Siyasət

Bakı Şəhər İcra Hakimiyyəti Tofiq Yaqubluya rədd cavabı verdi

8 İyul, 2022
264

Açıq mənbələrdən götürülüb

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Mili Şura üzvü Tofiq Yaqublunun iyulun 13-də quru sərhədlərin açılması tələbiylə Nazirlər Kabinetinin önündə aksiya keçirmək müraciətinə rədd cavabı verib. 

Bu barədə T. Yaqublu özünün sosial media hesabında yazıb:

"Bakı Şəhər İH mənim 13.07.22 tarixində “Ölkənin quru sərhədlərini açın” tələbilə Nazirlər Kabineti binası qarşısına təyin etdiyim piketə çox operativ qaydada rədd cavabı verdi.  Formal olaraq doğru səbəb göstərilib. Müvafiq qanuna görə, bu cür aksiyalarla bağlı ən azı 5 iş günü əvvəlcədən məlumat verilməlidir.  Hərçənd ki, özlərinə lazım olanda nəinki bu tələb, heç rəsmi müraciətin olmaması da yadlarına düşmür.  Məsələ belədir ki, mən ərizəni yazanda növbəti həftənin ilk iki günün iş günləri olmadığını nəzərə almamışdım. İH-nin cavabından belə başa düşülür ki, rədd cavabı üçün səbəb təkcə tarixlə bağlıymış, başqa səbəb yoxdur və bu şərtə əməl olunsa, etiraz etməyəcəklərmiş". 

Yaqublu bundan sonra aksiya keçirmək üçün 20 iyul tarixinə daha bir müraciət ərizəsi yazdığını bildirib. 

Bundan əvvəl Daxili İşlər Nazirliyi razılaşdırılmamış istənilən aksiyanın yolverilməz olduğunu bildirmişdi.

Siyasət

İsrailin Azərbaycandakı səfiri İran barədə: Bu qatil rejimin hədələrini ciddi qəbul edin

16 Avqust 2022

Sosial mediadan skrinşot

İsrailin Azərbaycandakı səfiri Corc Dik bu gün, avqustun 16-da "tvitter"də britaniyalı yazıçı Salman Rüşdinin bıçaqlanmasıyla bağlı video müraciət yayıb.  Corc Dik müraciətində deyib:  "İranın Azərbaycandakı səfiri yaxınlarda məni ölümlə təhdid etdi. O, "tvitter"də yazdı ki, mən qırmızı xətti keçmişəm, ona görə də İran xalqı məni dəfn edəcək. İndi siz Salman Rüşdinin bıçaqlandığını eşidərkən mənim nə düşündüyümü təsəvvür edə bilərsiniz. Çünki İran həm də demişdi ki, o, [Salman Rüşdi] qırmızı xətti keçib və onu da ölümlə hədələmişdi. Və terrorçu onu günün günorta çağl öldürməyə cəhd etdi. Ona görə də indi siz mənim müəyyən qədər şəxsi hisslərimi təsəvvür edə bilərsiniz.  https://toplum.tv/siyaset/iranin-azerbaycandaki-sefiri-israilli-hemkarini-tehdid-etdi Həftələr...
Siyasət

Qarabağ Azadlıq Təşkilatı adını dəyişir, partiyaya çevrilir

16 Avqust 2022

Açıq mənbələrdən götürülüb

Qarabağ Azadlıq Təşkilatı adını dəyişib Azad Vətən Partiyasına çevriləcək.  Bunu təşkilatın sədri Akif Nağı avqustun 16-da APA-ya açıqlamasında deyib. Onun sözlərinə görə, qanunvericilik təşkilatın yenidən təşkilinə icazə verir. Bununla əlaqədar Təşkilat Komitəsi yaradılıb, sabah qurultay keçiriləcək. Qurultayda Qarabağ Azadlıq Təşkilatının Azad Vətən Partiyasına çevrilməsi barədə qərar qəbul ediləcək. Partiya sədrliyinə namizəd Akif Nağıdır. "Qarabağ Azadlıq Təşkilatı" - 1993-cü ildə yaradılıb.  Təşkilatın ilk adı Qarabağ Azadlıq Hərəkatı olub, 2000- ci il yanvarın 28-də keçirilən qurultayda adın indiki forması - Qarabağ Azadlıq Təşkilatı qəbul olunub. 

Seçilmiş Videolar

Toplum TV loqo