Siyasət

Baş Prokurorluq ictimai fəala "facebook" postuna görə xəbərdarlıq edib

Aytac Məmmədli
4 Avqust, 2022
544

Sosial Media

Bu gün, avqustun 4-də ictimai fəal Rüstəm İsmayılbəyli Baş Prokurorluğa çağırılıb. 
 
Ona "facebook"da yazdığı statusuna görə, Prokurorluq haqqında qanunun 22-ci maddəsilə (Xəbərdarlıq) rəsmi xəbərdarlıq edilib. 
 
İctimai fəal "Toplum TV"-yə bildirib ki, o, Atatürkün "Xalqın azadlığına təhlükə olmadığı müddətcə müharibə başlatmaq cinayətdir" cümləsini status kimi yazdığı üçün Prokurorluğa çağrılıb.  

https://toplum.tv/siyaset/mudafie-nazirliyinden-qarabagdaki-emeliyyatlarla-bagli-aciqlama
 
"Prokurorluq Azərbaycan ordusunu cinayətkar adlandırıram deyə düşünüb. Mən də izahatda bildirdim ki, o, Atatürkün sözüdür və mən yazıda bildirməmişəm ki, müharibəni kim başladıb. Müharibə başlatmaq cinayətdir sözündən Azərbaycan dövləti cinayətkardır fikrini çıxartmaq mümkün deyil", - deyə R. İsmayılbəyli söyləyib.  
 
İctimai fəal 2 saatdan çox Baş Prokurorluqda saxlanıldığını bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Almaniya XİN: Qarabağa təcili beynəlxalq missiya göndərilməlidir

Toplum TV
27 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

"Beynəlxalq müşahidə missiyası Dağlıq Qarabağa mümkün qədər tez göndərilməlidir". Toplum Tv xəbər verir ki, Almaniyanın xarici işlər naziri Annalena Berbokun bu barədə bəyanatı sentyabrın 27-də XİN-in rəsmi saytında dərc olunub.  "Hazırda zəruri olan məsələ şəffaflıq və beynəlxalq ictimaiyyətin bölgədə gözdə-qulaqda olmasıdır. Biz tərəfdaşlarımızla birlikdə müşahidəçilərin mümkün qədər tez göndərilməsi üçün səylərimizi birləşdirəcəyik. Azərbaycanın "Dağlıq Qarabağ xalqı"nın təhlükəsizliyini və rifahını təmin etmək öhdəliyinə ciddi yanaşdığının sübutu beynəlxalq müşahidəçiləri  qəbul etməsi olardı”, - bəyanatda vurğulanıb.  https://toplum.tv/siyaset/pvasinqton-eliyev-qarabaga-beynelxalq-missiyanin-goumlnderilmesine-raziliq-veribnbspp Berbok Qarabağ ermənilərinə göndərilən humanitar yardımı əhəmiyyətli dərəcədə artırmaq, 2 milyon avrodan 5 milyon avroya qədər çıxarmaq qərarına gəldiklərini də açıqlayıb.    Xatırladaq ki, sentyabrın 26-da...
Siyasət

Qarabağdakı hərbi əməliyyatlar nəticəsində həlak olanların sayı açıqlandı

27 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Azərbaycanın 19-20 sentyabrda Qarabağda keçirdiyi lokal antiterror tədbirləri zamanı Silahlı Qüvvələrin 192 hərbi qulluqçusu şəhid olub. Toplum Tv xəbər verir ki, bu barədə sentyabrın 27-si Səhiyyə Nazirliyi məlumat yayıb.  Bildirilib ki, şəhid olmuş hərbçilərdən 180 nəfər Müdafiə Nazirliyinin, 12 nəfər isə Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır. Şəhid olanlardan 1 nəfər də mülki şəxsdir. https://toplum.tv/siyaset/pvasinqton-eliyev-qarabaga-beynelxalq-missiyanin-goumlnderilmesine-raziliq-veribnbspp 11 nəfərin şəxsiyyətinin Məhkəmə Tibbi Ekspertiza tərəfindən məhkəmə genetik müayinələr aparıldıqdan sonra müəyyənləşdiriləcəyi qeyd olunub. Həmçinin vurğulanıb ki, lokal antiterror tədbirləri nəticəsində 511 hərbi qulluqçu və 1 mülki şəxs yaralanıb. Hərbi əmliyyatlarda həlak olanların SİYAHISI

Seçilmiş Videolar

Toplum TV loqo