbaycana qarşı Qərarlarının İcra Vəziyyətinə” dair hazırladığı hesabatda bildirili.  Hesabatda şəxsi və ailə həyatına hörmət hüququ,bu hüquqa olan təminatlar, o cümlədən AİHM qərarlarının hüquqi qüvvəsi nəzərdən keçirilib, yerli və beynəlxalq qanunvericilik analiz edilib.  Araşdırmada AİHM tərəfindən Azərbaycana qarşı 8-ci (“Şəxsi və ailə həyatına hörmət hüququ”) maddə altında çıxarılan və pozuntusu tanınan 16 qərarın qısa təsviri və həmin qərarların icra vəziyyəti,...
Siyasət

Şahid: Almaniyaya getmək üçün mənə AXCP üzvü olmağım barədə saxta arayış verdi

Leyli Cəfərova
6 İyul 2022

Açıq mənbələrdən götürülüb

“Sənədlərin hazırlanması üçün Ramin Hacılıya 4500 manat pul verdim. Sənədlər arasında AXCP üzvü olmağım barədə arayış da var idi. Ancaq belə heç bir partiyanın üzvü deyiləm”. Bunu iyulun 6-da Azərbaycan Avropa Hərəkatının həbsdə olan rəhbəri Ramin Hacılının məhkəməsində şahid qismində dindirilən Elnur Qəmbərov dedi. O, bu sənədlərin ona Almaniyaya getmək üçün lazım olduğunu söylədi. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidov şahiddən Almaniyaya getməsinin səbəblərini soruşdu. O bildirdi ki, azyaşlı övladı xəstədir, məqsədi onu Almaniyaya apararaq müalicə etdirmək olub: “Burda müalicələr təsir etmirdi, məcbur oldum ki, Almaniyaya getməyin yollarını tapım. Soraqlayıb bu şirkəti tapdım, Ramin Hacılı mənə sənədlərin toplanmasında kömək...

Seçilmiş Videolar

Toplum TV loqo