Siyasət

Bakıda parada hazırlıq məşqləri keçirilir

5 Dekabr, 2020
584
Dekabrın 10-da keçiriləcək ll Qarabağ müharibəsində qələbəyə həsr olunmuş hərbi parada hazırlıq məşqləri davam edir. 

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 
 
Bildirilir ki, Azadlıq Meydanında keçiriləcək hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdiriləcək.
Paradda həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunacaq.
Siyasət

Human Rights Watch Tofiq Yaqublunun döyülməsindən yazdı

4 Dekabr 2021

Açıq mənbələrdən götürülüb

Human Rights Watch beynəlxalq hüquq müdafiə təşkilatı həbsxanada artıq 29 gündür aclıq edən Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmlini müdafiə aksiyası zamanı baş verənlərlə bağlı “Azərbaycan: Müxalifət lideri həbsdə döyülüb” başlıqlı məqalə ilə çıxış edib. "Turan"-ın məlumatında bildirilir. “Azərbaycan polisi 2021-ci il dekabrın 1-də Bakının mərkəzində keçirilən dinc aksiyanı zorakılıqla dağıdıb və onlarla etirazçını həbs edib. Saxlanılanlar arasında müxalifət lideri Tofiq Yaqublu da var. 60 yaşlı Yaqublu bildirib ki, polis onu şiddətlə döyüb,” Human Rights Watch təşkilatı qeyd edib. Human Rights Watch-ın Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Giorgi Qogia bildirib ki, “Azərbaycan hakimiyyəti yenə də insanların...
Siyasət

Tofiq Yaqublu prokurorluqda ifadə verdi

3 Dekabr 2021

Sosial Media

Millu Şuranın və "Müsavat" Partiyasının üzvü Tofiq Yaqublu amansızcasına döyülməsilə əlaqədar cümə günü Səbayel Rayon Prokurorluğunda 4,5 saat ifadə verib. Vəkil Nemət Kərimli "Turan"-a bildirib ki, siyasətçinin döyülməsi faktı ilə bağlı cinayət işi hələlik başlanmayıb, araşdırma aparılır. Yaqublu özü bildirib ki, obyektiv araşdırma aparılacağına və günahkarların cəzalandırılacağına inanmır. O, işi Avropa İnsan Hüquqları Məhkəməsinə çıxarmaq niyyətindədir. Yaqublu ifadə verdikdən sonra tibbi ekspertizaya göndərilib. Sonra onun iştirakı ilə "hadisə yeri"nə baxış təyin edilib. Dekabrın 1-də Bakının mərkəzində AXCP fəalı Saleh Rüstəmovun həbsxanadan azadlığa buraxılması tələbiylə etiraz aksiyası keçirilib. Polis 40-a yaxın şəxsi saxladıqdan sonra sərbəst buraxıb. 5 nəfər barəsində isə məhkəmə...
Seçilmiş Videolar