"Azərbaycanlı turistlər" Ermənistanda - Hansı hallarda səfər etmək mümkündür?
Açıq mənbələrdən götürülüb
Bu ilin ilk 7 ayında 3 nəfər Azərbaycan vətəndaşı Ermənistana turist kimi səfər edib.
Bu barədə Ermənistanın Milli Statistika Komitəsi məlumat yayıb.
Qarabağ müharibəsi və onun nəticələri səbəbindən 1994-cü ildən bəri faktiki olaraq Azərbaycan-Ermənistan sərhədi bağlıdır, ərazi hərbiləşdirilib. Bəs belə şəraitdə Azərbaycandan Ermənistana səfərlər necə gerçəkləşir?
Azərbaycan Dövlət Tuizm Agentliyinin sədr müşaviri Kənan Quluzadə “Toplum TV”-yə açıqlamasında bildirib ki, Ermənistana gedən Azərbaycan vətəndaşları işgüzar səfərlərlə bağlı sərhədi keçir:
“Bu turizm deyil. İşgüzar səfər edərkən sərhədi keçən Azərbaycan vətəndaşlarını Ermənistan statistikada turist kimi qeyd edir. Ölkəmizin rəsmiləri əsasən beynəlxalq tədbirlər iştirak etmək üçün Ermənistana səfər edirlər”, - deyə Kənan Quluzadə əlavə edib.
Bu ilin fevralında Milli Məclisin iki deputatı Tahir Mirkişili və Soltan Məmmədov Ermənistanda keçirilən Avronest Parlament Asambleyasının (PA) komitə iclasında iştirak etmək üçün Yerevana gedib.
İkinci Qarabağ müharibəsindən sonra ilk dəfə Azərbaycan təmsilçiləri Ermənistanda keçirilən tədbirə qatılıb.
Sonu “yan” şəkilçisi ilə bitən ermənilər Azərbaycana keçə bilirmi?
Münaqişə jurnalistikası sahəsində ixtisaslaşan Şahin Rzayev deyir ki, 1994-cü ildən 2006-cı ilədək yeddi dəfə Ermənistanda, bir dəfə də işğal zamanı Qarabağda olub. Amma bütün səfərləri beynəlxalq layihələr çərçivəsində baş tutub:
“Oraya Avropa Birliyi və Böyük Britaniya səfirliyinin maliyələşdirdiyi beynəlxalq layihələr çərçivəsində getmişik. Biz sərhədi keçəndə təbii ki, öncədən qarşı tərəf bizi qarşılamaq üçün xəbərdar olur. Ona görə də biz Ermənistana gedəndə çətinlik çəkməmişik. Getdiyimiz vaxtlarda bizi mühafizəçilər qoruyub. Hazırda Azərbaycan pasportuyla Ermənistana səyahət məqsədilə turist kimi getmək mümkün deyil. Hansısa azərbaycanlı rus pasportu ilə Ermənistana gedə bilər və ya məsələn, Əli Təbrizi İran pasportuyla Yerevana gedə bilər”, - deyə Rzayev bildirib.
Jurnalist əlavə edib ki, sonu “yan” şəkilçisi ilə bitən hansısa Ermənistan vətəndaşının Azərbaycana buraxılmaması ilə bağlı rəsmi qərar yoxdur:
“Amma qeyri-rəsmi qərar var. Bu da onunla bağlıdır ki, Azərbaycanda onların təhlükəsizliyi təmin olunmalıdır. Azərbaycana gəlmək istəyən erməni vətəndaşlar əvvəlcədən Moskva səfirliyinə müraciət edib, öncədən razılıq almalıdırlar ki, təhlükəsizlikləri təmin olunsun.
Xatırlayıram, bir dəfə müğənni Tarkan Azərbaycana konsert verməyə gələndə onun zərb alətləri musiqiçisi erməni əsilli türk vətəndaşı olduğu üçün sərhəddən buraxmaq istəmirdilər. Türkiyə səfirliyi bizim Xarici İşlər Nazirliyinə zəng etdikdən sonra həmin ifaçı ölkəyə buraxıldı”.
“Türkiyə ilə Ermənistan arasında sərhədlər açılsa, bu, Azərbaycanla Ermənistan arasındakı münasibətlərə təsir edəcək”.
https://toplum.tv/dunya/ermenistanda-en-yuksek-isa-heykeli-ucaldilacaq
İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Ermənistanla Azərbaycan arasında əhalinin gediş-gəlişi nə dərəcədə realdır sualına konfiliktoloq sülh müqaviləsinin imzalanmasının vacibliyinə diqqət çəkib:
“2025-ci ildə Rusiya sülhməramlılarının Qarabağdan çıxmaq vaxtıdır. O zamanadək Azərbaycanla Ermənistan arasında birbaşa, Rusiyanın iştirakı olmadan sülh müqaviləsi imzalansa, çox yaxşı olar. Mən ümid edirəm ki, bu məsələdə bizə Türkiyə kömək edə bilər. Çünki Türkiyə ilə Ermənistan arasında yaxınlaşma başlayıb. Əgər Türkiyə ilə Ermənistan arasında sərhədlər açılsa, bu, Azərbaycanla Ermənistan arasında sərhədlərin açılmasına da çox böyük kömək edəcək”,- deyə o qeyd edib.
2022-ci ilin yanvar-iyul aylarında Ermənistana 776 731 turist səfər edib. Eyni dövrdə Azərbaycana 832 186 əcnəbi vətəndaş səfər edib. Hazırda Azərbaycan koronavirus pandemiyası səbəbindən qonşu ölkələrlə quru sərhədlərini bağlayıb. Ermənistanın isə Gürcüstan və İranla quru sərhədləri açıqdır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
President.az
Ərəb-yəhudi qarşıdurmasının tarixi və səbəbləri
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?
Tarixçilər Ridli Skott-un "Napoleon" filmini niyə tənqid edirlər?
Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı açıqlama verib
Korrupsiya ilə bağlı araşdırmalar hazırlayan Abzas Medianın direktoru nədə ittiham olundu?