Siyasət

Baxçalının nümayəndələri məktəb tikintisi üçün Şuşaya gedir

30 Yanvar, 2021
78

Habertürk

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) nümayəndə heyəti Şuşa şəhərində tikiləcək məktəbin yerini seçməkdən ötrü dünən Bakıya gəlib. 

Bu barədə məlumatı yanvarın 29-da Türkiyə mətbuatı yayıb. 

Məlumata görə, Azərbaycana gələn heyətə MHP sədrinin müşaviri Mövlut Karakaya, Ülkü Ocaqları başqanı Əhməd Yiğit Yıldırım, İsparta bələdiyyəsinin keçmiş başqanı, memar Yusuf Ziya Günaydın daxildirlər.

Heyəti Bakı hava limanında Türkiyənin Bakıdakı səfiri Erkan Özoral və Azərbaycan Ülkü Ocaqları başqanı Hakan Seyhan qarşılayıblar. Heyət Bakıda görüşlərdən sonra tikiləcək məktəbin yerini seçməkdən ötrü bu gün Şuşaya gedəcək.

MHP sədri Dövlət Baxçalı Ülkü Ocaqlarının təhsil Fondunun Şuşada Üzeyir Hacıbəyovun adını daşıyacaq 9 illik məktəb inşa etmək istədiyini bildirmiş. Onun təklifinə Azərbaycan rəhbərliyi müsbət cavab vermişdi. Baxçalı məktəbin inşa edildikdən dərhal sonra Azərbaycan dövlətinə təhvil veriləcəyini bildirib(Habertürk). 

Siyasət

REAL Partiyası seçkilərin təşkilində iştirak etmək istəyir

2 Mart 2021

Sosial Media

Respublikaçı Alternativ Partiyası (REAL) Dairə Seçki komisiyalarında (DSK) təmsil olunmaq üçün Mərkəzi Seçki Komisiyasına (MSK) müraciət edib. Müraciətin mətnini partiya sədri İlqar Məmmədov "Feysbuk" səhifəsində paylaşıb. Müraciətdə qeyd olunub ki, Milli Məclisə 2020-ci il fevralın 9-da keçirilmiş seçkilərdə REAL partiyasının üzvü Erkin Qədirli 16 saylı Yasamal Birinci Seçki Dairəsindən deputat seçilib. “Hazırda Milli Məclisdə deputatları azlıq təşkil edən 10 siyasi partiya var və bəzi digər parlament partiyalarından fərqli olaraq REAL hələ də dairə seçki komissiyalarında təmsil olunmur. 125 DSK-da təmsilçilik 10 partiya arasında bölüşdürülməlidir.  Bu baxımdan ən azından 12 dairənin hərəsinə 3 nəfər DSK üzvlüyünə namizəd təqdim etmək istəyirik. Parlament...
Siyasət

Elman Nəsirov: “YAP-ın qurultayından xəbərim yoxdur”

Nigar Səmədli
2 Mart 2021

Sosial Media

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayı keçiriləcək. Bu barədə "report.az"-a YAP-dan məlumat verilib.  Bildirilib ki, növbədənkənar qurultay martın 5-də baş tutacaq. YAP-ın siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə qərarı şərh etmək istəməyib.  YAP Beynəlxalq əlaqələr komissiyasının katibi, deputat Elman Nəsirov isə “Toplum TV”-yə açıqlamasında qurultaydan xəbərsiz olduğunu deyib: "Bəlkə də, 15-ci jurnalistsiniz ki, bununla bağlı mənə zəng edirsiniz. Qurultaydan xəbərimiz olmadığı üçün müsahibə vermirəm”.  Deputat hazırda Cəlilabadda olduğunu bildirib: “Bu dəqiqə şəhid ailələrini və onların məzarlarını ziyarət edirəm. Ona görə də heç bir məlumatım yoxdur”. YAP-ın mətbuat katibi ilə isə əlaqə saxlamaq mümkün olmayıb. Partiyanın sonuncu -...
Seçilmiş Videolar