FT
ABŞ prezidenti Co Bayden ağ irqin üstünlüyü ideyasının tərəfdarlarını ölkə üçün əsas terror təhlükəsi hesab edir.
"ABC News" xəbər verir ki, ABŞ lideri bu fikri Talsa şəhərində olarkən səsləndirib.
“Biz nifrətə qucaq aça bilmərik və açmamalıyıq. Ağ irqin üstünlüyü hərəkatının terrorist fəaliyyəti bu gün vətənimiz üçün ən ölümcül təhlükədir. İŞİD yox, "əl-Qaidə" yox, məhz ağ irqin üstünlüyü hərəkatı”, - deyə Bayden bildirib.
Telekanal xəbər verir ki, Bayden yüz il ərzində Talsadakı Qrinvud tarixi ərazisini ziyarət edən ilk fəaliyyətdə olan prezidentdir. 1921-ci ildə burada ABŞ tarixinin ən böyük irqi toqquşmaları baş verib.
Co Bayden daha əvvəl ağ irqin üstünlüyü ideyasının tərəfdarlarını “ruhi xəstə və təhlükəli adamlar” adlandırmışdı. Onun sözlərinə görə, yeni administrasiya keçmiş hərbçilərin və polislərin bu hərəkatın populyarlığının artmasına təsirini araşdıracaq.
Razi Hümbətov - sosial media
açıq mənbədən götürülüb
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”