Siyasət
Baş redaktor nazirliyi məhkəməyə verib
13 Sentyabr, 2019
362
Arqument.az xəbər saytının baş redaktoru Şəmşad Ağa Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyini məhkəməyə verib.

Jurnalist bu barədə şəxsi feysbuk hesabında məlumat yayıb.

Baş redaktor bildirib ki, şikayətin səbəbi bu ilin aprelində heç bir xəbərdarlıq və bildiriş olunmadan saytın  2 gün blok olunmasıdır.

Şəmşad Ağa sayta müdaxilənin Cəlilabadda kartof rüsumuna etiraz edən fermerlərin aksiyası haqqında xəbərlə bağlı olduğunu deyib. 

Onun sözlərinə görə, bu haqda ilk məlumatı "Arqument.az” yerləşdirib.

Baş redaktor bildirib ki, Bakı İnzibati-İqtisadi Məhkəməsində hazırlıq prosesi 27 sentyabr, saat 10:30-da olacaq.

Vüqar Mirzəbəy
Siyasət

Bakının mərkəzində aksiya keçirilib

Aytac Məmmədli
6 Mart 2021

sosial media

Martın 6-da Bakının mərkəzində qadınlara dəstək aksiyası keçirilib.  "AY BƏRİ BAX, BƏRİ BAX" adlı kolleborativ publik performansı "Gender Hub Azerbaijan" və ADO teatrı hazırlayıb.  ADO teatrının "Feysbuk" səhifəsində nümayiş haqda belə yazılıb: "Performans qadınların ictimai və şəxsi həyat fəaliyyətləri arasında görünməyən mövcud təcrübə və travmaları ənənəvi konstruksiyalarla ehtiva edir. Bu multidisiplinar performans göstərişi müxtəlif patriarx və məişət - səs, əşya və insan medyumlarını küçəyə çıxararaq qadınların cəmiyyətdəki kimliklərini ictimailəşdirir".  Performansın rejissoru ADO teatrının aktrisası İskra Tarrantdlr, obrazları teatrın aktyorları canlandırıblar.
Siyasət

Satirik şairlə profilaktik söhbət ediblər

6 Mart 2021

Toplum TV

Salyanda yaşayan gənc satirik İbrahim Xudayi (Xudiyev) martın 5-də yerli polis şöbəsinə aparılıb.   Bu barədə "Turan" xəbər verir.  Bildirilir ki, rayon polis şöbəsində şairlə profilaktik söhbət aparılıb: “Mənə dedilər ki, güldən, çiçəkdən yazım.  Rəis tapşırdı ki, hökumətdən, dövlət adamlarından şeir yazmayım.  Bundan sonra məni buraxdılar”.  İ. Xudayi 1990-cı ildə Salyan şəhərində anadan olub.  Salyan Yaşıllaşdırma idarəsində işləyir - yol kənarlarını təmizləyir. Azərbaycanda satirik şairlər əvvəllər də təzyiqlərə məruz qalıblar. Mirzə Sakit və Tofiq Həsənli narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə mühakimə olunublar.
Seçilmiş Videolar