Siyasət
Bayden mətbuat katibi vəzifəsinə Rusiyada sevilməyən şəxsi təyin edib
30 Noyabr, 2020
Baxış: 129
ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden özünün mətbuat katibini seçib. Bu, Dövlət Departamentinin keçmiş sözçüsü və Baydenin keçid komandasının üzvü Cennifer Psakidir. Məlumat noyabrın 29-da Baydenin keçid komandasının saytında yayımlanıb. 

Verilən məlumata görə, Ağ Evin ictimaiyyətlə əlaqələr şöbəsi yalnız qadınlardan ibarət olacaq. Bayden Ağ evin Kommunikasiyalar üzrə direktoru vəzifəsinə Keyt Bedingfildi təyin etmək niyyətindədir.

Yeni prezidentin mətbuat katibi isə 2013-2015-ci illərdə Dövlət Departamentinin mətbuat katibi vəzifəsini icra edən Cen Psaki olacaq. 2009-2011 və 2015-2017-ci illərdə isə Psaki   prezident Barak Obamanın kommunikasiyalar üzrə köməkçisi işləyib. Rusiyada Psakini Ukraynada baş verən hadisələrlə bağlı səsləndirdiyi kəskin fikirlərə görə sevmirlər. O zaman Psaki Rusiya KİV-lərinin xüsusi tənqid hədəfinə çevrilmişdi.

Co Baydenin komandasında təmsil olunan bir çox şəxslər Rusiyaya qarşı xüsusi tənqidi mövqeləriylə seçilirlər. 

Siyasət

Hakimiyyət “qovulmuşları” geri qaytarır?

Nuranə Atakişiyeva
Aysel Əzizova
27 Yanvar 2021

Sosial media

Azərbaycan hakimiyyəti vaxtilə “qovub” ölkədən çıxardığı beynəlxalq təşkilatları qaytarmağa hazırlaşır? “Toplum TV” Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, Milli Məclisin İnsan haqları komitəsinin sədri Zahid Orucun məsələnin zərurirətilə bağlı çıxışından sonra meydana gəlmiş bu sualı vətəndaş cəmiyyəti fəallarına ünvanlayıb. Zahid Oruc FOTO: modern.az “Beynəlxalq qurumların Azərbaycana qayıtması üçün hökumət birinci növbədə normativ aktları dəyişməlidir. Ümumisə siyasi mühit və yanaşma dəyişməlidir”. Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli 5-6 il öncə Azərbaycanı tərk etmiş beynəlxalq təşkilatların ölkəyə qayıtması ilə bağlı danışarkən belə deyir. Tək o yox, vətəndaş cəmiyyətinin digər fəalları da bu qənaətdədirlər. Hüquqşünas Rəşid Hacılı Azərbaycan hakimiyyətinin uzun illər beynəlxalq...
Siyasət

Daha 31 erməni hərbçisinin meyiti qarşı tərəfə təhvil verildi

27 Yanvar 2021

Al Jazeera

Daha 31 erməni hərbçisinin meyiti Füzuli rayonu istiqamətindən Ermənistana təhvil verilib. "Sputnik Ermənistan"ın yanvarın 27-də verdiyi məlumata görə, erməni tərəfi meyitlərin kimliyinin müəyyən olunması üçün ekspertiza təyin edib. İlkin məlumata görə, meyiti qaytarılanlar könüllülərdir və bəzilərinin üzərində sənədlər də var. Azərbaycan daha əvvəl də 30 erməni hərbçisinin meyitini qarşı tərəfə vermişdi. Ümumilkdə, işğaldan azad olunan ərazilərdə indiyədək 1318 erməninin meyitinin tapıldığı bildirilib.
Seçilmiş Videolar