Siyasət

Baş Prokurorluq Xədicə İsmayılovanın şikayəti üzrə icraatı bərpa edib

23 Oktyabr, 2022
886

Rəsmi səhifə

Baş Prokurorluq Xədicə İsmayılovaya qarşı qaralama kampaniyasının günahkarlarını tapmaq üçün cinayət araşdırmasını bərpa edib

Bu barədə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının Monitorinq qrupunun rəhbəri Xalid Ağaliyev "Facebook" səhifəsində məlumat yayıb.

Xalid Ağaliyev bildirir ki, araşdırmaçı-jurnalist Xədicə İsmayılova 2010-11-ci illərdə, ölkə başçısının ailə üzvlərinin var-dövləti barədə araşdırmalarının yayımlanmasının ardınca təhdid, təhqirlərlə üzləşmişdi. Bu kontekstdə hakim siyasi partiyanın nəzarətində olan “Yeni Azərbaycan”, “İki Sahil”, “Səs” qəzetləri jurnalist haqda aşağılayıcı məzmunlu məqalələr dərc etmişdilər. İnternet mediasında isə jurnalistin yataq otağından gizli çəkilmiş video görüntülər yayılmışdı. Jurnalist hüquq mühafizə qurumlarına, məhkəmələrə şikayətlər versə də, təqsirkarlar məsuliyyətə cəlb edilməmişdi – prokurorluq “Cinayət Məcəlləsinin 156-cı (şəxsi həyatın toxunulmazlığını pozma) maddəsilə cinayət işi başlamış, ancaq həmin icraat 17 avqust 2015-ci ildə dayandırılmışdı. Jurnalist icraatın yenilənməsi üçün bir neçə dəfə müraciət etsə də araşdırmalar bərpa edilməmişdi…

"X.İsmayılovanın şikayətləri üzrə yerli hüquq mühafizə qurumlarının, məhkəmələrin qərarları Avropa Insan Haqları Məhkəməsi qarşısında mübahisələndirilmişdi. Əlaqəli qurumların jurnalistin özəl həyata hörmət və ifadə azadlığı hüququnu qorumaması, jurnalistin başına gələn olaylarla bağlı təsirli araşdırma aparmaması qənaətinə gələn AİHM, şəxsi həyata hörmət və ifadə azadlığı hüquqularının pozulmasına qərar vermişdi. 

Avropa Şurası Nazirlər Komitəsi həmin qərarların icra durumunu sonuncu dəfə bu il iyun ayında müzakirə edib. Komitə qəbul etdiyi qətnamədə Azərbaycan hökumətini “Xədicə İsmayılovaya qarşı törədilmiş cinayət əməlləri (təhdid məktubu, gizli çəkiliş və intim videoların yayılması) üzrə istintaqı dərhal yenidən başlatmağa,… bütün şahidləri lazımi qaydada dindirməyə, işlə bağlı bütün ipuclarını izləməyə” çağırmışdı.

Komitənin bu qərarından 4 ay sonra, 10 oktyabr 2022-ci il tarixdə Baş Prokurorluğun müstəntiqinin qərarı ilə 17 avqust 2015-ci il tarixli qərara əsasən dayandırılmış cinayət işinin icraatı bərpa edilib. Bu haqda AŞ NK-ya AİHM yanında AR-nın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov məktubla məlumat verib.

X.İsmayılovanın şikayəti üzrə AİHM-in qərarı, AŞ NK-nın həmin qərarın icra durumu haqda qətnaməsi, habelə, AİHM yanında səlahiyyətli nümayəndənin məktubuna keçidlər şərh bölməsində yerləşdirilib", - deyə məlumatda qeyd olunub. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Azərbaycana gələn turistlərin sayı 30 faiz artıb

Toplum TV
29 Noyabr 2023

Açıq mənbələrdən götürülüb

2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycana dünyanın 186 ölkəsindən 1,7 milyon adam gəlib.  Toplum TV xəbər verir ki, bu barədə noyabrın 29-da Dövlət Statistika Komitəsi məlumat yayıb.  Bildirilir ki, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 30,3 faiz çoxdur. https://toplum.tv/siyaset/pazerbaycan-ve-ermenistan-resmilerinin-serhedde-harada-goumlruumlseceyi-melum-olubp Əcnəbi turistlərin gəldiyi ölkələrin ilk beşliyi belədir:  1. Rusiya Federasiyası 30,7% 2. Türkiyə 17,9%  3. İran 7,7% 4. Hindistan 5,1% 5.Gürcüstan 4,8% 2022-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı isə 27,1 faiz artaraq təxminən 1,5 milyon nəfər olub. Azərbaycan vətəndaşları ən çox Rusiya Federasiyasına, Gürcüstana, Türkiyəyə və İrana səfər ediblər. 2023-cü ilin yanvar-oktyabr aylarında...
Siyasət

ABŞ-ın yeni səfirinin Azərbaycana gələcəyi vaxt məlum oldu

29 Noyabr 2023

Açıq mənbələrdən götürülüb

ABŞ-ın Azərbaycandakı yeni səfiri Mark Libbi bu həftənin sonunda Bakıya gələcək. Toplum Tv xəbər verir ki, bu barədə noyabrın 29-da "Turan" informasiya agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.  Bildirilir ki, karyera diplomatı olan Libbi, təyinatından təxminən bir il yarım sonra, noyabrın əvvəlində Senat tərəfindən təsdiqlənib. Ötən ilin yayından, Li Litzenberqer postunu tərk etdikdən sonra Vaşinqton Azərbaycanda səfir təyin etməmişdi. https://toplum.tv/siyaset/pvasinqton-jurnalistlerin-hebsiyle-bagli-bakiya-ccedilagiris-edibp Libbinin Bakıya gəlişi dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevlə telefon danışığından bir neçə gün sonraya təsadüf edir. Libbi karyerası ərzində Brüsseldə ABŞ-ın Avropa İttifaqı yanında missiya rəhbərinin müavini vəzifəsində çalışıb. O, həmçinin ABŞ-ın Varşava, Nikosiya və Bağdaddakı səfirliklərində siyasi...

Seçilmiş Videolar

Toplum TV loqo