Bakıda etiraz aksiyası keçirilib, saxlanıların olduğu deyilir
Toplum Tv
Mayın 14-də bir qrup ictimai fəal və jurnalist Fəvvarələr Meydanında etiraz aksiyası keçirib. Onlar ölkədə son vaxtlar jurnalist və ictimai fəallara qarşı törədilmiş cinayətlərə, artan zorakılığa və cəzasızlığa etiraz etdiklərini bildiriblər.
Aksiyada “Kriminal dövlət istəmirik”, “Öldürmə ədaləti, dayandır cinayəti” kimi şüarlar səsləndirilib.
Yürüş iştirakçılarının qətnaməsində ictimai fəallara, müxalifətçilərə və jurnalsitələrə qarşı cinayətlər pislənib.
Təşkilatçılar rəsmi qurumlarla razılaşdırılmayan aksiyada 20-dən çox şəxsin polis tərəfindən saxlanıldığını deyirlər.
Saxlanılanların bunlar olduğu deyilir: Kamran Məmmədli, Cavid Nəbiyev, Emin Xəlilli,Nurlan Libre, Novruz Əliyev, Samir Sultanov, Afiəddin Məmmədov, Əhməd Məmmədli, Səməd Səmədov, Samir Axundzadə, Elnur Abbasov, Rüstəm İsmayılbəyli, Zakir Bayramov, Mehman Hüseynov, Ülvi Həsənli, Fuad Əhmədli, Əziz Məmiyev, Alı Alızadə, Fuad Əhmədli, Tofiq Yaqublu, Babək Həsənov, İlkin Rüstəmzadə, Əmrah Təhmə.
Daxili İşlər Nazirliyindən “Qafqazinfo”-ya bildirilib ki, aksiyada heç bir insident qeydə alınmayıb, saxlanılan olmayıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Rəsmi səhifə