Siyasət

Bakıda “Qarabağ aksiyası” iştirakçılarının işi üzrə proses başladı

23 Fevral, 2021
102

Sosial Media

Bakının Səbail rayon Məhkəməsi fevralın 23-də hakim Ağamalı Qafarovun sədrliyi ilə Azərbaycan Ordusuna dəstək məqsədi ilə iyulun 14-də keçirilən aksiya zamanı yaranmış insident faktı üzrə həbs edilən şəxslərin cinayət işinə baxmağa başlayıb.

Çinayət işi üzrə 37 nəfər təqsirləndirilən, 22 nəfər zərərçəkən şəxs var. Təqsirləndirilən şəxslərdən 16 nəfəri AXCP-nin, 2 nəfəri Müsəlman Birliyi Hərəkatının, 1 nəfəri Azərbaycan Demokratiya və Rifah Hərəkatının fəalıdır. Təqsirləndirilənlər arasında Naxçıvanın keçmiş daxili işlər naziri Siyavuş Mustafayev də var. Qalanları isə bitərəflərdir.

İşdə iştirak edənlərin sayı çox olduğuna görə proses Bakı Apellyasiya Məhkəməsinin binasında keçirilir. İclasın əvvəlində vəkillər cinayət işinə xitam verilməsi barədə vəsatətlər veriblər. Təqsirləndirilənlərdən heç biri özünü günahkar saymayıb.

“Cinayət işi bizim siyasi fəaliyyətlimizlə bağlıdır. Məhkəmə prosesi də təzyiqin tərkib hiisəsidir. Bu, sadəcə siyasi şoudur”, deyə AXCP Rəyasət Heyətinin üzvü Asif Yusifli qeyd edib.

Partiyanın Rəyasət Heyətinin digər üzvü Məmməd İbrahim qeyd edib ki, polisin nəzarətinə verildikdən sonra üzərlərinə qoyulmuş elektron qolbağın çox ağır və narahatedici olduğunu bildirib. Müdafiə tərəfin qolbaqların daha yüngül qolbaqlarla dəyişdirilməsi barədə vəsatət qaldırıb.

Məhkəmə prosesi sabah davam etdiriləcək.

Xatırladaq ki, bütün fiqurantlara qarşı Cinayət Məcəlləsinin 127 (qəsdən az ağır bədən xəsarəti yetirmə), 186 (əmlakı qəsdən məhvetmə və ya zədələmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər təşkil etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələr 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

14-15 iyul 2020-ci il aksiyası kortəbii aksiya idi və onda on minlərlə insan iştirak edib, gecə boyunca Bakının küçələrində yürüş edərək, hakimiyyətdən Qarabağda müharibəyə başlamağı tələb edib. Buna iyulun 12-də ermənilərin hücumu və Tovuzda bir neçə Azərbaycan hərbiçisinin öldürülməsi səbəb olub.

Bir qrup aksiya iştirakçısı parlament binasına daxil olub, bundan sonra həbslər başlayıb. Bu zaman rəsmi təbliğat AXCP-ni vəziyyətdən siyasi məqsədlərlə istifadə etməkdə ittiham edib.

2020-ci ilin noyabrında İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra həbs edilənlər barəsində qətimkan tədbiri dəyişdirilib və onlar sərbəst buraxılıblar ("Turan")

Siyasət

Məhkəmə iki blogeri 8 ay müddətinə azadlıqdan məhrum edib
 

3 Mart 2021

Sosial media

Martın 2-də Şəki Apellyasiya Məhkəməsi bloger və fəallar Elçin Həsənzadə və İbrahim Türksoyu böhtan və təhqir ittihamı ilə 8 ay müddətinə azadlıqdan məhrum edib. Hər ikisi məhkəmə zalında həbs olunub. Xüsusi cinayət ittihamı qaydasında iddianı şəhər Mənzil-İstismar İdarəsinin rəisi Şəhriyar Mustafayev qaldırıb. O, E.Həsənzadənin CM-in 147.1. (böhtan) və 148-ci (təhqir) maddələrilə cəlb edilməsini istəyib. İddiaya səbəb sosial şəbəkələrdə məmur haqqında tənqidi yazılardır. Bundan öncə Ş.Mustafayev Mingəçevir şəhər rəhbərliyini tənqid etdiyinə görə blogeri kirayə mənzilindən çıxartdırıb. Əvvəllər Mingəçevir məhkəməsi onların hər ikisinin barəsində bir il islah işləri ilə bağlı hökm çıxarıb. Blogerlər hökmdən şikayət ediblər, lakin Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb,...
Siyasət

REAL Partiyası seçkilərin təşkilində iştirak etmək istəyir

2 Mart 2021

Sosial Media

Respublikaçı Alternativ Partiyası (REAL) Dairə Seçki komisiyalarında (DSK) təmsil olunmaq üçün Mərkəzi Seçki Komisiyasına (MSK) müraciət edib. Müraciətin mətnini partiya sədri İlqar Məmmədov "Feysbuk" səhifəsində paylaşıb. Müraciətdə qeyd olunub ki, Milli Məclisə 2020-ci il fevralın 9-da keçirilmiş seçkilərdə REAL partiyasının üzvü Erkin Qədirli 16 saylı Yasamal Birinci Seçki Dairəsindən deputat seçilib. “Hazırda Milli Məclisdə deputatları azlıq təşkil edən 10 siyasi partiya var və bəzi digər parlament partiyalarından fərqli olaraq REAL hələ də dairə seçki komissiyalarında təmsil olunmur. 125 DSK-da təmsilçilik 10 partiya arasında bölüşdürülməlidir.  Bu baxımdan ən azından 12 dairənin hərəsinə 3 nəfər DSK üzvlüyünə namizəd təqdim etmək istəyirik. Parlament...
Seçilmiş Videolar