Bakının mərkəzində keçirilən etiraz aksiyası dağıdıldı - Saxlanılanlar var (Yenilənib)
Toplum TV
Saleh Rüstəmlinin azadlığa buraxılması tələbiylə keçirilən aksiyaya polis müdaxilə edib.
"Toplum TV" xəbər verir ki, hazırda həbsxanada aclıq aksiyası keçirən Azərbaycan Xalq Cəbhəsi Partiyasının tərəfdarı Saleh Rüstəmlinin azadlığa buraxılması tələbiylə keçirilən aksiya polisin müdaxiləsiylə dağıdılıb.
Aksiyanın təşkilatçılarından olan Mete Türksoyun və daha bir neçə fəalın saxlanıldığı bildirilir.
Saat 15:00-da Fəvvarələ meydanında keçirilməsi planlaşdırılan aksiyanı ictimai fəallar İlkin Rüstəmzadə və Mete Türksoy təşkil etmişdi.
Aksiyada saxlanılanların bəzilərinin kimliyi məlum olub (siyahı yenilənir):
1. Mete Türksoy
2. Dilarə Miriyeva
3. Səfər Əhmədov
4. Zəfər Əhmədov
5. Emin Xəlil
6. Ayxan Hacıbəyli
7. Elman Quliyev
8. Nigar Yaqublu
9. Əhməd Məmmədli
10. Əmrah Təhməzov
11. Əziz Məmiyev
12. Yeganə Rüstəmova (Saleh Rüstəmlinin bacısı)
13. Əhməd Məmmədli
14. Novruz Əliyev
15. Fərid İmanov
16. Babək Həsənov
17. Tofiq Yaqublu
18. Saqif Qurbanov
19. İlham Hüseyn
20. Mətanət İsmayıl
21. Mətanət Turan
22. Namiq Abbasəliyev
23. Rüstəm İsmayılbəyli
AXCP fəalı Saleh Rüstəmli 2018-ci ilin mayında həbs edilib və "Azərbaycan Xalq Cəbhəsi Partiyasının qanunsuz maliyyələşdirilməsi" adlanan iş üzrə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Sonradan Ali Məhkəmə cəza müddətini 2 ay azaldıb. S. Rüstəmli noyabrın 6-dan azadlıq tələbilə müddətsiz aclıq edir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
mfa.gov.az
Açıq mənbələrdən götürülüb